/ / Azərbaycan öz zəngin yanacaq ehtiyatları ilə Avropa və Asiya ölkələrinin bir çoxunun enerji təminatında əsas tədarükçülərdən hesab olunur
Azərbaycan öz zəngin yanacaq ehtiyatları ilə Avropa və Asiya ölkələrinin bir çoxunun enerji təminatında əsas tədarükçülərdən hesab olunur
24.08.2010 [09:06]
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Amerikanın Montana Dövlət Universiteti maraqlı bir layihənin həyata keçirilməsinə başlayıblar. ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov içərisində sıxılmış qaz balonunu Amerikanın Montana Dövlət Universitetinin professoru Tomas Qoltza təqdim edib və həmin yanacağın simvolik olaraq Avropa dövlətlərinə çatdırılması nəzərdə tutulub. Belə ki, üç həftə çəkəcək ekspedisiya çərçivəsində yanacaq Avropa dövlətlərindən keçməklə sonda Türkiyənin İstanbul şəhərinə çatdırılacaq. Bununla da T.Qoltzun ideyası olan “Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası” həyata keçiriləcək. Qeyd edək ki, Qoltz dünyanın enerji bazarında tanınmış mütəxəssislərdən sayılır. O, 10 il əvvəl Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin inkişaf etdirilməsi üçün Bakıdan Ceyhan limanına simvolik olaraq ilk neft barelini də aparıb.
Layihənin təşəbbüskarları simvolik məna daşıyan bu “ixrac marşrutunu” həyata keçirməklə, əslində, bölgənin ən nəhəng trans-enerji dəhlizinin -Xəzər dənizi-Avrasiya qaz şəbəkəsinin yaradılmasının əsasını qoymaq niyyəti güddüklərini nümayiş etdirirlər. Bu ideya “Şahdəniz-2” layihəsi əsasında hasil olunacaq Azərbaycan qazının Avropa İttifaqına (Aİ) çatdırılması istiqamətində təşəbbüslərin bir hissəsi hesab olunur.
Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda bir araya gələn ABŞ, Azərbaycan və Türkiyənin mütəxəssisləri bu təşəbbüslə çıxış etməklə, eyni zamanda, Aİ ölkələrini qaz marşrutunun reallaşması istiqamətində səyləri gücləndirməyə dəvət edir.
Dünyanın aparıcı dövlətlərinin, həmçinin, nüfuzlu enerji agentliklərinin və maliyyə institutlarının son dövrlər Azərbaycan qazının əldə olunması istiqamətində intensiv xarakter alan səyləri başadüşüləndir. XXI əsrin ikinci onilliyində qaz bumuna start verən Azərbaycan öz zəngin yanacaq ehtiyatları ilə Avropa və Asiya ölkələrinin bir çoxunun enerji təminatında əsas tədarükçülərdən hesab olunur. Respublikamız yaxın onillikdə qaz bazarında böyük nüfuz sahibi olmaqla regiondakı strateji yanacaq marşrutlarının mərkəzi nöqtəsinə çevriləcək. Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında iyun ayının əvvəllərində yeni qaz sazişinin imzalanması ilə Avrasiya trans-enerji sisteminin əsası qoyulub. Xatırladaq ki, sazişə əsasən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çoxtranzitli nəqli nəzərdə tutulur. Region ölkələri üçün ən perspektiv layihələrdən hesab olunan “Şahdəniz-II” layihəsi üzrə hasil olunacaq qazın qardaş ölkəyə satılması və Türkiyədən keçməklə Avropa dövlətlərinə ixrac olunması əsas prioritetlərdəndir.
Məlum olduğu kimi, “Şahdəniz” yatağı dünyada ən zəngin və ehtiyatlarının həcminə görə, iri yanacaq bloklarından hesab edilir. “Şahdəniz-II” layihəsi çərçivəsində ölkəmizə 20 milyard dollara yaxın sərmayə yatırılması nəzərdə tutulur. Layihənin işlənməsi nəticəsində Azərbaycanın qaz hasilatının həcmi ən azı 16 milyard kubmetr artacaq. Proqnozlara görə, 2015-2017-ci illərdə “Şahdəniz”dən ildə 20-30 milyard kubmetrdən çox yanacaq hasil olunacaq. Eləcə də, digər perspektivli yataqlar olan “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi bloklardan hasil olunacaq qazın nəqli nəticəsində respublikamız bir neçə ildən sonra ildə 40 milyard kub metrdən çox yanacaq ixrac edə biləcək.
Göründüyü kimi, dünyanın enerji xəritəsini diqqətlə izləyən T.Qoltz və digər nüfuzlu mütəxəssislər yanacaq resurslarının diversifikasiyasında əbəs yerə Azərbaycanın adını çəkmirlər. Respublikamız həyata keçirdiyi çoxşaxəli enerji siyasəti ilə bölgədə yeni marşrutlarının əsasının qoyulmasına əlverişli zəmin yaradır. Azərbaycanla Türkiyə arasında imzalanmış qaz sazişindən sonra regionda qaz marşrutlarının diversifikasiyası ilə bağlı addımlar atılmaqdadır. Bu sazişin ardınca iyunun sonlarında Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin reallaşması üçün tərəflər anlaşma sənədi imzalayıblar. Qeyd edək ki, bu layihə Bakı-Tbilisi-Ərzurum kəmərinin məntiqi davamı da hesab olunur.
Dünya enerji maşrutları sırasında ən strateji nəql dəhlizlərindən biri hesab olunan Türkiyə-Yunanıstan-İtaliya layihəsi növbəti mərhələdə daha da genişləndirilərək Mərkəzi və Cənubi Avropa regionunu əhatə edəcək. Bolqarıstan, Rumıniya, Sloveniya, hətta Suriya və İordaniya kimi digər dövlətlər də bu layihənin davamı kimi ölkəmizə məxsus yanacaq resurslarını əldə etmək imkanı qazanacaq. Eyni zamanda, Azərbaycan qazının İtaliya limanları vasitəsilə müxtəlif region dövlətlərinə nəqli planlaşdırılır.
Bundan başqa, Bakı-Tbilisi-Ərzurum kəmərinin digər qaz kəmərləri ilə birləşdirilməsi və bölgədə çoxkomponentli ixrac şəbəkəsinin yaradılması ilə bağlı digər layihələrin də reallaşması istiqamətində işlər sürətlənib. Məsələn, Suriya hökuməti öz qaz sistemin Türkiyənin qaz kəmərləri ilə birləşdirilməsinə çalışır. Bundan başqa, Türkiyə-Suriya qaz kəmərinin çəkilməsi isə Misir üçün də əlavə imkanlar açmış olur. Yəni, bu ölkə öz tranzit infrastrukturunu digər qaz marşrutları sisteminə birləşdirməklə çoxşəbəkəli enerji dəhlizinin üzvünə çevrilir. Yeni qaz xətlərinin yaradılması Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan-İtaliya qaz maşrutlarının davamı sayıla bilər. Bu çoxsistemli enerji şəbəkəsi reallaşsa Asiya, Avropa və Yaxın Şərq regionunda bir çox dövlətlərin yanacaq ehtiyaclarını ödəyəcək. Təbii ki, bu kəmərlərin əsas başlanğıc nöqtəsi Azərbaycan olacaq. Respublikamızın iştirakı və razılığı olmadan həmin kəmərlər sisteminin reallaşması və rentabelliliyi mümkün deyil.
Göründüyü kimi, Azərbaycan dünya bazarında etibarlı qaz tədarükçüsü kimi bütün istiqamətlər üzrə nəzərdə tutulan marşrutları dəstəkləyərək öz töhfəsini vermək niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan neft və qaz resursları ilə demək olar ki, bütün bölgə dövlətlərinin enerji təhlükəsizliyinin ödənilməsində mühüm rol oynayır və respublikamızdan qaz alan dövlətlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır: “Azərbaycan artıq qazı ixrac edən ölkə kimi özünü təsdiqləyib və bizim tərəfdaşlarımızın sayı artır. Bizim ixracımızın istiqamətləri artır. Biz həm mövcud olan bazarlara əlavə həcmdə qazın verilməsinə nail olmalıyıq, eyni zamanda, yeni bazarlara çıxmaq üçün əlavə tədbirlər görməliyik. Bizim qaz ehtiyatlarımız çox böyükdür. İndi onların ancaq cüzi hissəsindən istifadə olunur. Bundan sonra onilliklər ərzində, daha dəqiq ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərəcəkdir”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

