Ermənistanda referendumu saxtalaşdıranlar ABŞ-ın “qara siyahı”sında
17.12.2015 [10:03]
ABŞ səfirliyinin bəyanatı Ermənistan hakimiyyətini təşvişə salıb
Dekabrın 6-da Ermənistanda konstitusiyaya dəyişiklik edilməsi məqsədi ilə keçirilən referendumun total şəkildə saxtalaşdırılması Serj Sarkisyan rejimini çətin vəziyyətə salıb. Yerli ekspertlərin də qeyd etdiyi kimi, hətta yetərli sayın olmadığı bir səsvermə nəticəsində ölkənin əsas qanununda belə ciddi dəyişiklik edilməsinə, - konstitusiya quruluşunun dəyişdirilməsinə, - dövləti cinayətdən başqa bir ad vermək olmaz. Odur ki, Serj Sarkisyanın ölkədə “yuxarıdan inqilab” etməsinə Qərbin belə asan göz yumacağını gözləmək sadəlövhlük olardı. “Lragir.am” saytının yazdığına görə, ABŞ-ın Ermənistandakı səfirliyinin referendumla bağlı yaydığı bəyanat Ermənistan hakimiyyətini əməlli-başlı təşvişə salıb. Bəyanatda ABŞ-ın Ermənistan rəsmiləri ilə gələcək əməkdaşlıq imkanlarının yenidən nəzərdən keçiriləcəyi, bu ölkədə icra olunan layihələrə təkrar baxılacağı, eləcə də referendumun saxtalaşdırılmasında iştirak edən məmurların ABŞ tərəfindən təşkil olunan tədbirlərə dəvət olunmayacağı öz əksini tapıb. Ekspertlərin fikrincə, bu, Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ABŞ-ın “qara siyahı”sına salınmasından xəbər verir. Məhz bu səbəbdəndir ki, Ermənistan parlamentinin dekabrın 15-də keçirilən iclasının böyük bir hissəsi ABŞ səfirliyinin referendumun saxtalaşdırılmasına dair yaydığı bəyanatın müzakirəsinə həsr olunub. Parlamentin sədri Qalust Saakyan deyib ki, hər hansı bir ölkənin səfirliyinin səsləndirdiyi bəyanat Roma Papasının fikirləri deyil ki, onu mühüm hesab etsinlər: “Biz onların fikirlərini qəbul etmirik və öz siyasətimizi yürüdəcəyik”. İclasda çıxış edən digər deputatlar da ABŞ-ı Ermənistanın daxili işlərinə qarışmaqda suçlayıblar. Bəzi deputatlar isə hətta bir qədər də irəli gedərək deyiblər ki, Ermənistandakı oliqarxların əsas biznesləri Rusiyadadır və məhz bu səbəbdən də ABŞ-ın hədələrinə əhəmiyyət vermək lazım deyil.
Analitiklər isə belə hesab edirlər ki, ABŞ səfirliyinin məlum bəyanatı Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Belə ki, iqtisadiyyatı çökmüş, tənəzzül və səfalət içərisində yaşayan Ermənistan bu gün, faktiki olaraq, xarici ölkələrdən aldığı maliyyə yardımları və kreditlər hesabına yaşayır. Ölkənin xarici borcları 10 milyard dolları aşıb. Ölkədə məhsul istehsalı, demək olar ki, yox dərəcəsindədir. Hətta dövlət büdcəsinin kəsirləri belə ABŞ və digər Qərb ölkələrindən ayrılan yardımlar hesabına doldurulur. Saxta referendum keçirməklə dövlətin idarəetmə quruluşunu dəyişən Serj Sarkisyan isə bu addımı ilə ABŞ başda olmaqla, Qərbdə özünə mənfi imic formalaşdırıb. Bunun ağır nəticələrini, sözsüz ki, sadə ermənilər növbəti ildən öz güzəranlarında daha artıq hiss edəcəklər.
BMT-nin bu günlərdə açıqladığı İnsan indeksi hesabatına istinad edən yerli analitiklər də gələn il Ermənistanda vəziyyətin daha dözülməz həddə çatacağını proqnozlaşdırırlar. Belə ki, sənəddə Ermənistan əhalisinin 32%-nin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı öz əksini tapıb. Hesabatdakı digər faktlar da maraq doğurur. BMT-nin hesablamalarına görə, 2012-ci ildə Ermənistanda hətta işləyənlərin 12,2%-i belə yoxsulluq həddindən aşağıda olublar. 2013-cü ildə ölkə üzrə işləyənlərin 3,9%-ni 5-14 yaşlı uşaqlar təşkil edib. Bundan əlavə, həmin ildə ölkədə 1 yaşa çatmamış ölən insanların sayı 14%, 5 yaşadək ölənlərin sayı 15,6% təşkil edib. 5 yaşadək uşaqlar arasında qida çatışmazlığı ilə yaşayanların sayı isə ölkədə 20,8% olub. Beynəlxalq hesabatlarda öz əksini tapan bu kimi həqiqətlər Serj Sarkisyan və onun kriminal rejiminin son 10 ildə Ermənistana bəxş etdiyi “xoşbəxt” günlərdir. Hələ bu azmış kimi, saxta referendum keçirib ölkənin konstitusiya quruluşunu dəyişməklə Sarkisyan və onun kriminal komandası Ermənistana ən azından 2023-cü ilədək rəhbərlik etmək niyyətindədir.
Belə ki, dekabrın 6-da saxta yolla keçirilən referendumla ölkə prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Prezidentin mövcud səlahiyyətlərinin böyük əksəriyyəti, o cümlədən müharibə vəziyyətində silahlı qüvvələrin ali baş komandan səlahiyyətləri baş nazirə həvalə olunub. Yeni qaydalara görə, baş nazir isə parlament tərəfindən seçiləcək. Serj Sarkisyanın prezidentlik səlahiyyətləri 2018-ci ildə sona çatsa da, növbəti parlament seçkiləri 2017-ci ildə keçiriləcək və analitiklərin fikrincə, Serj Sarkisyan bütün imkanlarından istifadə edərək, seçkiləri hakim Respublika Partiyasının xeyrinə saxtalaşdıracaq ki, yenidən ali hakimiyyətdə təmsil olunmaq üçün qarşısında heç bir maneə qalmasın. Ekspertlərin fikrincə, 2017-2018-ci illərdə keçid hökumətinin qurulması planlaşdırılır ki, bunda da əsas məqsəd odur ki, prezident səlahiyyətləri başa çatdıqdan sonra Serj Sarkisyan hökumətin başçısı vəzifəsinə gətirilsin.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58

