Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

28.09.2026 [13:30]

“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim Livan hökumətini İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Qasim ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz olduğunu və Livanın güzəştlərə getdiyini bildirib.

O, martın 2-də “Hizbullah”ın silahlı qanadının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarlar ləğv ediləcəyi təqdirdə, hökumətlə dialoqu bərpa etməyə hazır olduqlarını deyib.

Qasim, həmçinin “Hizbullah”ın silah məsələsini müzakirə etməyə hazır olduğunu, lakin bunun İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasından sonra mümkün olacağını bildirib.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30