Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qarabağ Azərbaycandır!!!

Qarabağ Azərbaycandır!!!

06.07.2024 [10:10]

101 il öncənin bugünündən 3 il öncənin bu gününə qədər...

Dövlətimiz tarixi ədaləti bərpa etdi... 

2023-cü ilin sentyabrında baş verən arntiterror əməliyyatı Azərbaycanın suverenliyinin təmini ilə yanaşı, həm də mühüm bir tarixi ədaləti bərpa etdi. Xalqımız 30 ildən bəri həsrətini çəkdiyi doğma el-obasına qovuşdu. Reallıqda 100 ilə yaxın davam etmiş Qarabağın Azərbaycandan qoparılma planı sona yetdi. Bu antiterror tədbirlərinin uğurlu nəticəsi 100 il davam etmiş haqsız və əsassız iddiaları, böyük güclərin erməni kartı ilə oynadığı oyunları, geosiyasi mənzərəni dəyişdi, ən əsası Azərbaycanın zəiflədilməsinə, torpaqlarımızın qoparılmasına hesablanmış planları iflasa uğratdı. 

Qarabağ üzərindən məkrli oyunlar...

Qarabağ hər zaman Azərbaycanın ayrılmaz bir parçası olub. 1920-ci ildə yaradılmış Sovet Azərbaycanında Qarabağ üzərindən siyasi oyunlar oynamağa çalışanlar bu torpaqların əvvəlcə erməniləşdirilməsi, daha sonra isə erməninkiləşdirilməsi üçün hərəkətə başlamışdılar. 1921-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolunda “Dağlıq Qarabağ” ifadəsi yer almışdı. Eyni zamanda, bunun əsasında süni bölgü aparılmış, 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı. Bunun hansı nəticələrə yol açacağı əvvəlcədən hazırlanan planın tərkib hissəsi kimi götürülürdü - bu “qərarı” verənlər düşünürdülər ki, onlar Zəngəzur və digər bölgələrimiz kimi Qarabağı da müəyyən bir zaman kəsiyindən sonra Ermənistana “təslim edəcəklər”. Bunun üçün isə artıq hüquqi zəmin yaradılırdı. 70 illik sovet imperiyası dövründə bu tipli onlarla cəhdlər edildi. Bəzən siyasi situasiya bizim xeyrimizə işlədi - 1970-ci illərdən sonra isə Sovet Azərbaycanın rəhbəliyinə Heydər Əliyevin gəlişi ermənilərin və onların havadarlarının bu arzusunu ürəyində qoydu. 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul etdi və muxtariyyətin səlahiyyətlərində yeniliklər edildi. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu bu qanunla müəyyənləşib. 

Erməni işğalı, etnik təmizləmə, qanlı qətliamlar...

1980-ci illərin ortalarından sonra Sovet İttifaqının mərkəzi hakimiyyətinin zəifləməsindən, Qorbaçovun ermənipərəst mövqeyindən istifadə edən ermənilər və Ermənistan SSR-in rəhbərliyi, xaricdəki erməni diasporu hərəkətə keçdi - məqsəd Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış DQMV-nin Azərbaycandan qoparılması və Ermənistan SSR-ə birləşdirilməsi idi.

Artıq Qorbaçovun yarıtmaz hərəkətlərindən daha da cürətlənən ermənilər yeni oyunlara başladılar - 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” “qərar” qəbul etdi. 1989-cu ilin noyabr ayında isə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyət statusunun ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar verdi. Lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və “Qarabağ Milli Şurası”nın birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqladı. 

Buna qədər isə artıq ermənilər Qarabağda, xüsusilə mərkəz Xankəndidə işğal siyasətinə və etnik təmizləməyə start vermişdi - 1988-ci ilin sonundan etibarən azərbaycanlılar öz doğma yurdlarından zorla qovulur, buna etiraz edənlər isə vəhşicəsinə qətlə yetirilirdilər. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olundu. Həmin qanuna əsasən “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayıldı. Beləlikə, 101-il öncə bu gündə verilmiş “qərar” tarixə qovuşdu... 

Tarixi həqiqət, tarixi ədalət...

2021-ci il iyulun 7-də isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalamaqla tarixi ədaləti, həqiqəti bərpa etdi. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırıldı. Ən əsası, respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edildi. İqtisadi rayonların yeni bölgüsünə əsasən Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edən Qarabağ iqtisadi rayonu yaradıldı. Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonuna aid olundu.

Beləliklə, tarixi ədalətsizlik tamamilə aradan qaldırıldı. “Dağlıq” sözünün çıxarılması, bölgüdə “Qarabağ iqtisadi rayonu” ifadəsinin yer alması ilə süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi və Azərbaycanın suverenliyi təsbit edildi. Azərbaycanın Qarabağa, Xankəndi?ə qayıdışı isə möhtəşəm oldu - 2020-ci il Vətən müharibəsi dövründə özünün ərazi bütövlüyünü təmin etmiş Azərbaycan 2023-cü ildə suverenliyini bərpa etdi - 30 illik fasilədən sonra Qarabağ və Xankəndi öz əsl sahiblərinin zəfərinə şahidlik etdi. 

Azərbaycanın bölünməzliyi, gücü, qüdrəti...

Bu gün Xankəndi, Xocalı, Şuşa və bütün işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş, yenidənqurma aparılır. Azərbaycan bir sıra beynəlxalq tədbirləri məhz Şuşada, Xankəndidə keçirir. Bu həm də Azərbaycanın bölgədə yaratdığı təhlükəsizlik arxitekturasının möhkəmliyini ortaya qoyur. 

Beləliklə, 101 il öncə xalqımıza, dövlətimizə və dövlətçilik tariximizə zorla edilən müdaxilə nəticəsində yaranan ədalətsizliyə 3 il öncə Prezident İlham Əliyev tərəfindən son qoyuldu. Artıq “Dağlıq Qarabağ” adlı xüsusi inzibati ərazi vahidi və ya əlahiddə idarəetmə subyekti yoxdur - Qarabağ aranlı-dağlı, Xocalılı, Xankəndili, kəndli-kəsəkli Azərbaycanın ayrılmaz bir parçasıdır. Öz ərazi bütövlüyünü və suverenliyini, tarixi ədaləti hərbi-siyasi yolla bərpa edən Azərbaycan Prezidenti bütün dünyaya ölkəmizin bölünməzliyini, vahidliyini, ən əsası isə gücünü və qüdrətini nümayiş etdirir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31