Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan qətiyyətini bəyan edir!

Azərbaycan qətiyyətini bəyan edir!

23.10.2024 [11:15]

ABŞ tələsir, Ermənistanı da “tələsdirir”...

Vaşinqtonun “yarımçıq sülh” planı nəyə xidmət edir?

Razılaşdırılmış bəndlər üzrə “müqavilə” Bayden administrasiyasına nələr “qazandıracaq”?

2020-ci il Vətən müharibəsinin nətcələri siyasi sferada olduğu qədər iqtisadi müstəvidə də əsaslı reallaqlar formalaşdırdı. Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya iqtisadi regionunun, bölgəyə yaxın coğrafiyanın, hətta Körfəz ölkələrinin və Yaxın Şərqin bəzi dövlətlərinin maraqlarını özündə ehtiva edən bu yeni reall?qların memarı Azərbaycandır. Şərq ilə Qərbin, Şimal ilə Cənubun qovşağında iqtisadi perpendikulyar - kəsişən və uzlaşan münasibətlər sisteminin yaranmasına vəsilə olan ölkəmiz yeni dövrün perspektivlərinin təməlini atmaqdadır. Yeni münasibətlər sisteminin tam şəkildə oturuşması üçün isə ən vacib şərtlərdən biri sözügedən meqalayihələrin əsas keçid stansiyalarından sayılan Cənubi Qafqazda, konkret olaraq Azərbaycan ilə Ermənistan arasında sülhün yaradılmasıdır.

Sülh müqaviləsi: ən mühüm siyasi-hüquqi istinad mənbəyi...

Sülh məsələsi qeyd olunduğu qədər vacib amildir. Çünki:

- Böyük investisiyaların, sərmayələrin, kapitalların müzakirə mövzusu olacağı bu layihələrin təhlükəsizliyi olduqca böyük önəm daşıyır;

- Bölgədə sabitliyin və stabilliyin qorunması, hərbi kataklizmlərin ehtimalının belə ortaya çıxmaması;

- Separatizm mərəzinin yayılmaması;

- İşğalçı təfəkkürdən əl çəkilməsi tam şəkildə bərqərar olmalıdır. Əks halda yarana biləcək bir boşluq bu yeni münasibətlər sisteminin oturuşmasına mane ola bilər.

İkinci bir tərəfdən, “yeni dünyanın” “yeni mərkəzi” sayılan regionumuzun geostrateji əhəmiyyəti hər kəsə bəllidir - qarşıdıkı yeni çağırışların ən aparıcı ünsürü kimi meydana çıxan “yol” amilinə sahib olan Cənubi Qafqazda fərqli xarici maraqların təsir imkanlarının genişlənməsi üçün boşluq olmamalıdır. Bu və bu kimi səbəblər Ermənistan ilə Azərbaycan arasında imzalanacaq potensial sülh müqaviləsini analogiyalarından fərqləndirir. Yəni, bu sənədi yalnız və yalnız bölgədə stabillik əldə edilməsi üçün iki tərəfin əldə edəcəyi razılaşma kimi qəbul etmək olmaz - bu sənəd qarşıdakı dövrün ən vacib siyasi-hüquqi istinad mənbəyinə çevrilmə perspektivinə malikdir.

Sülhün tələbləri: Azərbaycanın arqumentləri...

Azərbaycanın sülh üçün irəli sürdüyü şərtlər isə bəllidir - 2022-ci ildə meydana çıxan prosesdə ön planda tutulan aparıcı meyarlar müəyyənləşdirilib. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, əsassız iddiaların aradan qaldırılması kimi şərtlər gələcək dövrün sabitliyi üçün ən vacib məqamlardandır. Bu mənada, Azərbaycanın Ermənistanın Konstitusiyasında yer alan qondarma ərazi iddiasının dəyişdirilməsi tələbi də arqumentli, əsaslı bir tələbdir. Hazırki durumda Ermənistan hələ də Azərbaycan torpaqlarına iddiasını davam etdirir - Konstitusiyasında belə bu iddianı əks etdirən işğalçı ölkənin “gələcək planlarında” yenidən bu qondarma fikrə düşməyəcəyi qarantiya olunmur. Ötən 200 illik təcrübə bunu deməyə əsas verir.

Başqa sözlə, bu gün sülhə imza atacaq Ermənistanın siyasi hakimiyyətinin dəyişikliyi fonunda İrəvanda hökumətə yiyələnəcək bir başqa qüvvənin Konstitusiyanın bu müddəasını əlində əsas tutaraq sülhü pozmayacağına kimsə təminat verə bilməz. Beləliklə, Bakının İrəvandan tələb etdiyi Konstitusiya dəyişikliyi praktik olaraq haqlıdır.

Digər tərəfdən, keçmiş “münaqişə”nin bitməsi fonunda Ermənistan ilə Azərbaycan arasında “beynəlxalq status”la tənzimlənəcək hər hansı anlaşılmazlıq qalmayıb - yəni, “Qarabağ məsələsi” beynəlxalq gündəmdən çıxıb. Münasibətlərin normallaşması prosesi isə ikili danışıqların predmetinə çevrilib. Bu halda Qarabağ məsələsində “vasitəçi” kimi fəaliyyət göstərən fəaliyyətsiz ATƏT-in Minsk ?rupu da avtomatik olaraq sıradan çıxır - ləğv olunur. Ermənistan bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləməli və ATƏT-in Minsk Qpunun ləğvi ilə bağlı bəyanat verməlidir.

Sülhün sabotajı: Erməni siyasətçilərinin yalanları...

Və bu halda bölgədə dayanıqlı, əbədi və beynəlxalq hüququn kodekslərini özündə əks etdirən sülh sənədi imzalana bilər. Amma bir müddətdir ki, Ermənistanın siyasi hakimiyyətinin ayrı-ayrı ranqlı təmsilçilərinin bir-birinə uyğun gəlməyən “sülh bəyanatlarının” şahidi oluruq. Kimisi “13”, kimisi “16”, kimisə isə daha fərqli rəqəmlə ifadə olunan “razılaşmaların” əldə edildiyini, sülhün imzalanmasında “heç bir problemin” olmadığını bildirir, kimisi isə onların bu fikirlərini “əsaslandırmağa” çalışır. Amma reallıq ortadadır - Ermənistan razılaşdırılmış bəndlər üzrə sənədin imzalanmasının “tərəfdarı” kimi çıxış edir. Yəni, İrəvan “kövrək və müvəqqəti” xarakter daşıya biləcək bir sənəd imzalamağa niyyətlənib. Bu, Azərbaycanın maraqlarına cavab vermir.

Aparılan əsassız “təbliğatın” isə heç bir hüquqi söykənəcəyi yoxdur. Ermənistanın həm “məntiqi”, həm də “iddiası” Azərbaycanın haqlı arqumentləri qarşısında acizdir. Azərbaycan qətiyyətlə dayanıqlı sülhün tərəfdarı kimi çıxış edir və bu istiqamətdə qəti addımlarını davam etdirəcəyini bildirir...

Sülh “tələskənliyi”: Vaşinqtonun “giriş bileti”...

Qeyd olunduğu kimi, sülhün əldə edilməsi bu və ya digər şəkildə beynəlxalq münasibətlər sisteminə də təsir göstərəcəyi üçün proses diqqət mərkəzindədir. Ayrı-ayrı regionları təmsil edən ölkələr, hətta təşkilatlar belə məsələ ilə bağlı “münasibətlərini” ortaya qoyur. Məsələn, bir neçə gün öncə İstanbulda keçirilən “3+3” formatlı Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üzvlərinin qəbul etdiyi Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb. Təbii ki, sülh prosesi müzakirə və dialoq tələb edən bir prosesdir və burada tələsmək olmaz...

Amma maraqlı bir məqam ABŞ-ın sülh prosesinə “baxışıdır” - Vaşinqtonun “sülh üçün tələskənlik” içində olması bütün detalları ilə ortadadır. Hətta bəzi məqamlarda Ermənistanın da məhz ABŞ tərəfindən “tələsdirildiyi” fikri formalaşır. Son proseslər bunu deməyə əsas verir:

- ABŞ-ın dövlət başçısı Co Baydenin Prezident İlham Əliyevə məktubunda “cari ildə sazişi yekunlaşdırmağa dəvət”in yer alması;

- Prezident İlham Əliyevin qəbulunda olarkən ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulaması, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deməsi.

Görəsən Bayden adminİstrasiyası “tarixi imkan” deyərkən nəyi nəzərdə tutur? Bəlkə, noyabrın 5-də keçiriləcək seçkilər üçündür bu tələskənlik? Hətta bəzi siyasi ekspertlər bu tələskənliyi Gürcüstandakı parlament seçikləri ilə də əlaqələndirirlər - bu seçkilərin nəticələrinə yönələn proqnozlar heç də ABŞ-ın məmnun qalmayacağı tərzdədir. Beləliklə, ABŞ bölgədə Ermənistanı özü üçün “tutacaq” seçir, İrəvan vasitəsilə bölgəyə təmas imkanlarını yaratmağa çalışır. Yarımçıq sülh isə Vaşinqtonun bəzi məqamlarda “işinə” yarayır:

- “Separatizm” və ya “revanşizim” meyllərini “Domokl qılıncı” kimi bölgənin üzərində saxlasın;

- Müqavilədəki boşluqlardın istifadə edərək “beynəlxalq vasitəçi” və ya “tənzimləyici” qismində bölgəyə müdaxilə etsin;

- Qərb tərəfindən silahlandırılan və hərbi cəhətdən gücləndirilən Ermənistandan bütün regiona qarşı alət kimi istifadə olunsun.

Beləliklə, sənəddəki “boşluqlar” ABŞ üçün Cənubi Qafqaza “giriş bileti” sayılacaq. Bu səbəbdəndir ki, Vaşinqton var gücü ilə yenidən prosesə daxil olmağa niyyətlənib.

Azərbaycanın mövqeyi isə birmənalıdır. Prezident İlham Əliyev Baydenin xüsusi köməkçisinə Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu və ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini deyib. Beləliklə, Azərbaycan yenidən özünün qətiyyətini, birmənalı şəkildə öz yolundan dönməyəcəyini bəyan edir.

P.İsmayılov

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31