Ölkələrimiz gələcək illərdə bir-biri ilə daha da sürətlə əməkdaşlıq edəcək
14.09.2012 [16:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Hulusi Kılıç deyib: Həyatımın bundan sonrakı hissəsində də Azərbaycanın bir nümayəndəsi, vətəndaşı kimi işləməyə davam edəcəyəm. Bunu bilməyinizi istəyirəm. Mən buraya, bu Vətənə xidmət üçün gəlmişdim. Bu müddətdə də çox dəstək, kömək gördüm. Dünənki səfər də tarixi bir səfər idi, hörmətli Prezidentim!.
Prezident İlham Əliyev: Doğrudan da, belədir.
Hulusi Kılıç: Biz Sizə, Mehriban xanıma minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun. Mən də çox şadam ki, səfər çox gözəl keçdi. Hörmətli Baş nazir Azərbaycanın başqa yerləri ilə də tanış oldu. Bu səfərin təşkilində sizin də böyük səyləriniz olubdur. Ümumiyyətlə, Azərbaycanda çalışdığınız dövrdə iki ölkəni bir-birinə daha da yaxın etmək üçün böyük səylər göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk. Doğrudan da, siz Azərbaycan xalqının dostusunuz. Bura sizin öz Vətəninizdir. Əminəm ki, başqa işdə də daim bizimlə əlaqədə olacaqsınız.
Dövlətimizin başçısı Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Hulusi Kılıçın Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.
Hulusi Kılıç: Hörmətli Prezident, bu, mənim üçün həyatımda aldığım ən şərəfli mükafatdır. Buna layiq ola bilmək də, həqiqətən, həyatımın mükafatıdır. Bundan əlavə, Zati-aliləriniz tərəfindən bunun dəyərləndirilməsi, həqiqətən, həyatımın 4 il yarımının bir xülasəsidir, qiymətləndirilməsidir. Mən bunun üçün şükranlığımı, təşəkkürlərimi bildirmək istəyirəm, hörmətli Prezidentim!
Prezident İlham Əliyev: Sağ olun. Sizin burada fəaliyyətiniz, doğrudan da, çoxşaxəli olubdur. Cəmiyyətdə də böyük nüfuz qazana bilmisiniz. Mən bilirəm ki, siz Azərbaycanı nə qədər ürəkdən sevirsiniz. Buna görə sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram. Əminəm ki, gələcək illərdə ölkələrimiz bir-biri ilə daha da sürətlə əməkdaşlıq edəcəklər. Dünən və srağagün hörmətli cənab Baş nazirlə keçirdiyimiz görüşlər bir daha münasibətlərimizin nə qədər dərin olmasına dəlalət edir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

