Sivilizasiyanın ilk yazılı dili: Şumer bitikləri
11.09.2024 [08:09]
Şumer mixi yazıları planetin ən qədim dilidir
Qədim insanlar öz aralarında ünsiyyət və informasiyanı sürətləndirmək üçün ardıcıl, mənalı nitqi icad etmələri əsl şüur inqilabı idi. Sonralar zaman-zaman həmin nitqin formalaşdırdığı yeni insan cəmiyyətləri özlərinin yaratdığı ənənələri, bahadırlıq dastanlarını, nağıl və əfsanələri daşlaşmış dil vasitəsilə, həkketmə üsulu ilə sonrakı nəsillərə ötürmüşlər. Odur ki, min illər gerini tədqiq edən alimlər əcdadlarımızın yaratdığı, insanlığa miras qoyub getdiyi həmin mifik dilə və müxtəlif müstəvilərə həkk etdikləri tarixə görə onlara daim minnətdardırlar.
İlk yazılı dil
Həm də ən inandırıcı versiyalar söyləyir ki, insan sivilizasiyasının əsas ixtirası şifahi nitq yox, məhz, yazıdır. Müasir alimlərin insanlıq tarixinin yazıdan milyonlarla il əvvəlki keçmişini “zülmət dövrü” adlandırması da bunu sübut edir. Bu mənada, yazı dövrü insanlığın işıqlanma dövrü kimi səciyyələndirilir.
Şübhəsiz, tarixi faktlar qeydə alınmadan hər hansı obyektiv həqiqəti müəyyən etmək mümkün deyil.
Keçmişi mağara rəsmlərindən öyrənmək, dünyanı əli yenicə qələm tutan uşağın sadəlövh rəsmlərindən öyrənmək kimidir. Bəli, qayaüstü rəsmlərdə ətraf aləmin bir növ mücərrəd əksini görə bilərsiniz. Bu cür suallar alimləri də çox düşündürüb, görəsən, əcdadlarımız bu təsvirləri hansı məqsədlə həkk edirdilər? Hansısa ritualın əksi kimi yoxsa, bədii yaradıcılıq nümunəsi kimi? Bəlkə də qayaüstü ibtidai incəsənətin əsasında tamam başqa səbəblər dayanırdı? Hələ ki müasir elm bu barədə konkret qərara gələ bilməyib.
Eləcə də dünyanın ilk yazılı dili ilə bağlı mübahisələr hələ də davam edir. Məsələn, bəzi mütəxəssislərə görə ilk yazılı dil eramızdan 5 min il əvvəl Krit adasında meydana gəlib. Bu versiya ilə qismən razılaşmaq olardı. Lakin məsələ orasındadır ki, bir vaxtlar mövcud olduğu ehtimal edilən həmin naməlum dil, Aralıq dənizi hövzəsində mövcud olmuş və qədim insanın düşüncəsində inqilab yaratmış əsrarəngiz Şumer sivilizasiyası kimi güclü sütunlara malik olmayıb. Yəni, bəzi alimlərin versiya kimi irəli sürdüyü Krit adasında yaranmış ibtidai dil tarixin sınaqlarına dözməyərək əriyib yoxa çıxıb.
Şumer dilinin təkamülü
Xatırladaq ki, Şumer krallığı eramızdan əvvəl IV əsrdə Cənubi Mesopotamiya ərazisində meydana gəlmiş ilk üç sivilizasiyadan biridir. Bu gün dünyanın bir çox nüfuzlu dilçi alimləri də etiraf edir ki, gil bitiklər üzərində həkk olunmuş şumer mətnlərindəki çoxlu sayda sözlər müasir türk dilinin kök sözləri ilə səsləşməkdədir. Şumer krallığı dedikdə, söhbət qeyd etdiyimiz coğrafiyada yerləşən və biri-biri ilə ticari, eləcə də diplomatik əlaqələri olan şəhər dövlətlərindən gedir. Şumerlərin məşğuliyyəti çoxmiqyaslı idi. Araşdırmaçılara görə eramızdan əvvəl 5500-4000-ci illərdə böyük şəhərlərin sakinləri əsasən sənətkarlıqla məşğul olur, məskunlaşdıqları əraziləri qoruyucu divarlarla hasarlayırdılar.
Eramızdan əvvəl 3-cü minillikdə Şumer şəhərləri tədricən Akkad çarlığının istilasına məruz qaldı. Lakin maraqlıdır ki, işğalçılar Şumer mədəniyyətinə, dilinə, ədəbiyyatına toxunmadılar. Əksinə, akkadlar şumer mədəniyyətini yeni bir xəzinə kimi qəbul etdilər, şumer əlifbasını və dilini, eləcə də şumer mifologiyasını mənimsəyərək özününküləşdirdilər. Eləcə də şumer dili sonralar Akkad sarayında elitar dil kimi istifadə olundu.
Bir müddət sonra tarixin təkəri başqa cür fırlandı və eramızdan əvvəl 2-ci minilliyin ortalarında Şumer-Akkad dövləti Babil imperiyası tərəfindən qəsb edildi. Babillilər də şumer dilini yaşatdılar, bu dil qədim Babilistanın ədəbiyyat və mədəniyyət dilinə çevrildi.
Şumer mixi yazısının texniki xüsusiyyətləri
Bu günümüzə qədər gəlib çatan Şumer mixi yazıları gil lövhədə xüsusi bir qələm ilə ekstrüde edilmiş uzunsov üçbucaqlardan ibarətdir. Bu “üçbucaqlar” müxtəlif kombinasiyalarda tərtib edilmiş və müxtəlif uzunluqlu simvollara malikdirlər. Müxtəlif yazı işarələri olan həmin birləşmələr həm heca və səsi, həm də bütöv bir anlayışı ifadə edir.
Bütün yazı növləri kimi, Şumer mixi yazısı da yavaş-yavaş dəyişərək tədricən inkişaf etmişdir. Əvvələr o, üçbucaq formasında deyil, piktoqrafik işarələrdən ibarət bir növ “yaddaş izləri” olan primitiv, əyri-üyrü gil lövhələrdən ibarət olub. Ən qədim gillərdə tapılan ilkin yazı nümunələrini, işarə dilini tamamilə aydın başa düşmək mümkün deyil, burada ancaq simvolların formasına baxaraq nə ifadə edildiyini təxmin etmək olur.
Yazılı nitqin təkamülü zamanı bu simvol və işarələr müxtəlif sözləri ifadə etməyə imkan yaradıb. Şumer mixi yazılarında indiyədək oxuna bilən simvol-sözlərin ümumi sayı 600-ə çatır. Məşhur türkoloq Oljas Süleymenovun iddia etdiyinə görə həmin sözlərin təxminən səksəni müasir və qədim türk sözləri ilə eyni kökdəndir.
Beləcə, şifahi nitq tədricən zənginləşdikcə yazılı nitq mədəniyyəti də getdikcə sistemləşdirildi, həmçinin sadələşdirildi. İlkin yazılı dil nümunəsi olan piktoqrafik simvollar sadələşdirilərək üçbucaqlar sistemi ilə ifadə olundu və daha asand oxunmağa hesablandı.
Doğma əcdadlarımızın yadigarı
Qədim şumer yazısının ilkin versiyası müasir oxucu üçün çox çətin anlaşılandı. Belə ki, həmin mətnlər yuxarıdan aşağıya oxunsa da, sağ sütundan başlayaraq sol sütuna doğru oxunurdu. Üçüncü minillikdə isə yazılı dilin quruluşunda getdikcə yeni “inqilablar” müşahidə olunmağa başladı. Nəticədə informasiyanın ötürülmə forması əvvəlki mətnlərin yerləşdiyi kimi oldu, lakin sətirlər yuxarıdan aşağıya düzülsə də mətn soldan-sağa oxundu.
Aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, bu gün Aralıq dənizi hövzəsində yaşayan xalqlara məxsus müasir dillərin qədim əcdadları şumer dili ilə bu və ya digər dərəcədə yaxın, hətta qohumdur. Məsələn, şumer dilinin türk-altay dil ailəsinə yaxın qohumluğu sübuta yetirilmiş faktlardandır. Tarix boyu mədəniyyətlərin daşınması dillərin də biri-birinə təsir göstərməsinə, inteqrasiyasına, mənimsənilməsinə yol açıb. Bu səbəbdən, məsələn, qədim pəhləvi və ya ivrit dilində şumer sözləri aşkarlanırsa, əslində, burada təəccüb doğuran məqam yoxdur.
Əslində, Şumer dilinin böyük bir coğrafiyanın dili olduğunu 19-cu əsrin sonunda, arxeoloji tədqiqatlar nəticəsində böyük gil lövhələrin aşkar edilməsi ilə anlamış olduq. Qazıntılar nəticəsində tapılan artefaktlar içərisində işğalçı dövlətlərə şumer dilini öyrənməyə kömək edən ibtidai lüğətlərə də rast gəlinib. Bu arxeoloji materiallar tarixçilərə qədim mətnləri oxumağa və təkcə əsrlər yox, minilliklər əvvəl baş vermiş hadisələri inanılmaz dəqiqliklə müəyyənləşdirməyə imkan verdi.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44
YAP xəbərləri
06 Noyabr 13:43
YAP xəbərləri
06 Noyabr 13:42
YAP xəbərləri
06 Noyabr 13:41
YAP xəbərləri
06 Noyabr 13:40
YAP xəbərləri
06 Noyabr 13:39
YAP xəbərləri
06 Noyabr 13:38
YAP xəbərləri
06 Noyabr 13:35
YAP xəbərləri
06 Noyabr 13:25
Dünya
06 Noyabr 13:16
YAP xəbərləri
06 Noyabr 13:04
Sosial
06 Noyabr 12:58
YAP xəbərləri
06 Noyabr 12:55
İqtisadiyyat
06 Noyabr 12:54
Sosial
06 Noyabr 12:53
Hadisə
06 Noyabr 12:53
İqtisadiyyat
06 Noyabr 12:52
İqtisadiyyat
06 Noyabr 12:51
YAP xəbərləri
06 Noyabr 12:50
Dünya
06 Noyabr 12:45
YAP xəbərləri
06 Noyabr 12:31
Siyasət
06 Noyabr 12:20
YAP xəbərləri
06 Noyabr 12:11
Gündəm
06 Noyabr 12:10
YAP xəbərləri
06 Noyabr 12:08
Sosial
06 Noyabr 11:56
YAP xəbərləri
06 Noyabr 11:39
YAP xəbərləri
06 Noyabr 11:37
Siyasət
06 Noyabr 11:35
İqtisadiyyat
06 Noyabr 11:17
Gündəm
06 Noyabr 10:54
İqtisadiyyat
06 Noyabr 10:38
YAP xəbərləri
06 Noyabr 10:15
Analitik
06 Noyabr 09:51
MEDİA
06 Noyabr 09:30
Analitik
06 Noyabr 09:12
Sosial
06 Noyabr 08:54
Sosial
06 Noyabr 08:31
YAP xəbərləri
05 Noyabr 23:45
İdman
05 Noyabr 23:44
Sosial
05 Noyabr 23:30
Dünya
05 Noyabr 23:22

