Ermənistanda siyasi isterika...
25.11.2020 [09:03]
İşğalçı və məğlub ölkədə siyasi qüvvələr hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirir, Paşinyan isə müqavimət göstərməyə çalışır
Məlum olduğu kimi, 44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda vəziyyət gərgin olaraq qalır. Müxalifət partiyaları baş nazir Nikol Paşinyan başda olmaqla, hökumətin istefası tələbi ilə, demək olar ki, hər gün Yerevanın mərkəzində kütləvi etiraz aksiyaları keçirir. Bununla yanaşı, itkin düşən hərbçilərin anaları da ölkənin hər yerində aksiyalar təşkil edirlər. Hökumətdə təmsil olunan nazirlərin və müavinlərinin əksəriyyətinin istefa ərizəsi yazaraq öz postlarını könüllü tərk etmələrinə baxmayaraq, N.Paşinyan hələ də müqavimət göstərəyə çalışır.
Ermənistan mətbuatının yazdığına görə, müxalifətin çağırışlarına qoşularaq istefa verənlərin yerinə təyin edilən kadrların kimliyi və keçmişi də həm hakimiyyətdə, həm də cəmiyyətdə narazılıqla qarşılanır. Məsələn, “Hraparak” qəzeti yazır ki, Vaqarşak Harutyunyanın müdafiə naziri təyin olunmasından sonra keçmiş nazir David Tonoyanın “kadrları” dəhşət içindədirlər. Qəzetin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, bir sıra idarə rəhbərləri və məmurlar sistemdən mümkün qədər tez ayrılmaq barədə düşünürlər. Çünki onlar deputat, parlamentdəki daimi komissiyanın sədri Andranik Koçaryanın sevimli kadrı V.Harutyunyan vasitəsilə tezliklə sabiq nazir D.Tonoyanın kadrları ilə haqq-hesab çürütməyə başlayacağına əmindirlər.
“News.am” saytı isə yazır ki, bütün əhalinin və siyasi qüvvələrin yaranmış vəziyyətə görə indiki hakimiyyəti günahlandırdığı halda baş nazirə yaxınlığı ilə seçilən Ermənistan parlamentinin vitse-spikeri, hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lena Nazaryan məğlubiyyətin səbəbkarı kimi keçmiş hakimiyyəti göstərməyə cəhd edib.
Onu da qeyd edək ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində istefalar dalğası da davam edir. Müdafiə nazirinin müavini Qabriel Balayan da istefa verib. “Tert.am”ın yazdığına görə, Q.Balayan buraxılan səhvləri etiraf edərək, 20 noyabrda vəzifədən azad olunması xahişi ilə baş nazirə müraciət edibmiş. Buna qədər təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyan da vəzifəsindən azad edilib. “Aysor.am” saytı yazır ki, prezident A.Sarkisyanın sərəncamı ilə onun yerinə Vaqram Dumanyan təyin edilib.
Yeri gəlmişkən, Paşinyanın istefası tələbi ilə mitinq və yürüşlərlə yanaşı, digər etiraz aksiyalarına da əl atanlar var. Məsələn, “Daşnaksutyun” partiyasının funksioneri Geqam Manukyan baş nazirin istefası tələbi ilə hökumət binası qarşısında müddətsiz aclıq aksiyasına başlayıb. “News.am” yazır ki, noyabrın 24-də konstitusiya məhkəməsinin keçmiş üzvü Kim Balayan da aclıq aksiyasına qoşulub.
“Panorama.am”ın yazdığına görə, Ermənistanın Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan bu aksiyaya qarşı çıxaraq deyib ki, G.Manukyan taqətdən düşsə də, ölüm ayağında olsa da, Paşinyan bundan sadəcə həzz alacaq: “Çünki istefası tələbi ilə aclıq elan edilən Paşinyanın vicdanı yoxdur, qəddardır, onun üçün insan həyatının qiyməti sıfırdır. Jurnalist Mqer Yeqiazaryanın 2019-cu ildə Nubaraşen təcridxanasında aclıq aksiyası nəticəsində öldüyünü xatırlamaq kifayətdir”.
Göründüyü kimi, ağır məğlubiyyətlə üzləşən işğalçı Ermənistanda kütləvi etiraz aksiyaları və istefa dalğası fonunda siyasi isterika vəziyyəti hökm sürür. Müxalifətin öz tələblərindən geri çəkilməməsi, Paşinyanın istefa tələbləri qarşısında müqaviməti işğalçı ölkəni vətəndaş müharibəsinə doğru aparır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20

