Azərbaycan-Çexiya: İqtisadi gündəliyin yeni prioritetləri
29.04.2026 [10:59]
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafını əks etdirən mühüm hadisə olmaqla yanaşı, Avropa İttifaqının strateji tərəfdaşı kimi mövqeyini gücləndirən Azərbaycanın iqtisadi nüfuzunun göstəricisi hesab edilə bilər. Baş nazirin nümayəndə heyətində geniş biznes dairələrinin təmsil olunması isə səfərin prioritetləri sırasında iqtisadi əməkdaşlığın ümdə yer tutduğunu və gündəliyin kifayət qədər çoxspektrli olduğunu təsdiqlədi. Azərbaycanın dövlət başçısı ilə keçirilən təkbətək və geniş tərkibli görüşlərdə, habelə tərəflərin mətbuata bəyanatlarında da çoxistiqamətli iqtisadi bölmələrdə əlaqələri təşviq edəcək yeni kursun prioritetlərti ilə bağlı fikirlər səsləndirildi.
Prezident İlham Əliyevin xatırlatdığı kimi Çex Respublikası Azərbaycan üçün mühüm strateji tərəfdaşdır, ölkələrimiz arasında əməkdaşlığın strukturu geniş və dinamikdir, davamlı olaraq müsbət xarakter almaqdadır. Hazırkı müasir geoiqtisadi çağırışlar bu dinamizmi daha da artırmağı vacib edir ki, hər iki ölkə bu istiqamətdə birgə niyyətini ifadə edib. Müzakirlər zamanı da iqtisadi sahədə görüləcək işlərlə bağlı təkliflər dəyərləndirilib və konkret layihələrlə bağlı qərar qəbul etmək üçün anlaşmalar əldə edilib: “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir”.
Avropa İttifaqında 4-cü ticari tərəfdaş
Artan iqtisadi göstəricilər və genişlənən investisiya əlaqələri strateji tərəfdaşlığın real məzmununun qaneedici olduğunu təsdiqləyir. Bu dinamika Azərbaycanın beynəlxalq sistemdə mövqeyinin təkcə sabitləşmədiyini, eyni zamanda, daha da gücləndiyini nümayiş etdirir. 2025-ci ildə 814,73 milyon dollara çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub, ölkənin neft tədarükünün 42 faizi Azərbaycanın hesabına təchiz olunur. Ona görə də, bir nömrəli təchizatçı olan Azərbaycanla enerji bağlantısının hüquqi-iqtisadi baza əsasında möhkəmləndirilməsi nəzərdə tutulur.Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir. Eləcə də 16 ölkəyə qaz ixrac edən Azərbaycanın tərəfdasları sırasında 10 Avropa İttifaqının üzv ölkəsi var ki, onlardan biri Çexiyadır. Eyni zamanda, yanacaq bu ölkənin nəql infrastrukturu vasitəsilə qonşu Aİ dövlətlərinə də çatdırılır.
Çex Respublikası təmiz enerjiyə keçid üçün iradə nümayiş etdirir və Avropa Komissiyası, Avropa İttifaqı Şurası qarşısında bərpaolunan enerji təchizatının artırılmasını təlıəb edir. Baş nazir Andrey Babişin vurğuladığı kimi “ETS1”, “ETS2” ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. Avropa təşkilatlarına ünvanlanmış məktublarda bu qlobal problemin sənaye və ətraf mühitə zərələr vurması xatırladılıb, problemin yaşıl razılaşma ilə həlli üçün təşəbbüs irəli sürülüb. Eləcə də, Yaxın Şərqdə və İranda baş verən münaqişələr, Hörmüz boğazı ilə bağlı yaranmış problemlər Avropada, o cümlədən Çex Respublikasında xam neft və qazın daha etibarlı mənbələrdən tədarükü məsələsini ön plana çıxarır. Burada isə ən etibarlı və dayanıqlı mənbə Azərbaycan hesab edilir, hazırkı səfərin əsas məqsədlərindən biri də məhz enerji ilə bağlı əlavə təminatlar əldə etməkdir. Eləcə də, Çexiyanın ən böyük qazpaylayıcı şirkəti olan “ÇES”in rəhbər heyətinin Azərbaycana gəlməsi isə uzunmüddətli müqavilənin imzalanması niyyətini əks etdirir.
Münbit investisiya iqlimi sərmayələri təşviq edir
Prezident İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumunun keçirilməsi də iqtisadi-investisiya təmaslarını möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ticarət, enerji, sənaye, tikinti, maliyyə, nəqliyyat-logistika, İKT və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirak etdiyi biznes-forumda çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu tədbir biznesin birgə aparılmasında qarşılıqlı marağın çox aydın işarəsidir. Bu, hər iki tərəf üçün ticarəti gücləndirmək, sərmayələrdə fəal iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında qərar vermək baxımından yaxşı platforma ola bilər.
Azərbaycanın yaratdığı sərmayə çərçivəsi potensial investorlar üçün cəlbedici və iqtisadi fəallıq üçün mühüm əhəmiyyət kəsb edir. Təmin edilmiş güclü maliyyə və iqtisadi vəziyyət siyasi sabitliklə möhkəm vəhdət təşkil edərək çex iş adamları üçün də yaxşı imkanlar yaradır. Eləcə də Azərbaycanda valyuta sabitlyi də uzunmüddətli sərmayələrin qorunması baxımından əhəmiyyətlidir. Belə ki, 2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün dayanıqlı kurs olmaqla, kapitalın qorunmasına təminat verir. Bu və digər amillərin nəticəsidir ki, Azərbaycana hər il sərmayə qoyuluşları artır və hazırda bu rəqəm 350 milyard dollara çatıb. Həmin kapitalın yarısı xarici tərəfdaşların payına düşür. Bir sözlə, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədarlara bütün təminatları verir.
Şərq-Qərb nəqliyyat dəhlizində ortaq maraqlar
Azərbaycan regionda mühüm nəqliyyat-logistika dəhlzilərində də körpü rolunu oynayır, Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırır. Hazırda müxtəlif regionlarda baş verən risklər ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlər yaradır ki, bu da həmin strateji dəhlizlərə heç vaxt olmadığı kimi ehtiyacı artırır. Bu baxımdan, Şərqdən Qərbə və əks istiqamətə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edən Azərbaycanın rolu və imkanları daha da artır. Hər iki dəhlizin kəsişməsində yerləşməsi Azərbaycanı Avropa ölkələri, o cümlədən Çexiya üçün etibarlı kommunikasiya partnyoruna çevirir.
Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiə sənayesi sahəsində özünün müasir və etibarlı məhsulları ilə xeyli tanınır. Azərbaycan Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalayıb və hazırda fəaliyyət dairəsinin artırılması və birgə istehsala başlamaq planlaşdırılır.
Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də müzakirələr sırasında yer alıb və hər iki tərəf bu ideyanı dəstəkləyir. Komissiyanın iclasının davamlı keçirilməsi iqtisadi mübadilələri artırmaq, biznes ictimaiyyətinikonkret layihələrə istiqamətləndirilmək baxımından səmərəli və çevik platforma rolunu oynaya bilər. Prioritet sahələrdən biri kimi Azərbaycana yatırıla biləcək potensial investisiyalardır ki, çex şirkətləri sənaye sektorunda bu fəallığı təmin edə bilər.
Sənaye sahəsində çoxşaxəli investisiya əməkdaşlığı
Çexiyanın sənaye sahəsində yüksək ixtisaslaşmış “L-39NG Aero Vodochody”, “CSG Aerospace”, “Ceska Zbrojovka”, “Colt”, “Excalibur International”, “Explosia”, “VOP CZ”, “Omnipol” və “Livance SRO Meteopress” şirkətləri Avropada da məşhurdur. Nümayəndə heyətinə nəqliyyat şirkətləri də daxildir. Bu şirkətlər qatarlar və dəmir yolu texnologiyasından tutmuş, qabaqcıl nəqliyyatı idarəetmə sistemi və “ağıllı” infrastrukturu və digər xidmət təchizatlarını həyata keçirir. Məsələn, “SKODA Transportation” və “PPF”in üzvü olan “SKODA” şirkətlər qrupunun Bakı Metrosunda infrastruktur təminatında yer alır. Həmçinin, “AZD Praha”, “CZ Loco”, “Daco” və “Tatra Export” şirkətləri də müxtəlif nəqliyyat layihələrində təmsil olunur. Tanınmış 50 çex şirkətinin nümayəndələri arasında “ÇES”, “Inco Engineering”, “Provico”, “TTC Marconi”, “ZPA Pecky”, “ZVVZ Engineering” və “ZDAS” var ki, onlar sənaye və nəqliyyat sahəsində birgə iş qurmaq, müştərək müəssisə yaratmaq niyyətindədir.
Bundan başqa, tərəflər bərpaolunan enerji sahəsində əməkdaşlığa üstünlük verir. Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsi fəal şəkildə inkişaf etdirilir, hədəf 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bu sahədə də Çexiya şirkətləri ilə yaxın tərəfdaşlığın fayda verəcəyinə böyük ümidlər var.
Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir.
Qadın sahibkarlar arasında anlaşma memorandumu
Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek bildirib ki, biznes-forumda hər iki ölkənin nüfuzlu şirkətləri arasında birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlər bölüşüldü və anlaşmalar əldə olundu. Forum çərçivəsində AZPROMO ilə “Frydlantske Strojirny - TR s.r.o.” şirkəti, Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası, Sumqayıt Texnologiyalar Parkı ilə “Skoda Transportation” şirkəti, “BCC Group CJSC Azerbaijan” ilə “WITKOWITZ, A.S., RADIS D.O.O” arasında isə anlaşma memorandumları mübadilə olunub.Bu, yeni tərəfdaşlıq imkanlarını reallşadırmaq üçün mühüm sənədlər hesab edilə bilər.
Beləliklə, Baş nazir Andrey Babişin ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı, dövlət və sahibkarlıq subyektləri arasında iqtisadi layihələrin icrası, biznes fəaliyyətinin genişləndirilməsi, sənaye, infrastruktur və nəqliyyat sahələrində işbirliyinin təşviqi baxımından mühüm iqtisadi hadisə kimi dəyərləndirilə bilər. Səfərin yekununda əldə edilmiş razılaşmalar və mübadilə olunan sənədlər Azərbaycan-Çexiya iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsinə və şaxələndirilməsinə dərin töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37

