Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir

Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir

16.10.2009 [09:49]

Prezident İlham Əliyev İran Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İran İslam Respublikası Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İran Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin Azərbaycana səfərinin münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
İsfəndiyar Rəhim Məşayi İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdıraraq, İran Prezidentinin məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Məktuba görə təşəkkür edən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, məktubda qeyd olunan vacib məqamlar əməkdaşlığımızı gələcəkdə də gücləndirəcək.
Dövlətimizin başçısı İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31