Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Turizm zonalarında qadağan edilmiş fəaliyyətlə məşğul olanlar 4 min manatadək cərimələnəcək

Turizm zonalarında qadağan edilmiş fəaliyyətlə məşğul olanlar 4 min manatadək cərimələnəcək

17.02.2025 [14:29]

Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31