Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Trampın “Ağ ev”ə qayıtmaq fikri var

Trampın “Ağ ev”ə qayıtmaq fikri var

02.12.2021 [11:38]

ABŞ-ın keçmiş prezidenti yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp peyvəndlə bağlı Böyük Britaniyanın “GB News” kanalına verdiyi müsahibədə uduzduğu 3 noyabr seçkilərində saxtakarlıq olduğuna dair iddialarını təkrarlayıb.

Seçkidən 3 gün sonra Konqres qarşısında mitinq keçirməyin səhv olub-olmaması ilə bağlı suala D.Tramp, "Qiyam seçki günü 3 noyabrda oldu, əvvəl də, sonra da oldu. Mənə görə o, üsyan, 6 yanvar isə etiraz idi”, – deyə cavab verib.

D.Tramp eturazlar zamanı Konqres qarşısında 10 min nəfərdən ibarət milli qvardiya heyətinin və hətta ordunun yerləşdirilməsini istədiyini iddia edib: “Çünki izdihamın çox olacağını bilirdim, seçki saxtakarlığına görə qəzəbdən xəbərdar idim və mən bunu hamıdan yaxşı başa düşürdüm”. ABŞ-ın keçmiş prezidenti təhlükəsizlik tələbinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən rədd edildiyini iddia edib.

2024-cü ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı suala "Ölkəni sevirsənsə, seçimin yoxdur. Bu sual deyil", - deyə cavab verən D.Tramp “Ağ ev”ə qayıtmaq fikrini təkrarlayıb.

Ölkəsini sevdiyini və onu görünməmiş dərəcədə yüksək səviyyəyə çatdırdığını söyləyən D.Tramp, yeni növ koronavirus (COVID-19) peyvəndlərinin tapılması uğurunu da öz adına çıxaraq, əks halda peyvəndin kəşfinin 12 il çəkəcəyini iddia edib: “Alimlər inanılmaz dərəcədə yaxşı işlədilər. Biz heyrətamiz bir iş gördük”.

Paylaş
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31