Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05.04.2018 [10:27]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunaraq səfərin, eyni zamanda, ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğulayıb və tədbirdə iştirakından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib və ticarət dövriyyəsinin böyük həcmdə artmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu deyib. Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğulayıb və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 769 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31