Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada prezident seçkilərinin ikinci turu

Fransada prezident seçkilərinin ikinci turu

24.04.2022 [11:27]

Prezident seçkilərinin ikinci və həlledici turunun keçirildiyi Fransada bazar günü Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.

“Report” xəbər verir ki, növbəti beş il ərzində dövlətə rəhbərlik hüququ uğrunda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Milli Birlik Partiyasının namizədi Marin Le Pen ikinci turda ardıcıl ikinci dəfə mübarizə aparacaq.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində Le Pen Makrona uduzmuşdu. Belə ki, Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.

Paylaş:
Baxılıb: 1433 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30