Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev "Şuşa" tankerinin istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev "Şuşa" tankerinin istismara verilməsi mərasimində iştirak edib

15.10.2009 [09:40]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən “Şuşa” tankerinin istismara verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdə iştirak etmək üçün Yaxt-kluba gəlib. “Şuşa” tankerinin yan aldığı Yaxt-klubda Prezident İlham Əliyevi Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov qarşılayıb. Gəminin kapitanı tankerin istismara tam hazır olması barədə dövlətimizin başçısına raport verib. Gəminin xidmət və yaşayış sahələri ilə tanış olan Prezident İlham Əliyev dənizçilərin iş və həyat şəraiti ilə yaxından maraqlanıb. “Şuşa” tankerinin Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa olunması barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, tankerdən əsasən Qazaxıstan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı üçün Səngəçal terminalına daşınmasında istifadə olunacaq. Eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan gəmi “Prezident Heydər Əliyev” tankeri ilə eyni layihədəndir və bu tip tankerlər Xəzərdə istismar edilən ən iri gəmilərdən hesab olunur. Qeyd olunub ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 6-dan çox belə tankeri var. “Şuşa” tankerinin yükgötürmə qabiliyyəti 13 min tona bərabərdir. Gəminin uzunluğu 150 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metrdir. Bu tanker Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sayca 80-ci gəmisidir. Onlardan 43-ü tanker, 37-si quru yük gəmisidir. Prezident İlham Əliyev gəminin kapitan körpüsünə baxıb. Məlumat verilib ki, ölkəyə gətirilmiş digər yeni tankerlərdə olduğu kimi, “Şuşa” tankeri də ən müasir naviqasiya avadanlığı və cihazları ilə təchiz edilib.
Prezident İlham Əliyev gəminin istismara verilməsini bildirən düyməni basıb.
Daha sonra dövlətimizin başçısı gəminin ən yuxarı göyərtəsinə qalxıb, tankerin heyətinə xoş arzularını çatdırıb, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31