Suriya ilə Azərbaycan arasında əlaqələrin dərin tarixi kökləri var
10.07.2009 [10:54]
Prezident Bəşşar əl-Əsəd: Azərbaycanın Qafqaz, Suriyanın isə Yaxın Şərq bölgələrində mühüm strateji mövqelərə malik olması ölkələrimizə Asiya ilə Avropa arasında, Yaxın Şərqlə Qafqaz arasında birləşdirici körpü olmaq imkanı verir
Xəbər verdiyimiz kimi, iyulun 8-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin və xanımı Əsma əl-Əsədin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, Suriya ilə Azərbaycan arasında əlaqələrin dərin tarixi kökləri var: “Bizi uzun əsrlər ərzində təşəkkül tapmış münasibətlər bağlayır. İslam dini xalqlarımızın tarixində çox mühüm rol oynamış, müştərək mənəvi dəyərlər formalaşdırmışdır. Azərbaycanın və Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsimi, həmçinin Hələb şəhərində yaşayıb-yaratmışdır. Nəsiminin əsərləri xalqlarımızın mənəvi sərvətidir. ümummilli liderlərimiz, mərhum prezidentlər Heydər Əliyev və Hafiz əl-Əsəd arasındakı görüşlər və şəxsi dostluq münasibətləri ölkələrimizin yaxınlaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir”.
“Mən Suriya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin tərəfdarıyam” - deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında bir sıra sahədə, xüsusilə də energetika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə sahələrində əməkdaşlığın yaxşı perspektivləri var.
Dövlət başçısı İlham Əliyev deyib ki, bu gün Azərbaycanın neft və qaz ehtiyatlarının istismarı və enerji daşıyıcılarının dünya bazarlarına nəqli böyük əhəmiyyətə malikdir: “Artıq fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bütün regionun inkişafına və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi heç kimdə şübhə doğurmur. İnanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçməsi əməkdaşlığımızın genişlənməsinə və ticarət dövriyyəsinin artmasına şərait yaradacaqdır. Həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, yeni investisiya imkanları yaratmış, iqtisadi potensialın güclənməsini təmin etmişdir. Atılan addımların nəticəsidir ki, son beş il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır”.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bizim regionda ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qədim tarix və mədəniyyət abidələri, məktəblər, muzeylər, məscidlər dağıdılmış, dünya və İslam sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, İKT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Suriya Prezidenti Bəşşar əl-Əsəd təşəkkür edərək söyləyib ki, Suriya ilə Azərbaycanı bir-birinə tarix, sivilizasiya, mədəniyyət və əməkdaşlıq telləri bağlayır: “Bu münasibətlərin bünövrəsi hələ İpək Yolu əsrində, müstəqillik qazandığımızdan əvvəlki və sonrakı dövrlərdə qoyulmuşdur”.
Prezident Bəşşar əl-Əsəd əcdadlarımız tərəfindən qoyulmuş bünövrə üzərində yaradılan əməkdaşlığın xalqlarımızın və ölkələrimizin sülh, təhlükəsizlik, sabitlik və inkişaf şəraitində yaşamasına və inkişafına xidmət etdiyini bildirib. Suriya Prezidenti Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi zərurətindən irəli gəldiyini əsaslandırıb. Ali qonaq əməkdaşlığımızın tarixi və perspektivləri barədə fikirlərini söyləyərək deyib: “ölkələrimiz hələ İpək Yolu dövründə Asiya ilə Avropanı birləşdirən iki mühüm körpü rolunu oynamış, mədəniyyətlərin yaxınlaşması prosesini gücləndirmiş, bölgəmizdəki sivilizasiyaları tanıtmış, bu da öz növbəsində ölkələrimizə və xalqlarımıza böyük təcrübə qazandırmışdır, xalqların adətləri, ənənələri və mədəniyyətlərindən ibarət maarif bazası yaratmışdır. Hələ əlaqə qurmaq imkanlarının məhdud olduğu əsrlərdə aramızda münasibətlər mövcud olmuşsa, bu gün bu münasibətlərin bütün sahələrdə gücləndirilməsi naminə səy göstərməyimiz bir aksiomdur. Əminik ki, Suriya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın, xüsusən də yerüstü, dəniz və hava nəqliyyatı yollarının inkişaf etdirilməsi, neft və qaz sahələrindəki strateji layihələrin birgə qurulması vasitəsilə iki ölkə arasındakı ticarət mübadiləsinin və sərmayə qoyuluşunun artırılması üçün real fürsət vardır. Bunun üçün birgə niyyət vardır və əməkdaşlığın gücləndirilməsi üzrə geniş imkanlar mövcuddur. Əminəm ki, Azərbaycanın Qafqaz, Suriyanın isə Yaxın Şərq bölgələrində mühüm strateji mövqelərə malik olması ölkələrimizə Asiya ilə Avropa arasında, Yaxın Şərqlə Qafqaz arasında birləşdirici körpü olmaq imkanı verir”.
Suriya Prezidenti, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətini bildirib: “Qafqazda və Orta Asiyadakı hadisələrin gedişini, xüsusən də Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münasibətlərinin beynəlxalq norma və qanunlar əsasında və bütün tərəflərin hüquqlarının qorunması şərti ilə həlli yollarının dialoq vasitəsilə tapılması istiqamətində göstərdiyiniz səyləri biz böyük diqqətlə izləyirik və problemin uzun, sürəkli olmaması üçün dialoq prosesinin tezləşdirilməsi zərurətinə inanırıq. Təcrübəmiz göstərir ki, problemin həlli müddəti uzandıqca, onu çözmək imkanları da mürəkkəbləşir. Bu prizmadan yanaşaraq və hər iki tərəflə əla münasibətlərimiz olduğu üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

