Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib

02.04.2016 [11:39]

AZƏRTAC xəbər verir ki, aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.
Zirvə görüşünün “Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər” mövzusunda açılış sessiyasında çıxış edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamlayıb. İlk Sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini xatırladan Barak Obama həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.
ABŞ Prezidenti dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərlərinə öhdəlik götürdüklərini bildirib. Prezident Barak Obama ötən dövrdə nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzinin formalaşdığını və fəaliyyətlərin qəbul edildiyini deyib. Bildirib ki, bu, XXI əsrin heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizənin gözəl nümunəsidir.
Prezident Barak Obama nüvə təhlükəsizliyinin ən yüksək prioritet olduğunu, bununla bağlı dövlətlərin öz üzərlərinə 250 öhdəlik götürdüyünü və indiyədək bu öhdəliklərin dörddə üçünün yerinə yetirildiyini diqqətə çatdırıb. O, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkənin əməkdaşlıq qurduğunu, yüzdən artıq dövlətin “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyanı ratifikasiya etdiyini bildirib.
Niderland Krallığının Baş naziri Mark Rütte çıxışında 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın irəli sürdüyü təşəbbüsün nüvə təhlükəsinə qarşı müdafiənin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Baş nazir 2014-cü ildə Haaqada keçirilən Sammitdən sonra nüvə təhlükəsizliyi sahəsində bir sıra irəliləyişlərin olduğunu söyləyib. Nüvə təhlükəsizliyinin təmin olunmasının bəşəriyyətin gələcəyi üçün bizim üzərimizə yüksək öhdəlik qoyduğunu deyən Mark Rütte bu sahədə dövlətlər arasında daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış edib.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
* * *
Daha sonra “Nüvə təhlükəsizliyini gücləndirmək üçün beynəlxalq və institusional fəaliyyətlər” adlı işçi nahar olub.
Prezident İlham Əliyev naharda iştirak edib.

Paylaş:
Baxılıb: 893 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31