Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
11.01.2019 [09:37]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Sonra Elçin Quliyev görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısına “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmiləri təqdim olunub.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxıb, onların texniki göstəriciləri ilə tanış olub.
Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olunub. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.
Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının 2005-ci ilin fevralında imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər gördü.
Prezident İlham Əliyevə mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olunub. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzmə vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulub.
Dövlətimizin başçısına, həmçinin dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qərargahları, səhra yataqxanaları və sərhədçilərin səhra məişət xidmətləri barədə məlumat verilib.
Bu gün sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Xidmətin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndilməsində böyük rol oynayır. Ötən ilin avqustunda “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib.
2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında milli diplomatiyamızın növbəti uğuru olan və dövlət maraqlarımızın qorunması üçün mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dənizdə dövlət sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyət yeni müstəvidə təşkil olunub.
Sonra dövlətimizin başçısı “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il aprelin 30-da təməlini qoyduğu və qısa müddətdə inşası yekunlaşdırılmış yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

