/ / “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi 8-ci Bakı yay enerji məktəbini təşkil edəcək
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi 8-ci Bakı yay enerji məktəbini təşkil edəcək
20.02.2014 [09:06]
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlıq çərçivəsində bu il iyulun 5-dən 18-dək 8-ci Bakı yay enerji məktəbini təşkil edəcək.
“ADA” Universitetindən AzərTAc-a bildiriblər ki, iki həftəlik sertifikat proqramı qlobal və Xəzər enerji, ətraf mühit məsələlərini təhlil etmək və daha yaxşı anlayış əldə etmək üçün dünyanın tanınmış alim, akademik və siyasətçilərini bir araya gətirəcəkdir. Regional boru xətti və enerji təhlükəsizliyinin inkişafı ilə yanaşı, iştirakçılar enerjinin əsasları, enerji hüququ və iqtisadiyyatı, onun ətraf mühitə təsiri, neft və qaz sənayesində idarəçilik və ARDNŞ-in strateji perspektivləri kimi məsələlərlə daha geniş tanış olacaqlar.
Bakı yay enerji məktəbi dünyanın hər yerindən olan dövlət və özəl sektor rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. İştirakçılar Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, “TAP” konsorsiumu, bp, “ExxonMobil”, “Total”, “Statoil”, “LUKoil” neft şirkətləri rəhbərlərinin əsas məruzələr edəcəkləri yay məktəbində problemli məsələləri müzakirə etmək fürsəti əldə edəcəklər. Müəllimlərin siyahısı Oxford Universitetinin, Sciences-Po İnstitutunun, Prinston Universitetinin, Rusiya Elmlər Akademiyasının və s. kimi dünya elminin görkəmli mütəxəssisləri ilə tamamlanacaq.
Ən nəhayət, bu proqram Bakı-Tbilisi-Ceyhan boru xətti, Səngəçal neft terminalı, palçıq vulkanları, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyev və dünya şöhrətli Nobel qardaşları muzeyləri kimi Azərbaycanın müasir və keçmiş neft sənayesi ilə bağlı olan bənzərsiz yerləri gəzmək üçün imkan yaradır.
Proqram tamamlandıqdan sonra iştirakçılar “ADA” Universitetinin sertifikatları ilə mükafatlandırılacaqlar.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

