“Bəhlul” satirik jurnalı - 115
19.05.2022 [10:16]
MÜŞFİQƏ
115 il öncə bu gün Bakıda “Bəhlul” satirik jurnalı nəşrə başlayıb. Jurnalın adı xalq arasında məzmunlu lətifələri ilə məşhur olan Bəhlul Danəndədən götürülüb. “Molla Nəsrəddin” jurnalından sonra Azərbaycanda çıxan ilk satirik jurnallardan biri də “Bəhlul”dur. Dərginin cəmi 9 sayı işıq üzü görsə də, Azərbaycan mətbuatını və ədəbiyyatı tarixini öyrənmək üçün əhəmiyyətli mənbədir. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub. Jurnalın redaktoru M.Ə.Sabirin yüksək istedadını nəzərə alıb onu jurnalla əməkdaşlığa dəvət etmişdi. Şairin “Bəzi yerlərdə təsadüf olmur aşa, ətə”, “Mən belə əsrarı qana bilmirəm”, “Təraneyi-əsilanə” adlı satiraları ilk dəfə bu jurnalda çıxmışdı.
Həftəlik satirik jurnal Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə “Kaspi” mətbəəsində nəşr edilib. Ələsgər Əliyev Azərbaycanın görkəmli inqilabçı və maarifpərvər xadimlərindən biri idi. O, daim mətbuatda inqilabi-publisistik məqalələrlə çıxış edirdi.
Jurnalda “Teleqraf xəbərləri”, “Ümumi xəbərlər”, “Elan”, “Poçt qutumuz” və sair kimi rubrikalara və bəhri-təvil, felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir.
Burada Ə.Əliyev (“Bəhlul”), Ə.Razi (“Düdük”), M.H.Zeynalov (“Dərdmənd”) kimi müəlliflər ilə yanaşı, “Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”, “Heyrəti”, “Yuxulu”, “Bambulu”, “Tamaşa bağı”, “Fırıldaq”, “Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”, “Maryak”, “Carübüddövlə”, “Bitli bədən”, “Laübali”, “İpləmə”, “Zurnaçı”, “Şalvarün-Zakirin”, “Müahidi Qədim”, “Əqrəb”, “Qeydkeş” və sair gizli imzalardan da istifadə edilib.
Molla Nəsrəddin və Bəhlul Danəndə bənzərliyi
Harun ər-Rəşidin qardaşı olan Bəhlulun tarixi şəxsiyyət olmasına baxmayaraq o, Yaxın Şərqdə Molla Nəsrəddin kimi əfsanələşdirilmişdi. “Bəhlul” jurnalı da forma etibarı ilə də “Molla Nəsrəddin”ə bənzəyirdi. Jurnalın nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilirdi. Hər iki jurnalın əməkdaşları arasında sıx əlaqə yaranmışdı. “Bəhlul”un zəngin ədəbi-bədii tərtibatı var idi. Oxucuya satirik üslubda ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki vaxtı keçmiş adət-ənənələr, dövlət idarəçiliyindəki nöqsanlar, varlı-kasıb münasibətləri çatdırılırdı. Bakıda fəhlə hər?katına köməkdə, dövrün mühüm məsələlərinin işıqlandırılmasında, xalqın maariflənməsi uğrunda mübarizədə böyük xidmət göstərirdi.
Bir sözlə, 6 aylıq ömründə jurnalın misilsiz xidmətləri olmasına baxmayaraq, zamanın çətin sınaqlarına tuş gəldi, nəşri dəfələrlə dayandırıldı. Lakin irticanın təqibi “Bəhlul”u öz yolundan döndərə bilmədi. Onun “Camaata” adlı müraciətində “Molla Nəsrəddin”in bütün islam aləmində ən qabaqcıl ideyaları təbliğ etdiyi və məhz bu səbəbdən mürtəce qüvvələrin onu dağıtmaq, məhv etmək istədiklərini bildirdi. Jurnal “Oyanın! Oyanın!” - deyə xalqa xitabında “Molla Nəsrəddin”i qorumağa çağırdı.
Zəhmətkeş kütlələrin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırdığı üçün jurnal 9-cu nömrədən sonra “zərərli məsləkinə görə” dayandırıldı.
“Bəhlul” jurnalı yeni təqdimatda
Azərbaycan mətbuatının 145 illiyi münasibətilə “Bəhlul” jurnalı kitab formatında çap olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilib. 146 səhifədən ibarət kitab “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

