Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilib

Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilib

25.12.2009 [10:09]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Dünən Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin, müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya gül dəstələri təqdim olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına məlumat verib ki, dörd hektar ərazidə inşa olunan binada 81 mənzil var. Onlardan 72-si ikiotaqlı, 9-u üçotaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib. Dövlətimizin başçısı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin açarlarını verib.
Şəhid anası Raya Alışanova Prezident İlham Əliyevə müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək deyib ki, biz dekabrın 24-də həmişə Sizin ad gününüzü bu gözəl mənzillərdə qeyd edəcəyik: “Biz Sizinlə olacağıq, Sizi hər vaxt dəstəkləyəcək, hər vaxt sevəcəyik. Mehriban xanım, Sizin buraya gəldiyinizə görə mən çox şadam. Biz Sizinlə fəxr edirik. Mənim Ulu Tanrıdan bir arzum var: Siz qoşa qarıyasınız, qoşa yaşayasınız, balalarınızın xeyrini, bəhrəsini görəsiniz. Nəvələrinizin xeyrini görəsiniz. Mən Sizi öpürəm, Sizi ürəkdən salamlayıram. öpməsəm olmaz...”.
Mərasim iştirakçılarını təbrik edən Prezident İlham Əliyev deyib: “Əziz dostlar, əziz bacılar və qardaşlar. Mən sizin hamınızı ürəkdən salamlayıram və sizi bu gözəl evin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl evdə rahat yaşayın, yaxşı yaşayın. Siz buna layiqsiniz. Mən bu gün sizinlə bərabər olmaq istədim. Mən bu gün bu gözəl evin açılışında iştirak etməklə bir daha göstərmək istədim ki, sizin - Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri Azərbaycan dövləti üçün ən başlıca vəzifədir. Siz buna layiqsiniz. Siz yaxşı, gözəl şəraitdə yaşamalısınız. Bunun üçün də Azərbaycan dövləti əlindən gələni edir. Bu birinci ev deyil ki, mən açılışında iştirak edirəm. Bundan əvvəlki illərdə də açılışlar olub, bundan sonrakı illərdə də olacaqdır. Ancaq son vaxtlar daha yaraşıqlı, daha rahat, daha gözəl evlər tikilir. Nəyə görə biz bunu edirik? Ona görə ki, sizin şəraitiniz yaxşılaşsın, məişət problemləriniz həll olunsun. Eyni zamanda, bu gün Azərbaycan dövlətinin imkanları da artıb. Biz indi iqtisadi cəhətdən sürətlə inkişaf edirik. Bizim maliyyə imkanlarımız artıb. Biz ilk növbədə bu imkanları ehtiyac içində yaşayan, sağlamlığını müharibədə itirən, yaxınlarını, qohumlarını müharibədə itirən insanların şəraitinin yaxşılaşdırılmasına yönəltməliyik. Bu, Azərbaycan dövlətinin siyasətidir. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Bütün sosial məsələlər Azərbaycanda diqqət mərkəzindədir. Bu evlər bundan sonra da tikiləcəkdir. Ancaq 2009-cu ildə Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə 700-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Bundan sonrakı illərdə də bu proses davam etdiriləcəkdir. Əminəm ki, bu gün növbədə dayanan və mənzil şəraitini yaxşılaşdırmağa layiq olan insanların problemləri tezliklə öz həllini tapacaqdır. çünki bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bizim bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır. Mən başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. öz sağlamlığını itirmiş insanlar və onların qohumları Azərbaycan dövləti tərəfindən maksimum dərəcədə təmin olunsunlar. Əminəm ki, biz buna nail olacağıq. Gələcək illər üçün böyük planlarımız vardır. Belə gözəl evlərin sayı daha da çox olacaqdır. Hələ ki, ehtiyac içində yaşayan bütün insanlar tezliklə belə gözəl şəraitlə təmin ediləcəklər. Eyni zamanda, biz müharibədən və erməni işğalından əziyyət çəkmiş soydaşlarımızın problemlərini də həll edirik. Azərbaycanda artıq bir dənə də olsun çadır şəhərciyi yoxdur. Bütün çadır şəhərcikləri ləğv edildi. Onların yerinə müasir, gözəl, rahat evlər, qəsəbələr salındı. On minlərlə soydaşlarımız - məcburi köçkünlər yeni evlərə, qəsəbələrə köçürülüblər. Həm Bakıda, həm ölkəmizin müxtəlif şəhər və rayonlarında böyük quruculuq işləri aparılır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial məsələlərin həlli istiqamətində öz siyasətini davam etdirəcək və bu yolda qarşıda duran bütün məsələlər tezliklə həllini tapacaqdır. Bir daha demək istəyirəm ki, siz buna layiqsiniz. Biz çalışacağıq ki, sizin problemlərinizlə bundan sonra da yaxından məşğul olaq”.
Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə çox çalışırıq. Biz çox istəyirik ki, məsələ tezliklə öz həllini tapsın. Ancaq məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş bütün torpaqlardan erməni işğalçıları çıxarılmalıdır. Vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Məsələnin həlli üçün əsas prinsiplər bunlardır. Azərbaycan bu prinsipial mövqeyindən bir addım geri atmayacaqdır. Biz bütün imkanlarımızı səfərbər edib məsələnin tezliklə ədalətli, Azərbaycanın maraqlarına və beynəlxalq normalara uyğun şəkildə həllinə çalışacağıq. 2009-cu il də, əfsuslar olsun ki, həlledici il olmadı. Halbuki Dağlıq Qarabağ məsələsinin həlli üçün 2009-cu ilə böyük ümidlər bəslənilirdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə biz nəticəyə gələ bilməmişik. Bununla bərabər, bu gün məsələ ilə məşğul olan bütün tərəflər problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyirlər. O cümlədən Ermənistan tərəfi də məcbur olub məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəzərdə tutan siyasi sənədə qol çəkib. Ancaq o da həqiqətdir ki, məsələni həll etmək üçün biz güclü olmalıyıq. Biz güclü dövlət qurmalıyıq və bunu edirik. Güclü ordu qurmalıyıq. Azərbaycanda ordu quruculuğu da çox sürətlə gedir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir. Bunu biz də bilirik, bütün beynəlxalq aləm də bilir. Bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır. İnfrastruktur layihələri, sosial məsələlərin həlli, şəhərlərimizin abadlaşması, ordu quruculuğu - Azərbaycan Ermənistanı bütün istiqamətlər üzrə bir neçə dəfə qabaqlayır. Ermənistan ilə Azərbaycan arasında həm iqtisadi, həm bütün başqa sahələrdə yaranmış məsafə, yəni uçurum daha da böyüyür, dərinləşir. Əlbəttə ki, bu gün iqtisadi və hərbi gücümüz bizə imkan verir ki, məsələni hərbi yolla həll edək. Ancaq biz istəyirik ki, müharibə olmasın. Biz istəyirik ki, bundan sonra şəhidlər verilməsin. Biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Amma bununla bərabər, hər an Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti hazır olmalıdır ki, torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək”.
Prezident İlham Əliyev ikiqat paralimpiya çempionu İlham Zəkiyev ilə də görüşüb. Daha sonra Prezident və xanımı yeni binada yaradılmış şəraitlə tanış olublar.

Paylaş:
Baxılıb: 1142 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31