Ulu Öndərə ümumxalq məhəbbətinin ifadəsi
12.12.2023 [10:00]
Bu gün Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ili tamam olur
Mübariz ABDULLAYEV
Təqvimdə dekabrın 12-si Azərbaycan xalqı üçün son dərəcə kədərli bir gündür. Hər il tarixin bu günündə bütün dünya azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin anım gününü böyük sayğı və minnətdarlıq hissi ilə qeyd edirlər. Böyükdən, kiçiyə hamı bu dahi şəxsiyyəti dərin hörmətlə anır, ruhuna sonsuz ehtiramını bildirir.
2003-cü il dekabrın 12-də Azərbaycana Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasından acı xəbər gəldi. Həmin xəbərdə adı müasir tariximizə qızıl hərflərlə yazılan, müstəqil Azərbaycanın möhkəm təməlini yaradan, bizləri heç vaxt dəyərini itirməyəcək azərbaycançılıq ideologiyası, gələcək inkişaf konsepsiyası ilə silahlandıran ümummilli liderimiz Heydər Əliyevin vəfat etdiyi bildirilirdi. Xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq Ulu Öndər dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olundu. Dəfn mərasimi sözün əsl mənasında Ulu Öndərə ümumxalq məhəbbətinin ifadəsinə çevrildi.
Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan “Heydər Əliyev İli”ndə həm də Ulu Öndərin vəfatının 20 ili tamam olur. İllər necə də tez ötdü. Artıq iki onillikdir ki, Heydər Əliyev cismən sıralarımızda yoxdur. Ancaq Onun yeri hər yerdə görünür. Ötən zaman kəsiyi bu böyük şəxsiyyəti bizdən ayıra bilməyib. İllər keçdikcə Onun Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bu böyük, mütəfəkkir insanın fəaliyyətini qısa şəkildə dəyərləndirsək, belə deyə bilərik: Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın iqtisadi və mədəni intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyəcək.
“Heydər Əliyev Azərbaycan və xalqımız üçün kimdir?” sualının cavabı çox genişdir. Qısaca onun həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik. Heydər Əliyev əvvəlcə keçmiş ittifaq daxilində respublikamıza rəhbərlik etdiyi illərdə rejimin məhdudiyyətlərini yararaq milli dirçəlişə, gələcək müstəqil inkişafa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Bu əsaslar sırasına respublikamızın keçmiş ittifaqın aqrar əlavəsindən çıxarılaraq sənaye quruculuğu yolu ilə inkişaf etdirilməsi, müxtəlif sahələrə aid milli kadrların yetişdirilməsi, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin daha da zənginləşdirilməsi kimi mühüm məqamlar daxildir. Bu gün Heydər Əliyevin zamanında məqsədyönlü şəkildə yaratdığı irsdən kənarda istər iqtisadiyyatımız, istərsə də mədəniyyətimiz çox kasıb görünər. O illərdə Heydər Əliyevin çox böyük səyləri hesabına yaradılan bu zəngin irs müstəqil Azərbaycanın maddi, mənəvi və mədəni əsasları qismində çıxış edir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri isə onun onun XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizi xilas etməsi oldu. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda cərəyan edən prosesləri göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC- “Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi müstəqilliyimizə ciddi təhdidlər yartmışdı. Həmin böhranlı günlərdə xalqımız növbəti dəfə müdrik addım ataraq Naxçıvanda yaşayıb çalışan, kritik dönəmdə qədim diyarın insanlarına arxa-dayaq duran, onları aclıqdan və səfalətdən qoruyan Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Bu, adi bir seçim deyildi. Başqası olsaydı, vəziyyəti nəzərə alaraq karyerasını risk altına atmaz, suların durulmasını gözləyərdi. Ancaq söhbət qəlbi həmişə xalq və Vətənlə döyünən Heydər Əliyevdən gedirdi. Əgər xalqın ehtiyacı var idisə, O, məsuliyyətdən geri çəkilə bilməzdi və çəkilmədi də. Xalqın israrlı tələbini qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.
Heydər Əliyevin müdik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskur edən Prezident İlham Əliyev vurğulayıb: “Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır”.
Həmişə Azərbaycanı zirvələrdə görmək istəyən Heydər Əliyevin ən böyük arzusu nə ola bilərdi? Sualın cavabı birmənalıdır: Ölkəmizin ərazi bütövlüyünün təmin olunması! Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirən Heydər Əliyev inamla bildirirdi ki, biz doğma yurd yerlərimizə mütləq qayıdacağıq. Onun bu inamı insanların qəlbində sözün əsl mənasında ümid çırağı yandırırdı.
Tale elə gətirdi ki, Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində gərgin fəaliyyət göstərsə də, Onun özü torpaqlarımızın işğaldan azad edilməsini görə bilmədi. Bu missiyanı Onun layiqli siyasi varisi Prezident İlham Əliyev müdrik siyasəti ilə başa çatdırdı. Xalqımızın mental dəyərlər sistemində ata vəsiyyətinə böyük önəm verilir. Heydər Əliyevin arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şərəflə yerinə yetirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın geri qaytarılması ilə Heydər Əliyevin “Biz Şuşaya mütləq qayıdacağıq” arzusu çin oldu. Məhz Şuşadakı sarsıdıcı məğlubiyyətdən sonra düşmən məğlubiyyətini etiraf etmək və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbə tariximizdə əbədi qalacaq.
2023-cü ildə qalib Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin vəsiyyətlərinin həyata keçirilməsi istiqamətində növbəti uğurlu addımlar atdı - Qarabağda suverenliyimiz təmin olundu, Xankəndidə üçrəngli bayrağımız dalğalandırıldı. Bunlar “Heydər Əliyev İli”nin ən mühüm hadisələridir.
Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirməyə hazırlaşır. Müstəqillik tariximizdə ölkənin bütün ərazisində ilk dəfə prezident seçkilərinin keçirilməsi son dərəcə qürurvericidir. Azərbaycan xalqı özünün böyük oğlunun növbəti anım gününü belə əlamətdar hadisələr fonunda qeyd edir. İndi Ulu Öndərimizin də ruhu şaddır!
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

