/ / Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15.10.2019 [10:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Serjan Abdıkarimov fəxri qarovul dəstəsinin qarşısından keçib.
Serjan Abdıkarimov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib: “Hörmətli cənab səfir, hörmətli qonaqlar.
Sizi Azərbaycanda salamlamağa şadam. Sizə ölkəmizdə uğurlu iş arzulayıram. Əminəm ki, münasibətlərimizin daha da irəliləməsi və inkişafı üçün maksimum səy göstərəcəksiniz. Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir.
Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönəmində onların şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Son 16 ildə Nursultan Abişeviçlə biz münasibətlərimizi daha da irəlilətmişik, dövlət başçıları səviyyəsində bir neçə səfər olub. Yadımdadır, 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, daha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstana oldu. Bu, bizim münasibətlərin xarakterini vurğulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımından çox məhsuldar olub. Bu ay ərzində mən Prezident Tokayevlə iki dəfə - “Valday” forumunda və MDB sammitində görüşmüşəm. Bu baxımdan bizim ilk əlaqələrimiz də çox ümidvericidir. Prezident Tokayevlə bir-birimizi çoxdan tanıyırıq və həm Azərbaycanda, həm də Qazaxıstanda müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Bu gün biz çox şadıq ki, Nursultan Abişeviç Nazarbayev bizə səfərə gələcək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bu mühüm təşkilatın rəhbəri kimi iştirak edəcək.
Bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini - iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir. Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik. Əlbəttə ki, Azərbaycanda işiniz çox olacaq. Münasibətlərimizin gündəliyi yetərincə zəngindir. Buna görə də sizə uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Bir daha xoş gəlmisiniz”.
* * *
Səfir Serjan Abdıkarimov deyib: “Hörmətli cənab Prezident.
İlk növbədə, bizim Elbasının və Prezident Tokayevin Sizə səmimi salamlarını çatdırmaq istərdim. Ortaq türk mənşəli, ortaq dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün bütün bilik və səylərimi sərf edəcəyəm. Öz tərəfimdən demək istərdim ki, mən Bakıda sonuncu dəfə 2010-cu ildə bizim ATƏT-də sədrliyimiz dövründə olmuşam və Siz o vaxt bizim nümayəndə heyətini qəbul etdiniz. O vaxtdan bəri Bakının və bütövlükdə Azərbaycanın böyük uğurları məni heyran edir. Bütün bu islahatlar əsası Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş və Sizin müdrik rəhbərliyinizlə uğurla davam edən inkişaf və modernləşmə strategiyası ilə ayrılmaz surətdə bağlıdır”.
* * *
Görüşdə hökumətlərarası komissiyanın fəaliyyəti və bu günlərdə komissiyanın Bakıda keçirilən son iclası qeyd olunub, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Nursultan Nazarbayevə və Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

