Millətin Bəxtiyarı...
13.02.2025 [08:43]
Xalq şairinin anım günüdür!
Hər insan sirli-sehirli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası isə daha cazibədar, coşğun, üfüqləri daha geniş, zəngin və əlçatmaz olur. Xalq şairi Bəxtiyar Vahabzadə də həmin yaradıcı insanlardandır.
Milli şeirimizin canlı klassiki
Bəxtiyar Vahabzadə özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı sənətkarlardan biri idi. Onu haqlı olaraq çağdaş milli şeirimizin canlı klassiki adlandırırlar. Əlbəttə, şairin poetik istedadına verilən belə dəyər təsadüfi deyil, əksinə bunun obyektiv səbəbləri var. Azərbaycan şeirinin son yarım əsirlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan ədəbiyyatında, ictimai fikir tariximizdə müstəsna rol oynayan B.Vahabzadə özündən sonra böyük bir irs qoyub. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfə verib.
Şairin yaradıcılıq yolu
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. Onun “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb.
O, Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). Bəxtiyar Vahabzadə 1980-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. Şair 1976-cı ildə “Muğam” poemasına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
Poemasına görə “millətçi” damğası aldı...
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra öz vəzifəsinə bərpa edilib.
Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Ana dilimizin qorunması uğrunda...
Bəxtiyar Vahabzadə həqiqətən də xalqın şairi idi. O zamanın nəbzini tuta bilən, xalqın dərdinə, sevincinə şərik olan bir insan olub. Şair Azərbaycan dilini zəngin və imkanlı bir dil kimi səciyyələndirirdi. Görkəmli sənətkar ana dilinin təmizliyi və gözəlliyinin qorunması məsələsini ümumxalq işi, dövlət işi hesab edib, belə söyləmişdi: “Dil xalqındır. Ona görə də dilin gözəlliyi keşiyində yalnız alim və yazıçılar, filoloq və jurnalistlər deyil, bütün xalq durmalıdır. Bu hər birimizin vətəndaşlıq borcudur. Bu ümumxalq işi, dövlət işidir. Ata-babalarımızdan miras aldığımız ana dilimizi göz bəbəyimiz kimi qorumaq, onu cilalaya-cilalaya, öz dadı-tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil vermək müqəddəs borcumuzdur”.
Ədəbiyyat, ictimai fikir tariximizdə böyük azərbaycançılardan biri kimi qalan Bəxtiyar Vahabzadə azərbaycançılığın ən qüdrətli nümayəndələrindən biri olaraq xatırlanacaq. Onun yaratdığı külliyyat azərbaycançılıq məfkurəsinə ən dəyərli töhfədir. Bu gün B.Vahabzadənin vəfat etməsindən 16 il ötür. Xalq şairi 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Bəxtiyar Vahabzadə həyatla vidalaşmış olsa da, hər bir Azərbaycan vətəndaşı sevimli şairini öz ürəyində yaşadacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

