Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avstraliyada deputat avtomobillə vurulub, vəziyyəti ağırdır

Avstraliyada deputat avtomobillə vurulub, vəziyyəti ağırdır

19.10.2026 [16:12]

Avstraliya parlamentinin deputatı Helen Heyns avtomobillə vurulması nəticəsində ağır xəsarətlər alıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə ölkənin Viktoriya ştatının Vanqaratta şəhərində, deputatın regional ofisinin yaxınlığında baş verib. Ağır xəsarətlər alan Helen Heyns xəstəxanaya çatdırılıb. Polis onun vəziyyətinin kritik olduğunu bildirib. Avstraliyanın Baş naziri Entoni Albaneze hadisənin təsadüfi olmadığını ehtimal etdiyini açıqlayıb. “Görünür, bu, qəza deyil, qəsdən törədilmiş hərəkətdir”, - deyə Baş nazir Avstraliya mediasına bildirib.

Baş nazir hadisənin motivinin hələlik məlum olmadığını, araşdırmaya Birgə Terrorla Mübarizə Qrupunun da cəlb edildiyini qeyd edib. Baş nazir Helen Heynsi cəmiyyət tərəfindən sevilən və hörmət edilən deputat kimi xarakterizə edib.

Polisin məlumatına əsasən, hadisə yerində 43 yaşlı kişi saxlanılıb. Onun hadisə yerində olan bir şəxs tərəfindən tutulduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları hadisənin qəsdən törədilib-törədilmədiyini araşdırır. Hücumun mümkün motivi barədə hələlik rəsmi məlumat verilməyib.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31