El sənətkarına el vəfası...
09.07.2024 [10:42]
Bu gün Aşıq Ələsgərin doğulduğu gündür...
Şahanə MÜŞFİQ
Azərbaycan aşıq şeirinin ən böyük nümayəndələrindən olan Aşıq Ələsgər 1821-ci ildə özünəxas təbii gözəllikləri ilə seçilən, sazın, sözün vətəni hesab olunan Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kişi dülgərliklə məşğul olurdu, kəndin sayılıb-seçilən insanlarından idi.
Uşaq yaşlarından xüsusi təhsil ala bilməyən Ələsgər fitri istedada malik idi. O, el şənliklərində, məclislərdə, böyüklərin söhbətlərində danışılan nağılları, dastanları, rəvayətləri, hədisləri güclü yaddaşında saxlayar, sonra olduğu kimi başqalarına danışardı. El aşıqlarının məclisləri, toy-şənliklərdə oxunan el havaları onda saza, sözə maraq oyadıb, gələcək şairin, aşığın püxtələşməyində rol oynayıb. Onun ilk şeirləri də elə bu təsirlərlə yaranıb.
Oğlunun istedadını görən atası aşıq sənətinin sirlərini öyrənməsi üçün onu dövrünün məşhur söz sənətkarlarından olan Aşıq Alının yanına şəyirdliyə qoyur. Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin bir sənətkar kimi yetişməyində mühüm rol oynayır. Çox keçmir ki, Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılır. O, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilir. Aşıq sazı, sözü, ədəb-ərkanı ilə el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanır.
Gənc yaşlarında sevdiyi qıza qovuşa bilməməsi onun çox gec evlənməyinə səbəb olur. Həyatı heç də asanlıqla keçməyən şairin ahıllıq dövrü isə daha çətin və məşəqqətli hadisələrə tuş gəlir. Yaşadığı çətinliklər, bədbəxt hadisələr onun şair ürəyini bədbin hisslərlə doldurur. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.
Bu da azmış kimi, erməni daşnaklarının şairin vətəni Göyçədə törətdiyi qırğınlar ona çox böyük mənəvi ağrı yaşadır. Bu qırğınlar nəticəsində Aşıq Ələsgər doğma el-obasından köçkün düşməyə də məcbur qalır və ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçür. İki il sonra doğma el-obasına qovuşan aşıq 1926-cı ildə ömrünü burada tamamlayır.
Aşıq Ələsgərin zəngin irsi vəfatından bir əsrə yaxın zaman keçməsinə baxmayaraq, bu gün də sevilərək oxunur, el şənliklərini bəzəyir. Onun yaradıcılığı bədahətən söylədiyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlardakı əsərlərdən ibarətdir. Şeirlərində başlıca yeri məhəbbətin tərənnümü, gözəllərin vəsfi, təbiət gözəlliklərinin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqidi tutur.
Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı, İslamı da dərindən bilən birisi kimi ad qoyub və bu sahəyə öz yaradıcılığında geniş yer verib:
Ələsgər xümsünən zəkatın verə
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərəkdi
-deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər verib. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilən el ağsaqqalına çevrilib.
Aşıq Ələsgərin yaradıcılığında nəsihətlərin əks olunduğu şeirlər - ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan “Gərəkdi”, “Olmaz” şeirləri xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir:
Bu dünyanı mən təcrübə eylədim,
Namərd körpü salsa, onda ad olmaz.
Bir mərd ilə ağı yesən, şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz.
Təkcə Azərbaycan ədəbiyyatında deyil, həmçinin, Azərbaycan aşıq sənətində də mühüm yer tutan Aşıq Ələsgərin yaratdığı hər misra, hər beyt, hər bənd dillər əzbəridir. Cəmiyyətin, həyatın bütün motivlərini, bütün detallarını öz yaradıcılığında layiqincə əks etdirməyi bacaran şairin könül pıçıltıları sanki hər mövzudan xəbər verirmişcəsinə misal çəkildiyi bütün mövzularda, bütün nüanslarda çox uğurlu tapıntıya çevrilir. Sanki bir atalar sözü, el məsəli kimi dildən-dilə, ağızdan-ağıza dolaşaraq illər, əsrlər adlayır. Öz zəngin yaradıcılığı, bədii irsi ilə aşıq sənətində nadir sənətkarlıq məktəbi yaratmış Aşıq Ələsgər əsərləri durduqca var olacaq.
Xəbər lenti
Hamısına bax
İdman
20 Aprel 08:23

Mədəniyyət
20 Aprel 08:14

Dünya
20 Aprel 07:21

Hadisə
19 Aprel 23:35

Sosial
19 Aprel 22:27

Sosial
19 Aprel 21:36

Dünya
19 Aprel 20:26

Hadisə
19 Aprel 19:54

Elm
19 Aprel 19:27

Dünya
19 Aprel 18:45

Dünya
19 Aprel 18:14

İdman
19 Aprel 17:43

Elanlar
19 Aprel 17:25

Hadisə
19 Aprel 16:51

İdman
19 Aprel 16:19

YAP xəbərləri
19 Aprel 15:58

Dünya
19 Aprel 15:26

YAP xəbərləri
19 Aprel 14:34

Sosial
19 Aprel 14:12

Sosial
19 Aprel 13:56

YAP xəbərləri
19 Aprel 13:12

Siyasət
19 Aprel 12:27

Siyasət
19 Aprel 12:13

Analitik
19 Aprel 11:58

İqtisadiyyat
19 Aprel 11:43

İqtisadiyyat
19 Aprel 11:29

İqtisadiyyat
19 Aprel 11:16

MEDİA
19 Aprel 10:51

Gündəm
19 Aprel 10:45

Analitik
19 Aprel 10:39

Analitik
19 Aprel 10:17

Sosial
19 Aprel 09:54

Analitik
19 Aprel 09:34

Sosial
19 Aprel 09:12

Analitik
19 Aprel 08:57

Ədəbiyyat
19 Aprel 08:20

Dünya
18 Aprel 23:41

Mədəniyyət
18 Aprel 23:35

YAP xəbərləri
18 Aprel 23:12

Siyasət
18 Aprel 22:51

YAP xəbərləri
18 Aprel 22:29

Sosial
18 Aprel 22:14

Dünya
18 Aprel 21:53

YAP xəbərləri
18 Aprel 21:37

Siyasət
18 Aprel 21:19

YAP xəbərləri
18 Aprel 20:55

Xəbər lenti
18 Aprel 20:11

Dünya
18 Aprel 19:47

Analitik
18 Aprel 19:42

Gündəm
18 Aprel 19:28

YAP xəbərləri
18 Aprel 19:24

İdman
18 Aprel 19:15

YAP xəbərləri
18 Aprel 18:37

Siyasət
18 Aprel 18:10

Xəbər lenti
18 Aprel 17:24

YAP xəbərləri
18 Aprel 17:23

İqtisadiyyat
18 Aprel 17:22

YAP xəbərləri
18 Aprel 17:16

YAP xəbərləri
18 Aprel 17:14
YAP xəbərləri
18 Aprel 16:57

Gündəm
18 Aprel 16:55

YAP xəbərləri
18 Aprel 16:35

YAP xəbərləri
18 Aprel 16:21

İdman
18 Aprel 16:06

Sosial
18 Aprel 16:02

Xəbər lenti
18 Aprel 15:55

Siyasət
18 Aprel 15:45

YAP xəbərləri
18 Aprel 15:42

Sosial
18 Aprel 15:05

YAP xəbərləri
18 Aprel 15:00
