Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müasir İncəsənət Muzeyi ilə tanışlıq

Müasir İncəsənət Muzeyi ilə tanışlıq

11.08.2009 [00:15]

Dünən Latviya Prezidentinin xanımı Lilita Zatlere və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Müasir İncəsənət Muzeyində olublar. Latviyanın birinci xanımı YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb. Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş bir çox fırça ustası və heykəltəraşların əsərlərinə maraqla tamaşa edib. Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəssamın işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş olunur.
Latviyanın birinci xanımı Lilita Zatlere Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək, muzeydən zəngin təəssüratlarla ayrılıb.
Paylaş:
Baxılıb: 1518 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31