Xalqımız sosial inkişafın davam etməsinə "hə" deyir
16.03.2009 [09:07]
“Yeni Azərbaycan” təşviqat qrupu dünən Hacıqabul rayonunda referendumla bağlı təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Hacıqabul rayon şöbəsinin sədri Hafiz Bəşirov keçiriləcək referendumla bağlı rayonun bütün nöqtələrində fəal təbliğat işlərinin qurulduğunu bildirib. O, xatırladıb ki, hələ 2008-ci ilin prezident seçkilərində hacıqabullular yüksək fəallıq nümayiş etdiriblər. “Yeni Azərbaycan” təşviqat qrupunun “Güclü dövlət naminə!” şüarı altında təşviqat apardığını qeyd edən natiq, bu şüarın Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini özündə birləşdirdiyini vurğulayıb: “Güclü dövlət firavan həyat, daxili sabitlik, yüksək iqtisadi inkişaf deməkdir. Güclü dövlət həm də güclü vətəndaş, beynəlxalq nüfuz deməkdir. Referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəalar xalqımızın sosial rifahının yüksəldilməsinə yaxından kömək edəcək. Bununla yanaşı, həm də hüquq və azadlıqların miqyasını genişləndirməyə xidmət göstərəcək. Hər bir dövlət öz tarixində yeniliklər etməyə borcludur. Biz bir anlıq geriyə boylanıb 16 il öncəni görə bilsək hazırkı inkişaf səviyyəmizi tam dəyərləndirə bilərik. Həm iqtisadi cəhətdən min dəfələrlə irəliyə getmişik, həm də siyasi cəhətdən sabitliyə nail olunub. Bu, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin bəhrəsidir. Bu gün nəzərdə tutulan Konstitusiya dəyişiklikləri də bu strategiyanın daha qətiyyətli şəkildə inkişaf etməsinə yaxından kömək göstərəcək. Bunları təklif olunan layihədəki müddəalara nəzər saldıqda daha aydın görmək olur. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə edilən əlavədə göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu, olduqca yüksək bir amaldır. Artıq həm iqtisadi imkanları artan, həm də siyasi cəhətdən dünya arenasında yerini möhkəmləndirmiş Azərbaycan dövləti vətəndaşının layiqli həyat səviyyəsinin təminatını özünün ali məqsədi sayır. Bu müddəa birbaşa xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət göstərir”.
çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan xalqının mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirib. Hələ 2008-ci il prezident seçkiləri dövründə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin, vəkillərinin və təşviqat qrupu üzvlərinin yerlərdə əhali ilə görüşləri zamanı xalq tərəfindən müəyyən təkliflərin irəli sürüldüyünü qeyd edən H.Babaoğlu son nəticədə bu təkliflərin ümumiləşdirilərək Yeni Azərbaycan Partiyası tərəfindən parlamentdə səsləndirildiyini deyib. Referendum ərəfəsində hər bir vətəndaşın təklif olunan maddələrin mahiyyətilə maraqlandığını söyləyən baş redaktor bununla bağlı geniş izahat verib: “Dövlət institutlarında, qanunvericiliklərdə vaxtaşırı təkmilləşdirmələrin aparılması inkişaf xəttinin əsas meyarıdır. Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Həyata keçiriləcək əlavə və dəyişikliklər ölkəmizdə yeni hüquqi münasibətlərin əsasını qoyacaq və qanunlarımızın daha da təkmilləşməsinə stimul verəcək. Hər bir dövlətin idarə olunmasında qanunlar əsas rola malikdir. Bu qanunların qəbulunun, işlənib hazırlanmasının əsasında isə Konstitusiya dayanır. Hazırkı əlavə və dəyişikliklər, ümumilikdə 29 maddəni əhatə edir. Bu dəyişikliklərin hamısı Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə, onun sosial rifahının yaxşılaşmasına, vətəndaş-dövlət münasibətlərinin daha da təkmilləşməsinə, eyni zamanda, insanların dini azadlıqlarının təmin olunmasına xidmət edəcək yeniliklərdir. Əgər bu əlavə və dəyişiklikləri qruplaşdırmağa çalışsaq, burada həm bizim sosial həyatımızı, həm siyasi sferanı, həm dini-əxlaqi meyarları, həm də idarəetmə sistemini əhatə edən maddələrin yer aldığını görə bilərik. Sual yarana bilər ki, bu gün təklif olunan maddələr niyə əvvəllər təklif olunmamışdı? Söhbət ondan gedir ki, bu maddələr inkişafın ortaya çıxardığı zərurətdir. Məsələn, 12-ci maddəyə edilməsi nəzərdə tutulan əlavədə göstərilir ki, artıq dövlət insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı, həm də vətəndaşların layiqli həyat səviyyəsinin təminatını öz ali məqsədi sayır. Konstitusiya qəbul olunarkən, yəni, 1995-ci ildə Azərbaycan iqtisadi cəhətdən indiki kimi qüdrətli deyildi və bu gün əldə olunan iqtisadi imkanlar vətəndaşların layiqli həyat səviyyəsini ali məqsəd kimi qarşıya qoymağa şərait yaradır. Və ya Konstitusiyanın 15-ci maddəsinə təklif olunan əlavədə göstərilir ki, Azərbaycan dövləti sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu da artıq ilk növbədə vətəndaşların sosial rifahının nəzərə alınmasıdır”.
Hüquq-məhkəmə sistemi ilə bağlı müddəaların Konstitusiyaya əlavə olunmasının insan haqları və azadlıqlarının müstəvisini genişləndirdiyini vurğulayan natiq dövlətin, millətin genefondunu qorumaq üçün uşaqların da hüquqlarının müdafiəsinə aid addımlar atdığını deyib: “Məhz bu səbəbdən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə uşaqlarla, ailə-dövlət münasibətləri ilə bağlı məqamlar yer alır. Bununla yanaşı, Konstitusiyanın 18-ci və 48-ci maddələrinə nəzərdə tutulan əlavə və dəyişikliklər din və dövlət münasibətlərini, o cümlədən, insanların vicdan azadlıqlarını özündə ehtiva edir. Bu iki məsələ bir-biri ilə sıx əlaqədardır. Düzdür, bizim Konstitusiyamıza görə, Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, bu gün Azərbaycanda münasibətlərin formalaşmasında din amili olduqca böyük rola malikdir. O baxımdan, bu gün Azərbaycanda dini ritualların nə qədər sərbəst, tolerantcasına həyata keçirildiyi göz önündədir. Təəssüf ki, bəzən bundan fərqli istiqamətlərdə istifadə etməyə cəhd göstərmək arzusunda olanlar da tapılır. Yeni əlavədə bu tip dini cərəyanların da təbliği qadağan edilir. Bu dini cərəyanlar, hətta yarandığı dövlətlərdə qadağan edilir. Bu cür hallara qarşı mübarizə aparmaq üçün Konstitusiyamızda belə bir qadağanın olması vacibdir. 48-ci maddədə göstərilən vicdan azadlığı məsələsi də tolerantlığı nəzərdə tutan, insanların azad şəkildə yaşamasını özündə ehtiva edən başlıca amillərdəndir. Bu maddəyə təklif olunan əlavədə insanların hansısa dini rituallara məcbur edilməsi qadağan olunur. Bu, insan hüquq və azadlıqlarının artırılmasına xidmət edir”.
Digər maddələrlə bağlı da geniş məlumat verən H.Babaoğlu 101-ci maddənin beşinci bəndinin daha əhəmiyyətli xarakter daşıdığını deyib: “Təklif olunan əlavə və dəyişikliklərdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Bu, bir sıra Avropa ölkələrinin də təcrübəsində var. Bu gün İtaliyada, Kiprdə, Maltada və başqa ölkələrdə də bu cür qadağalar yoxdur. Hətta ali icraedici orqanın başında baş nazir dayanan dövlətlərdə hökumət rəhbəri xalqın dəstəyini nə qədər qazansa, o qədər də hökumət başçısı olur. Belə olan halda, Azərbaycanda ali icraedici orqanın başında dayanan prezidentlik institutuna tətbiq olunan səlahiyyət limitinin aradan qaldırılmasında təəccüblü hal yoxdur. Digər tərəfdən, bu maddə, sadəcə, bir şəxsin Azərbaycan prezidentliyinə üçüncü dəfə namizəd olmasına şərait yaradır. Son qərar hər zaman xalqındır. Eyni zamanda, fövqəladə hallarda, müharibə vəziyyətində prezidentin və parlamentin səlahiyyət müddətinin uzadılması olduqca əhəmiyyətli bir məsələdir. Biz, belə bir acı hadisə ilə rastlaşmışıq. Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan zaman bir tərəfdən Azərbaycan müharibə aparır, digər tərəfdən seçkilərə hazırlaşırdı. Bu isə anormallıq yaradır. Bu səbəbdən, müharibə şəraitində həm ali qanunverici, həm də ali icraedici orqanın səlahiyyətlərinin artırılması mühüm bir məsələdir”.
Hacıqabul sakinlərini referendumda aktiv iştirak etməyə çağıran Hikmət Babaoğlu bu dəyişikliklərin millətimizin və dövlətimizin daha da güclənməsinə xidmət edəcəyinə əmin olduğunu dedi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

