Son altı ildə Azərbaycanda 1800-ə qədər yeni məktəb tikilib
16.09.2009 [13:29]
Sentyabrın 15-də - “Bilik günü”ndə Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı elitar gimnaziyası əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəliblər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim ediblər.
Dövlətimizin başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilib və yenidən qurulmuş gimnaziya ilə tanış olublar.
Təhsil naziri Misir Mərdanov məlumat verib ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənib. Prezidentin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış bu gimnaziyada tədris üçün hər cür şərait yaradılıb. Burada 70-ə yaxın sinif otağı var. Min şagird yeri olan gimnaziyada yeni dərs ilində 958 məktəbli təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olacaq.
Paytaxtın qabaqcıl təhsil ocaqlarından olan gimnaziyanın binası ötən əsrin 30-cu illərində klassik üslubda inşa olunub. Müstəqillik illərində bina ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulub. “Elnur-2” universal kommersiya şirkəti tərəfindən həyata keçirilmiş yenidənqurma zamanı Türkiyə, Rusiya, Kanada və digər ölkələrdən gətirilmiş tikinti materiallarından geniş istifadə edilib, bu işlərə 1 milyon 12 min manat vəsait sərf olunub. Gimnaziya ən müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilib. 2007/2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Məlumat verilib ki, cari ildə bu məktəbin 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak edib, onlardan 70-i tələbə adını qazanıb. Məktəbin 8 məzunu 600-dən çox bal toplayıb, onlardan biri Prezident təqaüdünə layiq görülüb.
Gimnaziya binasının birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılıb.
Dövlətimizin başçısı ikinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb.
Bildirilib ki, kompyuter otağı yeni kompyuterlərlə təmin olunub və internet şəbəkəsinə qoşulub. Prezident İlham Əliyevə Azərbaycan təhsil portalında elitar gimnaziya ilə əlaqədar yaradılmış xüsusi səhifə barəsində ətraflı məlumat verilib. Həmin səhifədə gimnaziya ilə bağlı bütün məlumatlar toplanıb. Burada dərs keçən V sinfin 24 şagirdinə dövlətimizin başçısı tərəfindən fərdi noutbuklar hədiyyə edilib.
Müəllimlər otağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev buradakı pedaqoqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
İnformatika kabinetində dövlətimizin başçısına məlumat verilib ki, ilk interaktiv dərs “Əsrin müqaviləsi”nə həsr olunub. Müəllifi ümummilli liderimiz Heydər Əliyev olan həmin müqavilənin xalqımızın rifah halının yaxşılaşmasında, dövlətimizin möhkəmlənməsindəki tarixi rolu şagirdlərə elektron dərsliklər vasitəsilə öyrədilir.
Prezident İlham Əliyev VI sinif şagirdlərinə riyaziyyat fənninin elektron lövhədə tədrisi prosesini izləyib. Şagirdlər adi lövhənin elektron lövhəyə çevrilməsi, “sehrli qələm” vasitəsilə riyazi əməliyyatların aparılması proseslərini əyani şəkildə nümayiş etdiriblər.
Gimnaziyanın kitabxanası ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada latın qrafikası ilə çap olunmuş 16300-dən çox dərslik və müxtəlif ədəbiyyat toplanıb. Kimya kabineti ilə tanışlıq zamanı əməkdar müəllim, 2007/2008-ci tədris ilində “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, kimya elmləri namizədi Vəli Əliyev Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ölkədə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərdikləri qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, dünyanın heç bir yerində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqla təchiz edilmir. Dövlətimizin başçısına məlumat verilib ki, kimya laboratoriyası bu fənnin təkcə nəzəri deyil, həm də praktik baxımdan yüksək səviyyədə tədrisinə hərtərəfli imkan yaradır. Fizika laboratoriyası da zəngin avadanlığı ilə diqqəti cəlb edir. Burada da nəzəri biliklər praktik məşğələlərlə əlaqələndiriləcək. Bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək.
Gimnaziyanın idman salonu ilə tanışlıq zamanı bildirilib ki, buradakı müasir şərait və müxtəlif avadanlıq bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan yaradır. Burada həndbol, voleybol, mini futbol, stolüstü tennis və digər oyunlar üzrə yarışlar keçirmək mümkündür. Salonun duşxana, soyunub-geyinmə otaqları da var.
Məktəbin akt zalı da genişdir, lazımi avadanlıqla təchiz olunub. Burada müxtəlif tədbirlər keçiriləcək, dərnəklər və musiqi qruplarına üzv yazılanlar bilik və bacarıqlarını təkmilləşdirəcəklər.
Gimnaziyanın işıqlandırılması, istilik, havalandırma sistemi müasir səviyyədə yenidən qurulub. Yanğından mühafizə sistemi də ən son texnologiyalar əsasında təzələnib və fövqəladə halın qısa müddətdə aradan qaldırılmasına imkan verəcək. Burada mini ATS də quraşdırılıb.
Gimnaziyanın həyətində yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının pedaqoji kollektivi, şagirdlər və valideynlər ilə görüşüb.
Prezident İlham Əliyev onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək deyib: “Sizə uğurlar arzulamaq istəyirəm. Şagirdlərə yaxşı oxumaq, müəllimlərə yaxşı işləmək arzulayıram. Xüsusilə nəzərə alsaq ki, məktəb demək olar ki, yeniləşdi, tamamilə müasirləşdi. Bu məktəbdə əlbəttə ki, uşaqlar gərək yaxşı oxusunlar. Bu məktəb deyə bilərəm ki, bir memarlıq abidəsidir. Şəhərimizə əlavə gözəllik verir. Həm şəraiti gözəldir, bütün imkanlar var, həm də xarici gözəldir. Bütün təmir işləri çox yüksək keyfiyyətlə aparılmışdır, özü də qısa müddət ərzində. İki-üç ay ərzində məktəb demək olar ki, tamamilə öz görkəmini dəyişdi və bu gün deyə bilərəm ki, şəhərimizin ən gözəl, ən müasir məktəblərindən biridir. Bildiyiniz kimi, Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Son altı ildə Azərbaycanda 1800-ə qədər yeni məktəb tikilmişdir. Bununla bərabər, vaxtilə tikilmiş məktəblər əsaslı şəkildə təmir olunur. Mənə bu gün məlumat verildi ki, bu məktəb 1930-cu illərdə tikilmişdir. Ondan sonra 1970-ci illərdə yeni korpus əlavə edilmişdir. Ancaq bu gün məktəb elə səviyyədədir ki, dünyanın ən inkişaf etmiş ölkələrində olan məktəblərdən fərqlənmir və hətta onları üstələyir. Bu gün mən gözəl hadisə münasibətilə bütün müəllimləri, şagirdləri, məktəbdə işləyən bütün insanları ürəkdən təbrik etmək istəyirəm. Bu məktəbdə ən qabaqcıl texnologiyalar tətbiq olunur. Kompyuterlər, elektron lövhələr, ən qabaqcıl mütərəqqi texnologiyalar. Mən görürəm ki, tədris prosesi də yüksək səviyyədə təşkil edilib. Bu, çox vacibdir. Məktəb tikmək olar, indi Azərbaycan dövlətinin imkanı genişdir, maddi imkanlarımız da artır və belə olmasaydı, 1800 məktəb tikilməzdi. Ancaq əsas odur ki, gözəl şəraitlə bərabər, tədris prosesi də müasir səviyyədə olsun, ən mütərəqqi texnologiyalar tətbiq edilsin, uşaqlar bilikli, savadlı olsunlar, gələcəkdə həyatda öz yerlərini tapa bilsinlər. Bir sözlə, bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.
Elitar gimnaziyanın kollektivini bir daha təbrik edən dövlətimizin başçısı müəllim və şagirdlərlə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

