Ötən il AMEA-nın tarixində bir sıra mühüm hadisələrlə yadda qalıb
15.01.2015 [10:13]
2014-cü il Azərbaycan Milli Elmlər Akademiyasının həyatında (AMEA) bir sıra mühüm və əlamətdar hadisələrlə yadda qalıb.
AzərTAc xəbər verir ki, bu sözləri yanvarın 14-də akademiyada ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.
Akademik ölkəmizdə ilk dəfə yüksək səviyyədə təşkil olunan Bakı Elm Festivalının və Azərbaycan Alimlərinin I Qurultayının keçirilməsini AMEA-nın tarixində elmi mühitimiz, onun inkişafı üçün əlamətdar hadisə adlandırıb.
AMEA-nın rəhbəri akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək, tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək və müəssisələr üçün aktual məsələlərin daha geniş müzakirəsinə nail olmaq məqsədi ilə qurumun elmi müəssisələrinin strukturunda dəyişikliklər edildiyini bildirib.
A.Əlizadə diqqətə çatdırıb ki, Gəncədə AMEA-nın yeni bölməsinin yaradılması akademiya və Azərbaycan elmi üçün vacib məsələdir.
2014-cü ildə elmin sosial problemləri diqqət mərkəzində olub. Artıq akademiyanın poliklinikasının layihəsi hazırlanır.
Akademik vurğulayıb ki, alimlərimizin əsas fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir. Bu da müxtəlif istehsal sahələrinə dair innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsinə gətirib çıxaracaq. Xüsusilə son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirildiyini deyən AMEA-nın rəhbəri onlara göstərilən diqqət və qayğıdan, alimlərin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutan layihələrdən danışıb.
A.Əlizadə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi barədə Prezident İlham Əliyevin 2014-cü il 11 dekabr tarixli Fərmanını və “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nı xatırladıb. Akademik hər iki sənədi elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirib.
A.Əlizadə akademiyanın beynəlxalq əlaqələrindən, il ərzində görülmüş digər işlərdən də söhbət açıb. Bildirilib ki, regionlarda elmin kütləvi təbliği və populyarlaşdırılmasına yönəldilmiş bir sıra uğurlu layihələrə start verilməsi, fərqlənən alimlərin AMEA-nın adlı mükafatlarına layiq görülməsi, onların sosial müdafiəsi, akademiyada magistratura təhsilinin təşkili, ölkə alimlərinin mühüm tədqiqatlarının xaricdə tanınması, beynəlxalq tədbirlərdə iştirak etməsi akademiyanın uğurlu siyasətinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26

