Ermənistanda yeni repressiya dalğası...
19.12.2020 [00:10]
Ağılsız diktator Paşinyan çıxış yolunu müxaliflərə və etirazçılara qarşı güc tətbiqində görür
Məlum olduğu kimi, 44 gün davam edən müharibədə Azərbaycanın qarşısında məğlub olan təcavüzkar Ermənistanda daxili siyasi böhran və qarşıdurma vəziyyəti davam edir. Belə ki, müxalif siyasi qüvvələrin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın çağırışı ilə Ermənistanın bütün vilayətlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Gələn həftədən isə ölkədə tətillər başlayacaq. Daxildə və diaspor tərəfindən hökumətin istefası tələb olunsa, həmçinin komanda daxilində istefa dalğası davam etsə də, baş nazir Nikol Paşinyan geri çəkilmək istəmir.
Ermənistan mətbuatının yazdığına görə, Yerevanın mərkəzində hər gün “Nikolsuz Ermənistan” şüarı ilə yürüş-mitinq təşkil edilir. “News.am” yazır ki, paytaxtdakı Fransa meydanında keçirilən növbəti mitinqdə çıxış edən “Daşnaktsutyun”un üzvü Geqam Manukyan hökumətin istefasını tələb edən vətəndaşların sıralarının gündən-günə genişləndiyini, lakin baş naziri devirmək üçün bütün ermənilərin ayağa qalxmasının vacibliyini bildirib.
Qeyd edək ki, “Vətənin xilası naminə hərəkat”ın Yerevanda baş tutan növbəti yürüşünün iştirakçıları ölkənin baş prokurorundan Ermənistanın baş naziri N.Paşinyanın “dövlətə xəyanət” maddəsi ilə həbs olunmasını tələb ediblər. “Aysor.am” yazır ki, prokurorluq binası qarşısında aksiya keçirən etirazçılar baş prokuror Artur Davtyana bu barədə müraciət təqdim ediblər. Sonda etirazçılar prokurorluqdan Paşinyana qarşı həbs qətimkan tədbiri seçilməsini tələb ediblər.
Bu arada, hakim “Mənim addımım” blokunda istefalar davam edir. “News.am” yazır ki, Yerevan bələdiyyəsinin üzvü, Ermənistan baş naziri aparatının keçmiş rəhbəri Gevork Acemyan “Mənim addımım” blokunun fraksiyasından çıxdığını elan edib. “Aysor.am” yazır ki, Lori vilayətinin qubernatoru Andrey Qukasyan da vəzifəsindən istefa verib.
Qeyd edək ki, N.Paşinyan isə hakimiyyətini qorumaq üçün müxtəlif yollara baş vurur. “Joğovurd” qəzeti etibarlı mənbələrinə istinadən yazır ki, yaxın günlərdə kütləvi həbslər gözlənilir: “Səbəb müxalifətin mübarizəsini gündən-günə gücləndirməsidir. Müxalifətin yürüş və mitinqlərlə kifayətlənməyəcəyini, əlavə olaraq tətil və digər aksiyalara da baş vuracağını bəyan etməsindən sonra hakimiyyət təşvişə düşüb”.
Qəzetin yazdığına görə, çərşənbə axşamı bütün müəssisə və universitetlərdə ümumi tətil, kütləvi itaətsizlik aksiyaları elan edilməsi taktikasından narahat olan hakimiyyət hüquq-mühafizə orqanları rəhbərlərinə müxalifət liderləri səviyyəsində həbslər həyata keçirməyi tapşırıb.
Beləliklə, siyasi rəqiblərinə qarşı yeni repressiya dalğası ilə kreslosunu qorumağa çalışan baş nazir müqavimət göstərir. Daha dəqiq desək, “demokrat” imicinə bürünmüş ağılsız diktator Paşinyan çıxış yolunu müxaliflərə və etirazçılara qarşı güc tətbiqində görür.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17

