Kiçik ölkə, böyük müxtəliflik - Azərbaycana səyahət
20.12.2019 [09:25]
Alman portalı Azərbaycana səfər etmiş turistlərin təəssüratlarından yazıb
Almaniyanın “fraulein-drauBen” internet portalında yerləşdirilən “Kiçik ölkə, böyük müxtəliflik - Azərbaycana səyahət” adlı məqalədə Azərbaycana səfər etmiş alman turistlərinin ölkəmiz haqqında təəssüratları əks olunub.
Məqalənin əvvəlində Azərbaycanın zəngin təbiətə malik olduğu, ölkənin landşaftının müxtəlifliyi və çoxsaylı iqlim qurşaqlarına malik olması ilə seçildiyi, burada hündürlüyü dörd min metrdən artıq qarlı Qafqaz dağları ilə yanaşı, iri yarpaqlı ağaclardan ibarət meşələrin, çöllərin, eləcə də palçıq vulkanlarının, ucsuz-bucaqsız qumlu dəniz sahillərinin olduğu nəzərə çatdırılır.
Səyahətin Azərbaycan Turizm Bürosu və idman ləvazimatları istehsalı üzrə ixtisaslaşan “Lowa” şirkətinin dəstəyi ilə gerçəkləşdiyi qeyd edilən məqalədə turistlərin ölkədən müsbət təəssüratla geri döndükləri, Azərbaycanın təbiətinin gözəlliyinə, insanlarının qonaqpərvərliyinə heyran qaldıqları vurğulanır.
Məqalədə turistlərin əvvəlcə Azərbaycanın İsmayıllı rayonuna səfər etdiyi və rayonun ərazisində yerləşən Qaranohur gölünə piyada getdikləri bildirilir. Gölün dəniz səviyyəsindən 1500 metr hündürlükdə, rayondakı “Talistan” istirahət mərkəzindən 3 saatlıq piyada məsafədə yerləşdiyi qeyd olunur. Piyada səyahət etməyi xoşlayan turistlərin sevimli yerlərindən biri olan Qaranohur gölünün “Lonely Planet” internet portalında da təsvir edildiyi və şəkil çəkdirmək üçün gözəl mənzərə və yerlərə malik olduğu nəzərə çatdırılır.
Azərbaycanın Lənkəran rayonuna səfər edən turistlər buradakı şəlalələrdən, xüsusilə Qələbin şəlaləsindən söz açırlar. Turistlər şəlaləyə aparan yolun yeni planetin kəşfinə bənzədiyini, yol boyunca kol-kosu təmizləməli olduqlarını bildirirlər. Şəlalənin gücünün və buradakı vəhşi təbiətin onları heyran etdiyini qeyd edirlər. Alman turistlər Azərbaycanda bütün kəndlərdə, hətta kiçik kənddə belə məktəbin olduğunu vurğulayırlar.
Səfər zamanı Xınalıq kəndinə səfər edən turistlər, kəndin yüksək dağlıq ərazidə yerləşdiyini, buradan baxdıqda hündürlüyü dörd min metrə çatan dağlara və dağların arasındakı vadiyə gözəl mənzərənin açıldığını nəzərə çatdıraraq bu mənzərələri əks etdirən şəkilləri məqalədə yerləşdiriblər.
Laza kəndinə gələn turistlər buranın da xüsusi gözəlliyə malik olduğunu, ətsiz süfrənin təsəvvür edilmədiyi bu kənddə onlara vegetarian süfrənin təklif olunmasından təəccübləndiklərini qeyd edirlər. Buradakı şəlalələrin suyunun qış aylarında donduğunu və xüsusi gözəlliyə malik olduqlarını bildirirlər.
Məqalədə Frankfurt şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirildiyi, Azərbaycanda müxtəlif iqlim qurşaqlarının olması səbəbindən buraya hər mövsüm səfər etməyin zövqverici olduğu nəzərə çatdırılır.
Azərbaycanda turizmin inkişaf etməkdə olduğu, ölkədə bahalı mehmanxanalarla yanaşı, sadə mehmanxanaların da sayının gündən-günə artdığı qeyd edilir.
Yerli əhalinin olduqca qonaqpərvər olduğunu qeyd edən turistlər yol boyunca saysız-hesabsız kafelərin fəaliyyət göstərdiyini, restorana gəlişin meşədə piknik etməyə bənzədiyini və insanda xoş təəssürat buraxdığını vurğulayırlar.
Məqalənin sonunda ölkənin onlarda unudulmaz təəssürat buraxdığını, Azərbaycanda səfərdə olarkən qadın turist olaraq özlərini tam təhlükəsiz hiss etdiklərini qeyd edirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

