Nəqliyyat sektoru ən yüksək inkişaf mərhələsinə qədəm qoyub
29.07.2009 [10:47]
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son beş ildə daha geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib. Hazırda nəqliyyat sektoru qeyri-neft bölməsində əsas sahələrdən hesab olunur. 2004-2008-ci illərdə nəqliyyat sektorunda 2,9 dəfə artım müşahidə olunub. 2008-ci ildə bu sahədə ümumi xidmətlərin həcmi 3 milyard 170 milyon manatdan çox olub. ötən il nəqliyyatda 1,9 milyard manat həcmində əlavə dəyər yaranıb ki, bu da 2004-cü illə müqayisədə 3,2 dəfə çoxdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və geniş şəbəkəli nəqliyyat sisteminin yaradılmasına nail olmaqdır.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 26 noyabr tarixli, həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 1 fevral tarixli sərəncamları, “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaradıb.
Belə ki, ötən illər ərzində nəqliyyat bölməsində əldə edilən uğurlu nəticələr bu sektorun dinamik inkişafının təmin olunmasından xəbər verir. 2004-2008-ci illər ərzində regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 149,6 km yeni magistral yol çəkilib. Eləcə də, 887,4 km magistral, 615,6 km respublika əhəmiyyətli və 2728 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddətdə təxminən 70 yeni körpü tikilib, 30-dan çoxu təmir edilib. Dövlət başçısının birbaşa tapşırığı əsasında yenidən qurularaq istifadəyə verilən 4 beynəlxalq tipli aeroport-Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərindəki hava limanları müasir standartlara cavab verməklə yanaşı, Azərbaycanın beynəlxalq mülki aviasiya sistemində mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub. Artıq təkcə, paytaxtdan deyil, bölgələrdən də Avropa və Asiyaya beynəlxalq miqyaslı uçuşların həyata keçirilməsi mümkünləşib. Bu tipli hava limanlarının istifadəyə verilməsi həm də xarici iş adamlarının regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdə turizm sektoruna marağın artmasına mühüm təsir göstərməkdədir. Bundan başqa, Azərbaycanda beynəlxalq standartlara cavab verən limanların tikintisi həyata keçirilməkdədir. Ələtdə və Lənkəranda yeni dəniz limanının tikintisi nəqliyyat sektorunun ən iri investisiya tutumlu sahə olmasını şərtləndirmiş olur.
Paytaxtda yeni körpü və keçidlərin tikintisi, Böyük İpək Yolunun çəkilişi, 4-6 və 8-12 zolaqlı yolların yaradılması, xüsusilə də, tikintisində ən son texnologiyalardan istifadə olunan Azadlıq Meydanı-Zığ-Heydər Əliyev adına prospektin yenidən qurulması, bölgələrdə magistral yollarla yanaşı, ikinci dərəcəli yolların çəkilişi, ən çətin yaşayış massivlərinə, məsələn, Quba-İspik-Xınalıq və Gəncə-Daşkəsən-Xoşbulaq istiqamətlərində avtomobil yollarının tikilərək istifadəyə verilməsi son beş ildə nəqliyyat bumunun göstəricisi sayıla bilər. Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı proqramlar ən ucqar rayonları və cəbhə bölgələrindəki yaşayış məntəqələrini də əhatə etməklə ümumi dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrildiyini təsdiqləyir. Füzuli rayonunun Zobucuq yaşayış massivində yeni çəkilmiş 15 kilometrlik yol, eləcə də, körpünün açılışı nəqliyyat siyasəti ilə bərabər, hökumətin sosial qayğısının təzahürü kimi dəyərləndirilə bilər. Hazırda inşası davam etdirilən Bakı-Rusiya və İran dövlət sərhədləri üzrə avtomobil yollarının yenidən qurulması və digər layihələr nəqliyyat sektorunun ən yüksək inkişaf mərhələsinə keçid almasını şərtləndirir. Bu sahədə dinamizm elementlərini möhkəmləndirən əsas amillərdən biri Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulmasıdır. Bu gün dünyada tətbiq olunan ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur.
Azərbaycan hökumətinin nəqliyyat siyasəti yerli infrastrukturların modernləşdirilməsini əhatə etməklə yanaşı, beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi fonunda ölkəmizin nüfuzunun və strateji mövqeyinin möhkəmlənməsinə baza yaradıb. Böyük İpək Yolunun istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması Azərbaycanın regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrildiyini göstərir. Yeni istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzalı isə avtomobil nəqliyyatı obyektləri içərisində ən nəhəng struktur olmaqla yanaşı, beynəlxalq sərnişin daşınmaları xidmətinin ən yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Respublikamızda yol təsərrüfatının yenidən qurulmasında Azərbaycan hökumətinin yönəltdiyi yerli investisiyalarla yanaşı, beynəlxalq maliyyə qurumları ilə birgə əməkdaşlıq nəticəsində cəlb edilmiş vəsaitlər də mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə institutlarının yol-tikinti layihələrinə yönəltdiyi kreditlərin məbləği ötən beş il ərzində 800 milyon dolları ötüb. Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları bu sahədə daha aktiv iştirak edib. Küveyt Fondu və Abu Dabi İnkişaf Fondunun maliyyəsi hesabına “Bakı Dairəvi Avtomobil yolu” layihəsi, Avropa Yenidənqurma və İnkişaf Bankının kreditləri hesabına Bakı-Samur avtomobil yolunun 28-89 km hissəsinin tikintisi layihəsi, çex İxrac Bankının “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-45 km və 89 km-dək olan hissəsinin yenidənqurulması” layihəsi, Dünya Bankının “Ələt-Astara-İran Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Astara hissəsi” layihəsi üzrə kredit sazişləri imzalanıb. Bundan başqa, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında “Ələt-Astara-İran Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsi” layihəsi, “Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarının yenidənqurulması” layihəsi, “Gəncə dairəvi avtomobil yolunun Gəncə dairəvi hissəsi” layihəsi, Dünya Bankı ilə “Bakı-Şamaxı avtomobil yolu” layihəsi, “Kürdəmir-Ucar avtomobil yolunun yenidənqurulması” layihəsi, “H.Z.Tağıyev-Sahil avtomobil yolu” layihəsi, İslam İnkişaf Bankı ilə “Ucar-Yevlax avtomobil yolunun yenidənqurulması” layihəsi, “Yevlax-Gəncə avtomobil yollarının yenidənqurulması” layihəsi, AYİB ilə Hacıqabul-Kürdəmir avtomobil yolu layihəsi üzrə müvafiq sazişlər imzalanıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat infrastrukturu-istər avtomobil yolları, istərsə də hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmiryolu yeniləşir, müasirləşir və bütün dünya standartlarına cavab verir: “Nəqliyyat sektorunda birinci altı ayda bütün nəzərdə tutulmuş proqramlar icra edilmişdir. Azərbaycanın nəqliyyat infrastrukturu-istər avtomobil yolları, istərsə də hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmiryolu yeniləşir, müasirləşir və bütün dünya standartlarına cavab verir. Metro tikintisinə böyük vəsait qoyulur. Bütün bunları biz ona görə edirik ki, Azərbaycanın imkanlarını daha da artıraq, insanların rahat yaşaması üçün əlavə tədbirlər görək”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23

