Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı
23.05.2023 [11:38]
Azərbaycanda sovet hökumətinin qurulması düşüncəmizdə solğun rənglərlə assosiasiya olunur. Bu ziddiyyətli dövr tarixin yaddaşında qırğınlar, qətliamlar, kütləvi tələfatlar, soyqırımılarla qalıb. Quruluşun dəyişməsi yüz minlərlə insanın həyatı bahasına başa gəldi. Çarın ailəsiylə birlikdə qətlə yetirilməsi yeni quruluşun da mahiyyətcə əvvəlkindən fərqlənmədiyini ortaya qoydu. Tezliklə “xalqların öz müqəddəratını həll etmə hüququ”nun puç və yalan olduğu üzə çıxdı. Bütün ölkədə pantürkist ovuna çıxdılar, düşünən beyinlər, elm, zəka sahibləri, azad fikirli ziyalılar sıradan çıxarıldı. Qarşıdan isə amansız Stalin repressiyası gəlirdi. 1937-ci ildə təkcə Azərbaycanda nə az, nə çox, iyirmi doqquz min insan günahsız yerə güllələndi, qalanları sürgün edildi, işgəncələrə məruz qaldı. Xanimanlar dağıldı, həyatlar puç oldu, bir ulusun köksünə sağalmayan yaralar vuruldu.
On illər boyu bu mövzuda yazmaq qadağan olunub. Amma qaçaqlar mövzusunda ara-sıra yazan yazıçılarımız olub. Qaçaq mövzusu iki quruluş arasında incə bir xətt kimi keçir və əlbəttə, sovet dönəmində gerçəkləri olduğu kimi yazmaq qeyri-mümkün idi. Fərman Eyvazlının “Qaçaq Kərəm” romanı bu mövzuda yazılmış azsaylı əsərlərdəndir. Şura hökuməti yenicə yarananda mülkədarlara, bəylərə “qolçomaq” damğası vurulur, bütün var-dövlətləri əllərindən alınırdı. Eldə-obada igidliyi ilə ad çıxarmış cavanlar isə bu hökumətin varlığı ilə barışmayıb dağlara, meşələrə çəkilir, varlılardan alıb kasıb-kusuba paylayırdılar. Buna görə də sadə camaat qaçaqları həmişə qoruyurdu.
Bu günlərdə Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovla söhbətləşirdik. Söhbət bu mövzudan düşdü. Turan müəllim dedi ki, anamın qaçaqlarla bağlı bir romanı var, 80-ci illərdə yazıb, amma nədənsə heç yerdə çap etdirməyib. Onu da əlavə etdi ki, mən onu anamın yenicə çap edilmiş çoxcildliyinə daxil etmişəm, istəsən, verərəm, oxuyarsan. “Seçilmiş əsərləri”nin birinci cildinə daxil edilmiş “Qobustan çökəklərində” romanını Əzizə xanım 1983-1986-cı illərdə qələmə alıb. Əsasən tarixi romanlar müəllifi kimi tanıdığımız yazıçının yaradıcılığında bu mövzu demək olar ki, yenidir. Əsəri oxuduqca dilin zənginliyi, gözəlliyi, şəhdi-şirəsi insanı valeh edir. Mütaliə prosesində Əzizə xanımın bu əsəri niyə zamanında çapa vermədiyi tədricən mənə aydın olurdu.
Realizm prinsiplərindən çıxış edən ədəbiyyatın vəzifəsi həyatı hadisələrə uyğun obrazlar vasitəsilə təsvir etməkdir. Gerçəkliyi ona xas olan ziddiyyətlərin kontekstində tipikləşdirmə üsullarıyla əks etdirmək realist ədəbiyyatın əsas göstəricilərindəndir. Realizmin təcəssüm obyekti olan gerçəkliyin rəngarəngliyi və müxtəlifliyi yazıçıya istənilən mövzuya müraciət etmək imkanı verir. Əzizə xanım realist nəsrin ustalarındandır. “Qobustan çökəklərində” əsərində də bədii istiqamət bəllidir. Bu mənada realizm həyat həqiqətinin sinonimidir.
Romanın baş qəhrəmanı Seyidalı adlı qaçaqdır. O, təzə hökumətin düşməni deyil, lakin onu tora salıb hökumətlə düşmən edirlər. Erməni Sərkisin bu oyunda xüsusi rolu olur. Əzizə xanım bütün obrazların xarakterik cizgilərini ustalıqla verir, təhkiyə dastan estetikası üzərində qurulub və hadisələr inkişaf etdikcə obrazların daxili dünyası açılır, onların mahiyyəti üzə çıxır.
İki qaçaq dəstəsi - Muxtar əfəndinin dəstəsi ilə Seyidalının dəstəsi arasında gizli ixtilaf daxili konfliktlərlə inkişaf etdirilir. Seyidalı mərd adamdır, Muxtar əfəndi isə hiyləgərliyi ilə onu hökumətin gözündə düşmənə çevirmək istəyir. Qobustan çökəklərinə sığınmış qaçaqlar arasındakı gərginlik süni şəkildə yaradılır, Səlimbəyovla Sərkisin “dostluğu” da təxribat torunu hörür. Bədii mətnin dərin strukturunda qaçaqların yeni siyasi quruluşla barışmazlığı nəzərə çarpır. Bu konflikt romana böyük bir genişlik qazandırır, yan süjetlər də əsas ana xətdən şaxələnərək başlıca ideya ətrafında birləşir. Qaçaqların arvad-uşağı hökumət tərəfindən girov götürülüb, Seyidalı da qarşı tərəfin qadınlarını tutub saxlayır. Lakin hər iki tərəfin kişiləri onlarla ləyaqətlə davranır, bu məqam yazıçı tərəfindən xüsusi həssaslıqla işlənib.
Milis rəisi Nəcəfqulunun gözütoxluğu belə bir situasiyada təqdim edilir: rəis bir torba qızılı evə gətirir, onları səhər hökumətə təhvil verəcək, yorğun olduğu üçün yuyunub yatır. Qızıl torbası arvadı Sonanın marağını çəkir, açıb içindəki zinət əşyalarını görür, qadınlığa xas bəzək-düzək həvəsi ona üstün gəlir, sırğaları qulağına taxır, güzgü qabağında özünə baxır. Düşünür ki, bəlkə ərim bunların hamısını mənə gətirib. Nəcəfqulu bundan xəbər tutunca arvadını tənbeh edir: “Sən nə cürətlə el malına göz dikə bilirsən?” Beləliklə, bütün qızıllar hökumətə təhvil verilir. Seyidalı dəfələrlə Nəcəfquluya ismarış göndərir ki, mən üzə çıxmaq istəyirəm, hökumətlə işim yoxdur. Amma onun ismarışını rəisə çatdırmırlar. Qanlı qışlaqdakı Hacı Məlik binəsində saxlanılan qadınlar daxili bir hissin diktəsiylə bu qaçaqlara inanırlar, özlərini güvəndə hiss edirlər. Seyidalının bütöv xarakteri onlarda rəğbət hissi oyadır. Yaqut fəhmli qadındır, anlayır ki, bu bir qurğudur, qaçaqlarla hökumət qüvvələri arasında qırğın salmaq üçün bu oyunu qurublar.
Digər bir məqam da diqqəti çəkir. Seyidalı Yaqutla söhbət edərkən belə deyir: “Nikolay padşah vaxtında da bizimki gətirmirdi. Fəqir-füqəra hökuməti - Şura hökuməti vaxtında da. Onda da Allahdan gələn bəla muzdura dəyirdi, indi də...”
Müəllif obrazın dilindən deyilən bu fikirlə hər iki quruluşun mahiyyətcə despotik olduğunu vurğulayır. Təbii ki, belə bir əsər sovet dönəmində çap edilə bilməzdi. “Qobustan çökəklərində” romanı əsasən üç personajın ətrafında qurulmuş silsilə səhnələrdən ibarətdir: Seyidalı, Muxtar əfəndi və Nəcəfqulu. Əsərin ana mövzusu mərdi qova-qova namərd etmək ideyası ətrafında təmərküzləşir. Hiylə və məkrlə Seyidalını, eləcə də ətrafındakı qaçaqları hökümət qüvvələri ilə üz-üzə gətirirlər, arada qırğın baş verir, hər iki tərəfdən ölənlər olur. Seyidalı da həyatını itirir. Milis rəisi Nəcəfqulu ən son məqamda həqiqətlərdən agah olur. Roman Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrdəki gerçək durumu bütün tərəfləri ilə əks etdirir. Əsərdəki xarakterlər müxtəlif məqamlarda ayrılır, sonra yenidən birləşir, süjet xətti adi hadisələrin sinxronizasiyasından ibarət deyil. Sovet hakimiyyəti yenicə qurulduğu dövrdə yüzlərlə, minlərlə günahsız insan həyatını itirib. Yarımçıq qalmış talelər, gənc yaşda qırılan ömürlər bütöv bir nəslin də taleyinə təsirsiz ötüşməyib, sağalmayan yaralar açıb.
“Qobustan çökəklərində” Əzizə Cəfərzadə yaradıcılığında, eləcə də müasir Azərbaycan ədəbiyyatında əlahiddə yeri olan bir romandır. Romanın yazılmasından az qala qırx ilə yaxın bir vaxt keçir. Geniş oxucu kütləsi bu romanla tanış deyil. Yaxşı olardı ki, roman ayrıca kitab kimi nəşr olunub oxucuların ixtiyarına veriləydi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

