Şuşadan bütün dünyaya ...
14.05.2024 [09:30]
İlham Əliyev: Heç kim bizə diktə edə bilməz!
Bizim daxili işlərimizə müdaxilə edə bilməz!
Müasir Azərbaycan özünün ən güclü, ən qüdrətli dövrünü yaşayır. Regional və qlobal layihələrin təşkilatçısı və təşəbbüskarı qismində çıxış edən ölkəmiz yeni, innovativ çağırışlara tam cavab verir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə, antiterror tədbirləri zamanı əldə olunan nailiyyət ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə yanaşı, yeni regional reallıqların formalaşmasına da yol açıb. Beynəlxalq münasibətlər sisteminin ən mühüm aktorlarından biri sayılan Azərbaycan qısa zamanda mühüm bir coğrafiyada yeni iqtisadi təsəvvürlər yaratdı - Avropanın enerji təhlükəsizliyində, Cənubi Qafqazın təhlükəsiz inkişafında, regional sabitliyin formalaşdırılmasında, Qərb-Şərq iqtisadi aortasının yaradılmasında, Orta Dəhliz kimi mühüm və strateji layihənin ərsəyə gəlməsində və şaxələndirilməsində əsaslı rol oynadı.
Ulu Öndərin ən böyük arzusu...
Azərbaycan bütün bu inkişafı qısa zaman kəsiyində nail oldu - hətta yaşadığı mühüm problemlərə, 30 ilə yaxın işğaldan əziyyət çəkməsinə baxmayaraq bu nailiyyətlərə imza atıldı. 1990-cı illərin əvvəlində baş verən siyasi proseslər hər kəsin yaddaşındadır - səriştəsiz insanların dövlət strukturlarında vəzifə tutması, xaos, özbaşınalıq, hakimiyyət və siyasi böhran qorxaq, satqın, xain insanların dövlət rəhbərliyində təmsil olunması Azərbaycan torpaqlarının işğalına yol açdı. AXC-Müsavat cütlüyünün apardığı xəyanətkar və öz maraqlarına xidmət edən siyasət şəhərlərimizin, kəndlərimizin işğalına yol açdı. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi, ölkəmizi inkişaf yoluna çıxardı, gələcək qələbələrin təməlini atdı. Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüşündə bildirib ki, Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz Onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq.
Əldə edilən uğurların əsasında isə xalq-dövlət birliyi, xalqın ölkə Prezidentinə sevgisi və inamı, Heydər Əliyev siyasi kursuna etimadı dayanır. Azərbaycan xalqı hər zaman öz Liderinin atdığı addımları dəyərləndirir. Dövlət başçısı isə bu etimadı olduqca yüksək qiymətləndirir - Şuşaya köçən ilk sakinlərlə görüş məhz bu qələbənin, sevincin, gələcəyə inamın ifadəsidir.
İradəmizdən kənar bu bölgədə heç bir məsələ həll oluna bilməz
Bəli, Azərbaycanın qələbəsi həm də beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə, ədalətin bərpasına yol açdı. Hətta işğal dövründə belə beynəlxalq hüququn tələblərinin tətbiqi uğrunda mübarizə aparan Azərbaycan sülhə sədaqət nümayiş etdirib. Azərbaycan hər zaman bəyan edib ki, biz müharibə istəmirik. Nəhayətdə məsələnin həllində “vasitəçi” olduğunu iddia edənlərin susqunluğu, çox zaman haqsızlığa yol verməsi Azərbaycanı öz hüquqlarını müdafiə etməyə istiqamətləndirdi - 30 ilə yaxın icrası həyata keçirilməyən BMT TŞ-nin məlum 4 qətnaməsi məhz Azərbaycan tərəfindən icra edildi. Diqqət yetirsək, uzun illər Azərbaycana qarşı fərqli standartlardan çıxış edən beynəlxalq təsisatlar ədalətin bərpası üçün heç bir təsiredici vasitələrdən istifadə etməyib. Bu mənada, ATƏT-in tarixə qovuşmuş “Minsk qrupu”nun fəaliyyət(sizliy)i xüsusilə seçilir. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan “Minsk qrupu”nun ötən dövr ərzində bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətisizliyi idi. Azərbaycanın haqq savaşında qələbəsi isə ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı. Təəssüfləndirici haldır ki, vaxtilə Minsk qrupunun çətri altında Ermənistana havadarlıq edən Fransa, ABŞ kimi ölkələr bu fəaliyyətlərini indi fərqli formada davam etdirirlər. Bu gün də regionda davamlı sülhün formalaşmasına mane olan qüvvələrin apardığı siyasət destruktizmə, kataklizmlərə hesablanıb. Amma bu gün bölgənin inkişafı, yeni reallıqların formalaşması, siyasi-iqtisadi münasibətlər sisteminin qurulması Azərbaycanın iradəsindən asılıdır. Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşündə bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik: “Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.
Hər kəs bilir ki, biz nəyə qadirik
Bu gün xarici təsirlərin müdaxiləsi nəticəsində regionda bir sıra hərəkətlənmələr qeydə alınır. Məsələn, sülh prosesinin aktiv müzakirəsi aparıldığı, iki dövlətin müvafiq delimitasiya komissiyalarının razılaşmalar əldə etdiyi, sülh danışıqlarının mühüm nəticəyə ümid yaratdığı bir zamanda bəzi xarici qüvvələr Ermənistandakı daxili proseslərə müdaxilə etmək istəyir - dünənə qədər Ermənistanı silahlandıran bu qüvvələr bu gün daxili qarşıdurmalar yaratmaqla sülhü gecikdirməyə çalışırlar. Tə?ssüfləndirici haldır ki, silahlanma məsələsi son günlərdə ən mühüm aktuallıq daşıyan məsələlərdən birinə çevrilib - başda Fransa olmaqla bəzi güclər əsasında Cənubi Qafqazda qeyri-sabit siyasi vəziyyət yaratmaq arzusu ilə addımlar atır və bu addımların effektivliyini artırmaq üçün bir sıra qaranlıq məsələlərə baş vururlar. Ermənistana aktiv şəkildə silah ixrac edilməkdədir. Bunların arasında zirehli texnikalar və hava hücumu üçün əlverişli sayılan qurğular daha geniş maraq doğurur. İlk baxışdan Ermənistana “yardım” görüntüsü yaradan Fransanın əsl məqsədi fərqlidir - onlar Cənubi Qafqazda müharibənin, atəş səslərinin kəsilmədiyini hər kəsə nümayiş etdirmək istəyirlər. Amma Ermənistandakı baş qaldırmış revanşist qüvvələr və onları himayə edənlər unutmamalıdır ki, “dəmir yumruq” hər zaman bölgədə sabitliyin və sakitliyin keşiyindədir. Siyasi “dəstəkdən” və ya hər hansı “silahdan” ruhlanaraq yenidən müharibə arzusu?a düşmək istəyənlər böyük səhvə yol vermiş olarlar. Prezident İlham Əliyev Şuşada bildirib ki, əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin: “Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz”.
Nəyi lazım biliriksə, onu da edəcəyik
Bu gün Azərbaycan yenə də bölgədə sülhün, sabitliyin formalaşması üçün səy göstərir. Dövlətimiz bölgənin əməkdaşlıq potensialına yeni töhfələr verir - yaşıl enerji tərəfdaşlığı, yeni Şərq-Qərb tranzit imkanları təqdim olunur. Bunun üçün isə bizim bir şərtimiz var - Ermənistan sülhü imzalamalıdır. Bu isə Ermənistanın özünün maraqlarına xidmət edir - havadarlarına “güvənməklə” nələri itirdiyini dərk edən İrəvan üçün bu bir şansdır. Azərbaycan hər zaman bəyan edib ki, biz ədalətli sülhün tərəfdarıyıq. Ədalətli sülhün konturları isə Azərbaycan tərəfindən irəli sürülüb. İkinci Qarabağ müharibəsində qələbə qazanan tərəf olsaq da, biz ədalətin bərpasını istəyirik - sərhədlərin müəyyənləşdirilməsi üçün səy göstəririk. Ermənistan isə özünün qeyri-konstruktiv mövqeni davam etdirməyə çalışsa -nələr ilə qarşılacağını bilir. Dövlət başçısı qeyd edib ki, nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək: “Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.
Bizimlə hesablaşmasalar, peşman olacaqlar
Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq Azərbaycanın taleyi ilə bağlı qurulan və 30 il aparılan bütün ssenariləri alt-üst etdi. Bu gün hamı bu iradə ilə hesablaşır. Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıq və status-kvo yaradıb. Hazırda Cənubi Qafqazın güclü və lider dövləti olan Azərbaycanın iradəsindən kənar hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür. Prezident Şuşadakı çıxışında bildirdi ki, burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır: “Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

