14 iyul 1969-cu il...
14.07.2023 [10:30]
Milli intibahın başlanğıcı...
Həyatını xalqına və dövlətinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin siyasi bioqrafiyasının bütün səhifələri ölkəsinin inkişafı uğrunda fədakar mübarizəyə həsr olunub. Hələ Sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterizə olunan Azərbaycan imperiyanın ucqar adlandırılan əylətlərindən sayılırdı. Ölkəmizin hələ sovet dövründə intibah yoluna qədəm qoyması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Ulu Öndərin Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri seçilməsi ilə bu proses başlandı. Bütün sahələrdəki inkişaf və dəyişikliklər - sənayeləşmə, ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı birmənalı şəkildə ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi idi. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycanın inkişafının intibah dövrü məhz 1969-cu ildən başlayır.
14 iyul plenumu Azərbaycanın taleyini dəyişdi...
Bəli, 1969-cu ilin 14 iyulu Azərbaycan tarixində çox əlamətdar tarixlərdən biridir. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici rol oynadı. Azərbaycanın siyasi rəhbərliyinə gəlişindən dərhal sonra Ulu Öndər ölkədə həmin dövrlərdə geniş yayılan rüşvətxorluq, vəzifədən sui-istifadə və digər qanunsuzluqlara qarşı mübarizəyə başladı. Onun başçılıq etdiyi Mərkəzi Komitənin qərarları bir-birinin ardınca mətbuatda dərc edilirdi. Ulu Öndərin birbaşa nəzarəti və göstərişləri əsasında, həm respublika, həm də şəhər və rayonlar səviyyəsində özbaşınalıqla məşğul olan rəhbər şəxslər barəsində təsirli tədbirlər görüldü.
Ölkə əhalisi yeni rəhbərinə rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Ən çox diqqət yetirilən məsələlərdən biri isə işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Kadr siyasətinə xüsusi diqqət ayıran Ulu öndər Heydər Əliyev rəhbər vəzifələrə azərbaycanlıların cəlb edilməsi yönündə əsaslı fəaliyyəti ilə seçilirdi.
Ana dilinə verilən böyük qiymət
Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq milli dəyərlərə hər zaman bağlılığı ilə seçilən və yadsa qalan ulu öndər Heydər Əliyev ölkədə Ana dilindən geniş istifadənin təşviqinə start verdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı. Ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə elmin inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
Sosial-iqtisadi inkişaf
Xalqın milli şüurunun formalaşdırılması ilə yanaşı, Ulu Öndər ölkənin sosial-iqtisadi inkişafına da böyük diqqət ayırırdı. Onun siyasi iradəsi və şəxsi nüfuzu sayəsində Bakıda həmin dövr üçün çox böyük əhəmiyyətə malik olan kondisioner zavodu inşa olundu. 1970-ci illərdə respublikada yüzlərlə yeni ictimai obyektlər, məktəb və xəstəxanalar, zavod və fabriklər tikilərək istifadəyə verildi. Bu dövrdə yaşayış binalarının sayında sürətli artım qeydə alındı, minlərlə ailəyə yeni mənzil verildi.
Ulu Öndərin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişinin Azərbaycanın taleyində nə qədər böyük hadisə olduğunu zaman göstərdi. Belə ki, məlum olduğu kimi, Heydər Əliyevin Azərbaycanın bütün regionlarında, eləcə də, ermənilərin göz dikdiyi torpaqlarımızda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi ənənəsi qarşısına sədd çəkməsi ermənilərin və imperiya rəhbərlərinin mənfur planlarına əngəl törədirdi.
Heydər Əliyev SSRİ rəhbərliyində...
1982-ci ildə Moskvaya çağırılan Ulu Öndər həmin dövrdə İttifaq rəhbərliyində təmsil olunan şəxslər arasında xüsusilə seçilirdi. İttifaq daxilində uğurlu layihələrə imza atan Heydər Əliyev qısa zamanda hər kəs tərəfindən tanındı. İldən-ilə artan nüfuzu İttifaq rəhbərlərində böyük qorxu yaratdı - bunun nəticəsi idi ki, intriqaların geniş şəkildə yer aldığı SSRİ-nin siyasi rəhbərliyi ədalətsiz şəkildə Heydər Əliyevi tutduğu vəziflərdən uzaqlaşdırmağa nail oldu. Təsadüfi deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti də genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1990-cı illərin əvvəllərində isə yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşadı. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, ölkədəki hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü.
Xilaskarlıq missiyası...
Azərbaycan xalqı Ümummilli Lideri, Onun ölkə üçün gördüyü işləri unutmamışdı. Belə bir çətin məqamda Azərbaycanı xilas edə biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xalq yaxşı bilirdi. Qəlbi Azərbaycanla bir döyünən Ulu Öndər də bu məqamda üzərinə olduqca ağır və məsuliyyətli işi götürməyin vacibliyini anlayırdı. Beləliklə, xalqın təkidli çağırışı sayəsində Ulu Öndər 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdı. Elə həmin dövrdən ölkənin müstəqil inkişaf yolunda yeni mərhələyə qədəm qoyuldu.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan və Azərbaycanın inkişafına xidmət edən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyev hər zaman bildirir ki, Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib: “O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-ci illərdə Onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Heydər Əliyev sevgisi xalqımızın qəlbində əbədi yaşayacaq
Bəli, bu bir həqiqətdir ki, həmin dövrlərdə ulu öndər Heydər Əliyevin səyi nəticəsində müasir Azərbaycanın təməli qoyuldu. Bu gün yerləşdiyi regionun lider dövlətinə çevrilən, parlaq qələbəsi ilə regionda yeni syasi reallıqlar formalaşdıran Azərbaycanın inkişafının əsasında məhz həmin dövrdə Ümummilli lider tərəfindən əsası qoyulan siyasi kurs dayanır. Prezident İlham Əliyev öz çıxışlarında bildirir ki, Heydər Əliyev sevgisi xalqımızın qəlbində əbədi yaşayacaq: “On il ərzində Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz - Ulu öndərin davamçıları elə etməliyik ki, onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45

