Birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik
30.10.2009 [09:03]
Moskvada, “Yunost” mehmanxanasında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələbələri ilə görüşü olub. RAGT-ın sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması münasibətilə onları təbrik edərək bildirib ki, Rusiya ali məktəblərində təhsil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı bazadır. Onun sözlərinə görə, təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq, həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək də vacibdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məhz bu məqsədlə yaradıldığını xüsusi vurğulayan Leyla Əliyeva, qurumun Rusiyanın 60 regionundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açıb.
Gənclər təşkilatının başçısı bildirib ki, RAGT fəal və uğurlu iş aparır: “Gənclərimizin ünsiyyət saxlamaları, müsabiqələrdə iştirak etmələri, maraqlı xəbərlərin müzakirələrinə qatılmaları üçün qurumun saytı yaradılmışdır. RAGT Rusiya ali məktəblərinin rəhbərliyi ilə yaxından əməkdaşlıq edir. Onların əksəriyyətində, özü də təkcə Moskvada deyil, Rusiyanın bir çox regionlarında da azərbaycanlı tələbə klubları artıq fəaliyyət göstərir və açılmaqdadır. Hərəkatımız daim inkişaf edir, dostlarımızın və məsləkdaşlarımızın sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini, milli ənənələrini layiqincə təmsil etmələrinə nail olmaqdır”.
Leyla Əliyeva diqqəti belə bir fakta yönəldib ki, hər il Rusiyanın bir çox ali məktəblərində Azərbaycan mədəniyyəti və tolerantlıq günləri, həftələri, konfranslar keçirilir, konsertlər, fotosərgilər təşkil olunur. RAGT hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirir.
RAGT-ın xeyriyyəçiliyə böyük diqqət yetirdiyini bildirən Leyla Əliyeva iki dəfə təşkil olunub və indən belə hər il keçiriləcək “Qanın milləti yoxdur” aksiyasını, gənclərin uşaq evlərinə, qocalar və əlillər üçün evlərə baş çəkdiklərini xatırladıb. O, deyib: “Heç şübhəsiz, gənclərin idman və intellektual nailiyyətləri, ŞHK komandalarının çıxışları, nərd turnirləri, “Nə? Harada? Nə vaxt?” oyunu qurumun diqqət mərkəzindədir. Baharın sonunda Heydər Əliyev kuboku uğrunda mini-futbol çempionatı keçirmişik. çempionatda Moskvanın 16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər il keçiriləcəkdir”.
RAGT-ın başçısı qurumun gələcək planları barədə məlumat verərək bildirib ki, Azərbaycan dili, tarixi, ədəbiyyatı, milli rəqsləri siniflərinin, habelə Moskvada Azərbaycan məktəbinin açılması nəzərdə tutulur: “Bugünkü görüş belə bir əminlik yaradır ki, biz vahid komanda ola bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız getdikcə genişlənir. Təkcə Moskvada RAGT üzvlərinin sayı artıq mini ötmüşdür, bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır. RAGT qurumun üzvü olan və olmayan azərbaycanlı gənclərin hamısına kömək etməyə hazırdır. Biz bütün ideyalarınızı, təşəbbüsləri dəstəkləməyə hazırıq. Tələbələrimiz üçün əlavə stimul kimi əlaçıların mükafat fondunu təsis etmişik. Mükafatlar təhsil ilinin sonunda veriləcəkdir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycan gənclərinin vahid çoxşaxəli ümumrusiya təşkilatında toplamaq məqsədi daşıyan fəal vətəndaş mövqeyinə görə Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, Rusiyanın bütün regionlarında gənclər RAGT-ın yaradılmasını və irimiqyaslı fəaliyyətini alqışlayırlar. Xaricdə Azərbaycan diasporunun yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan diplomat deyib: “Ulu öndər diasporumuzun problemlərinə həmişə çox diqqətlə yanaşırdı. Dünya Azərbaycanlılarının I qurultayı Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmişdir. Bu gün həmin xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir və təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycan diasporu ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır”.
MDBMİ-nin xarici tələbələrin təhsili kafedrasının dekanı Vladimir Şışkin, Seçenov adına Moskva Tibb Akademiyasının prorektoru Renat Alyautdin, Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi Nikolay Molçanov çıxış edərək, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və ali məktəblərdəki azərbaycanlı tələbə klublarının fəailiyyətini yüksək qiymətləndiriblər.
V.Şışkin bildirib ki, RAGT Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini və xalqımızın həyatını rusiyalılara daha yaxşı çatdırmaq üçün bundan da çox iş görə bilər: “RAGT-ın fəaliyyəti bu yolda tədricən bərpa olunan beynəlmiləlçilik ideyasının təcəssümüdür”.
Qurumun fəaliyyətini yüksək qiymətləndirən R.Alyautdin tibb bölməsi təşkil etməyi təklif edib, elmi konfransların, gənc alimlərin konfranslarının, idman turnirlərinin keçirilməsinə hər cür kömək etməyə hazır olduğunu bildirib.
N.Molçanov əlavə edib ki, RAGT ali məktəblər arasında ünsiyyət, dostluq, fikir mübadiləsi aparmaq imkanları yaradır. O, Hüquq Akademiyasında 12 noyabr - Azərbaycan Konstitusiyası gününün keçirilməsi təşəbbüsü ilə çıxış etmiş azərbaycanlı tələbə klubunun fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Ali məktəbin rəhbərliyi həmin təşəbbüsü məmnuniyyətlə dəstəkləmişdir. ümidvarıq ki, təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına xidmət edəcək bu tədbiri azərbaycanlı tələbə klubunun nümayəndələri ilə birlikdə layiqincə keçirəcəyik”.
Sonra RAGT-ın sədri Leyla Əliyeva və səfir Polad Bülbüloğlu gənclər təşkilatının gələcək planları və tədbirləri ilə bağlı tələbələrin suallarına cavab veriblər.
Sonda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının himni səslənib.
Geniş ekranda RAGT-ın təsis konfransı haqqında film nümayiş etdirilib. Mehmanxananın foyesində RAGT-ın tərkibinə daxil olan müxtəlif ali məktəblərin azərbaycanlı tələbə klublarının stendləri, habelə Rusiya xəritəsində RAGT-ın azərbaycanlı tələbə klublarının fəaliyyət göstərdiyi regionların qeyd olunduğu ayrıca stend qurulub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

