/ / Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
07.02.2020 [09:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli Valeri Vasilyeviç, xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Şadam ki, sizin NATO-dakı həmkarlarınızla mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişiniz müntəzəm xarakter daşıyır. Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrildiyinə görə bir daha Rusiya tərəfinə minnətdarlığımı bildirmək istərdim. Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görüşünüzdən asılı olacaq.
Əlbəttə ki, hər belə tədbir bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkandır. Yəni, bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticələrimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə gəldikdə, qarşılıqlı fəaliyyəti möhkəmləndirmək işində çox uğurlu keçən ilə yekun vurmaq olar. Həm mənim Vladimir Vladimiroviç Putinlə və digər rəhbərlərlə müntəzəm görüşlərim, həm də qarşılıqlı səfərlər ölkələrimizin daha da yaxınlaşmasına təkan verib. Biz indi iqtisadi gündəlik üzrə fəal iş aparırıq. Müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş, indi isə daha artıq - yeddi yol xəritəsi reallaşdırılır və hər bir istiqamət üzrə də yaxşı nəticələr var. Ticari-iqtisadi sahədə də yaxşı nəticələr olub. Ötən il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Nəqliyyat, turizm sahələrində də. Ötən il rekord sayda - 900 mindən çox rusiyalı turist Azərbaycanı ziyarət edib. Ötən ay - yanvarda isə yenə də artım olub. Buna görə də düşünürəm ki, bu il biz asanlıqla milyon həddinə çatacağıq. Bu, əlbəttə ki, məhz ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Çünki rusiyalılar özlərini rahat və vərdiş etdikləri şəraitdə hiss edirlər. Beləliklə, ötən ilin yekunları uğurlu olub. Bu il də sizinlə mühüm görüşdən başlayır. Düşünürəm ki, bu ili də yaxşı nəticələrlə başa vuracağıq. Sizə həmkarınızla yaxşı görüş arzulayıram”.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib: “Hörmətli İlham Heydər oğlu, sağ olun. İcazə verin, NATO-nun hərbi rəhbərliyi ilə görüş üçün növbəti dəfə meydan yaratdığınıza görə Sizə təşəkkürümü bildirim. Əslində, yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmədiyi, xüsusən Rusiyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə də beynəlxalq terrorizmlə gərginləşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zəruriliyini şərtləndirir. Eyni zamanda, bunun fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda mehriban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

