Mənim sözüm sözdür...
22.09.2023 [10:10]
Niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır
Azərbaycan Cənubi Qafqazda sülhü və təhlükəsizliyi bərpa etmək istiqamətində mühüm addımlar atmaqdadır. 24 saatlıq lokal antiterror tədbirləri bölgənin həyatında yeni mərhələnin başlanğıcını formalaşdırmaqdadır. Artıq Cənubi Qafqaz hərbi təlatümlərlə və ya siyasi kataklizmlərlə deyil, təhlükəsizlik mühiti, əməkdaşlıq və inkişafla xaraktrizə olunacaq. Bu, Azərbaycanın apardığı uğurlu siyasətin təntənəsidir.
Qeyd edək ki, 24 saatlıq lokal antiterror tədbirlərindən sonra Qarabağdakı silahlılar təslim olmaqla bağlı qərar verdilər-sentyabrın 20-də onlar silahı yerə qoydular. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əlyiev müraciətində mühüm məqamlara toxunub.
23 apreldən 20 sentyabra...
Laçın postunun əhəmiyyəti...
Dövlət başçısı bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilib və müxtəlif yerlərdə basdırılıb. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilib və onlardan ciddi tədbir görülməsi tələb edilib. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilib.
Bəli, Azərbaycanın müasir tarixində özünəməxsus yer tutan 23 aprel tarixi-Laçın dövlət sərhəd- buraxılış məntəqəsinin formalaşdırılması bölgədəki vəziyyəti mühüm dərəcədə dəyişdi. Bu dövlət sərhəd buraxılış məntəqəsinin qurulması ermənilərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Bəlli olduğu kimi, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını təmin edirdi. Bunun qarşısını almaq üçün Azərbaycan adekvat addımlar atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım Qarabağ separatizmini körükləyən Ermənistan üçün siqnala çevrildi. Beləliklə, 20 sentyabrda baş verən tərk-silah prosesində 23 aprel tarixinin yeri və rolu əvəzedilməzdir.
Hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstəriblər
II Qarabağ müharibəsi zamanı 44 gün ərzində Ermənistanı dizə gətirən, kapitulyasiya imzalamağa məcbur edən Azərbaycan Ordusu post-müharibə dövründə də özünün inkişaf tempini qoruyub, daha da təkmilləşdirib. Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında bügünkü ordumuzun II Qarabağ müharibəsi dövründəkindən daha qüdrətli, güclü olduğunu bildirib. Eyni zamanda, 24 saatlıq antiterror tədbirləri də hərbçilərimizin şücaəti, qəhrəmanlığı və peşəkarlığı ilə təcəssüm edilməlidir. Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstəriblər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə ediblər.
Bəli, Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordu səhv düşüncədə idi-onlar fikirləşirdilər ki, qurduqları hansısa “səddlər” və ya “hasarlar” Azərbaycanı öz haqq işindən döndərə bilər. Amma dövlətimizin qətiyyəti bütün problemlərin həllində əsas amildir - cəmisi 24 saaata onların hərbi texnikalarının böyük bir hissəsi sıradan çıxarıldı. Bu, bir daha ölkəmzin qüdrətinin və qətiyyətinin bariz sübutuna çevrildi.
Mülki vətəndaşlar özlərini sığortalanmış vəziyyətdə hiss etdilər
Azərbaycan dövlətinin ən mühüm xüsusiyyətlərindən biri də humanizm və insanpərvərlikdir. Hələ II Qarabağ müharibəsi dövründə Azərbaycan əsgəri mülki vətəndaşları hədəfə almır, onların ziyan çəkməməsi üçün bütün mümkün imkanlardan istifadə edirdi. Prezident İlham Əliyev həmin dövrdə xalqa müraciətlərində, xarici KİV-lərə müsahibələrində dəfələrlə bu məsələyə toxunaraq bildirmişdi ki, Azərbaycan dövləti yalnız və yalnız legitim hərbi hədəflərə qarşı döyüşür.
24 saatlıq lokal antitetrror tədbirləri zamanı da mülki insanlar qorunması məsələsi ən mühüm prioritetlərdən biri kimi qarşıya qoyulmuşdu. Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, əməliyyat başlamazdan əvvəl Onun tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilib ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır: “Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etdilər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.
Bu, Azərbaycan humanizminin növbəti nümayişidir. Azərbaycan dövləti bütün addımlarında beynəlxalq hüquqa, humanizm prinsiplərinə, demokratik ənənələrə, beynəlxalq konvensiyalara əsaslanır. Humanizm və insanpərvərliyə əsaslanan dövlət siyasəti isə bügünki uğurlarımızda böyük rol oynayır. Bu, Azərbaycanın tolerant və multikultural həyat tərzinin təcəssümüdür ki, Qarabağın erməni əsilli əhalisi bunun növbəti dəfə əyani şəkildə şahidi oldu.
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır...
İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Artıq Laçın dövlət sərhəd buraxılış məntəqəsi bütün reallıqları hər kəsə nümayiş etdirir. Bir zamanlar Azərbaycanla “şərt dili ilə danışan” Ermənistan artıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Təbii ki, bu məsələdə II Qarabağ müharibəsində qazanılan qələbənin, “Dəmir yumruğ”un payı böyükdur. Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur: “Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!”
Bəli, bir zamanlar himayə olunan kriminal rejim artıq reallıqları qəbul edir. Azərbaycanın qazandığı uğur, yaratdığı yeni siyasi mənzərə onların tam şəkildə məhvinə yol açıb - bir zamanlar qara xəyallarla yaşayan, hansısa “statusa” ümid edənlər II Qarabağ müharibəsindən sonra bu xəyalların boş olduğunu başa düşüblər. 24 saatlıq lokal antiterror tədbirləri isə bu məsələni tam şəkildə yekunlaşdırdı...
Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır
Bu, Qarabağda yaşayan erməni əhalisinin də həyatında mühüm dəyişikliklərə yol açacaq, yeni mərhələ formalaşdıracaq. Kriminal xuntanın ləğvi münasibətlərin inkişafında da yeni səhifələr açacaq. Prezident İlham Əlyiev müraciətində bildirib ki, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət, rahat nəfəs ala bilər: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Eyni zamanda, qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir.
Dövlət başçısı müraciətində vurğulayıb ki, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi: “Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik”.
Bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq
Yeni siyasi reallıqlar sülh prosesini də inkişafına mühüm müsbət təsirlər göstərə bilər. Xüsusi vurğulanmalıdır ki, son bir neçə ayda dəfələrlə Azərbaycanın ərazi bütövluüyünü detallı şəkildə tanıdığını bəyan edən Ermənəistanın son proseslərdəki davranışları da onların sülhə maraq göstərdiklərini ortaya qoyur. Ermənistan dərk edir ki, sülh müqaviləsinin imzalanması bu gün daha çox onların marağında olan məsələdir - sosial problemlərin girdabında əzilən, maddi imkanları olmayan Ermənistan konstruktiv mövqeyinin qarşılığında regionun ümumi mənzərəsinə, ruhuna uyğun inkişaf yoluna qədəm qoyacaq. Rəsmi İrəvan başa düşür ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarına yolunu açacaq.
Prezident İlham Əliyev xalqa müraciətində bu məqama xüsusi olaraq toxunub: “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”.
Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Azərbaycan siyasi, hərbi addımları ilə regionda sülhü və təhlükəsizliyi bərpa etməklə paralel həm də işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa prosesi aparmaqdadır. Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan dövləti müharibə bitəndən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına başladı. Hazırda işğaldan azad edilmiş ərazilər böyük tikinti meydanını xatırladır. Burada paralel şəkildə yollar, tunellər inşa olunur, elektrik, su təchizatı xətləri çəkilir, şəhər və kəndlər bərpa edilir, hava limanları tikilir. Dövlət başçımız işğaldan azad edilən ərazilərin dünyanın nümunəvi bir məkanına çevriləcəyini bəyan edib. Görülən işlərin miqyası isə Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə böyük ərazidə bərpa-quruculuq işləri sırf respublikamızın daxili imkanları ilə həyata keçirilir.
Azərbaycan Prezidenti müraciətində bildirib ki, biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur: “Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar! Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”.
Bəli, Qarabağın erməni əhalisi bilməlidir ki, artıq onların həyatında yeni bir mərhələ başlayıb. Azərbaycanın yaratdığı reallıqların nəticəsi olan bu mərhələ onlara sosial rifah və yüksək təminat vəd edir...
Bunu heç kim unutmasın!
Azərbaycan hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır-sonuncu antiterror tədbirləri bu mənzərəni daha da aydınlaşdırıb. Artıq Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün qarşımızda maneə qalmayıb - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və sülhə razılaşmalıdır. Təbii ki, heç kim Azərbaycanın qazandığı uğurlara qarşı revanşist düşüncəyə də qapılmamalıdır. Bəzi xarici güclər isə əsla hansısa bir fərqli fikrə düşməməlidir. Əks halda... Prezident İlham Əliyev vurğulayıb ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! “Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

