Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığa giriş” kitabının təqdimatı olub
07.02.2015 [11:02]
Fevralın 5-də Bakı Slavyan Universiteti (BSU) nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanşünaslığa giriş” kitabının təqdimat mərasimi olub. Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev azərbaycançılıq ideyasının təbliğində və Azərbaycanşünaslıq elminin inkişafında BSU-nun rolundan danışıb: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı Slavyan Universitetində artıq 10 ildən çoxdur Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin yaradılmasının strateji əhəmiyyəti vardır. Yarandığı gündən BSU-nun xarici ölkə universitetləri ilə əlaqələrində Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə, azərbaycanşünaslığın təbliği ön sırada dayanır”.
Ulu öndərin yaratdığı azərbaycançılıq məfkurəsinin milli birliyə, xaricdə ölkəmizin təbliğinə yönəldiyini deyən rektor bu gün həmin məfkurənin Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi inkişaf etdirildiyini vurğulayıb. Rektor öz çıxışında kitabın ərsəyə gəlməsində AMEA-nın həqiqi üzvü, professor Kamal Abdullayevin xüsusi xidmətlərini qeyd edib.
Mərasimdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Azərbaycandakı və xaricdəki universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinə başlanıldığını vurğulayaraq deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib: “Multikulturalizmə aid olan fənlərin tədris edilməsində “Azərbaycanşünaslığa giriş” kitabı dərs vəsaiti olaraq xüsusi əhəmiyyət kəsb edir”.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Azərbaycanşünaslığa giriş” kitabının əhəmiyyətindən danışaraq bildirib ki, kitabın elektron variantının yaradılmasına və universitetin təhsil portalında yerləşdirilməsinə ehtiyac var.
Mərasim çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun şöbə müdiri Abdulla Hacı Nəriman, BDU-nun dosenti Boran Əzizli, BSU əməkdaşlarından kitabın müəlliflərindən biri dosent Əsgər Əhməd, professorlar İlyas Həmidov, Rafiq Novruzov, Təvəkkül Şükürbəyli kitabla bağlı öz təəssüratlarını bölüşüblər. İştirakçılar kitabın xarici dillərə də tərcümə olunması fikrini irəli sürüblər.
Qeyd edək ki, kitabda Azərbaycanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, Azərbaycan dili, tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, coğrafiyasını öyrənmək arzusunda olan əcnəbilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş oçerklər toplanıb. “Azərbaycanşünaslığa giriş” Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilb. Kitabın ön sözü AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdullayev tərəfindən yazılıb. Əminliklə qeyd edə bilərik ki, oxucu bu kitab vasitəsilə vətənimizi daha yaxşı tanıyacaq və sevəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

