Avropa təhlükənin bir addımında...
06.02.2024 [09:00]
Qitə qlobal problemlərlə mübarizədə uduzur
Təxmini hesablamalara görə, dünya əhalisinin sayı artıq 8 milyardı ötüb. Amerika Birləşmiş Ştatlarının Siyahıyaalma Bürosunun açıqladığı məlumata görə, 2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm gözlənilir. Bu isə dünyada insan sayının artım xətti ilə inkişaf etdiyini, demoqrafik balansın müsbət istiqamətdə dəyişdiyini göstərir. Təbii ki, əhalisi yeni inkişaf tempi ilə artmaqda olan ölkələr üçün bu yeni fürsətlər deməkdir - doğum ilə ölüm arasındakı balansın infoqrafikasına diqqət yetirdikdə də bu həqiqəti görməmək mümkün deyil:
- Yeni dövr üçün əhali artımı yaşayan inkişaf etməkdə olan dövlətlər buna uyğun olaraq iqtisadiyyatında balanslaşdırma yaradır ki, bu da yeni inkişaf səviyyəsi deməkdir;
- Əhali artımı yeni və müasir tələblərə cavab verən sahələrin aktuallığını yaradır;
- Nəhayət, əhali artımı paralel olaraq həmin dövlətin gücünü, potensialını qaldırır.
Bu amillər ilk baxışdan primitiv elementlər kimi görünsə də, qlobal problemlərin açarıdır. Yəni, məhz bu kimi xırda elementlərlə kənar təsirlərə məruz qalan regionlar özünün ənənəvi simasını dəyişir - demokratik inkişaf tempini daha çox özünümüdafiə refleksi ilə əvəzləyir.
Demoqrafik böhran siyasi gərginliklər üçün açar rolunu oynayır
Beləliklə, müasir dünyada demoqrafik göstəricilər həm də gələcək üçün “dinamizm enerjisi” formalaşdırır. Təsadüfi deyil ki, bəzi ölkələrin son illərdə yüksək sürətlə inkişaf tempi əldə etməsi məhz insan resursunun artımına əsaslanır. Bu isə özlüyündə həm də dünyanın siyasi xəritəsinə - beynəlxalq münasibətlər sisteminə mühüm təsirlər ifadə edir. Başqa sözlə, xalqsız dövlət ola bilməz anlayışından yola çıxarsaq, günümüzün əsas siyasi mübahisələrinin yerləşim, sosial bölgü, iqtisadi güc iyerarxiyası formalaşdırma, yollara çıxış əldə etmə, nüfuz təmini, hərbi təsir rıçaqları kimi ştrixlərlə yanaşı, demoqrafik gərginliklərdən də qaynaqlandığını deyə bilərik. Bu mənada ən çətin və dilemma qarşısında olan region isə şübhəsiz ki, Avropadır. Özünü dünyanın “siyasi elitası” sayan kontingentdə demoqrafik böhran artdıqca, siyasi rənglər də tündləşir. Bu, köhnə qitənin təmsilçilərində aqressiya, barışmaz cığallıq, hətta bəzi hallarda beynəlxalq qanunları pozma cəhdlərini belə yaradır - hansı ki, həmin qanunların və qaydaların “yaradıcısı” olması ilə fəxr edən Avropa artıq özünü çıxılmaz vəziyyətə salıb. Bu onların həm iqtisadi, həm siyasi, həm də konfitaloji hədəflərinin qeyri-müəyyənliyində özünü bariz şəkildə ortaya qoyur.
Qərb mütəxəssisləri də təsdiqləyirlər
Bu faktı Qərbin aparıcı ekspertləri də təsdiqləyir. Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalədə bu barədə SOS səslənir. Bildirilir ki, Avropanın sonu yaxınlaşır. Qitə üzləşdiyi iqtisadi, hərbi və demoqrafik böhranlardan çıxa bilmir. Köhnə qitənin məhvinə yas tutmağın vaxtıdır. Siyasi elita Avropanı dağılmaq ərəfəsinə gətirib çıxarıb. Köhnə Avropa bu gün ağlamalı vəziyyətə düşüb. Yığılan problemlər o qədər böyükdür ki, onların həlli mümkün görünmür.
Məqalənin müəllifi Allister Heathin fikrincə, Avropanın çürüməsi prosesi o qədər dərinə gedib ki, artıq onu geri qaytarmaq mümkün deyil. Vaxtilə Avropa inkişaf edən varlı qitə idi. Lakin indi Avropanın sonu çatıb və bunu avropalılardan başqa bütün dünya başa düşür. İqtisadi gərginlik, geosiyasi qeyri-müəyyənlik, miqrasiya böhranı, inteqrasiya proseslərinin yarımçıq qalması və demokratiya qıtlığı metastaz verməyə başlayıb. Problemlər o qədər dərinləşib ki, Avropanın siyasi elitasının eqoist və demaqoq siyasətçiləri onları həll etmək iqtidarında deyillər.
Qitə əhalisinin sayı 2100-cü ildə 419,5 milyona düşəcək
Məqalədə vurğulanır ki, Almaniya, Fransa və Niderland sosial partlayışın astanasında dayanıb. Fermerlərin səbir kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Amerika və Avropa arasında davam edən 248 illik qarşıdurmadan Amerika qalib çıxdı. Lakin bu gün ABŞ-da da iqtisadi böhran və əhalinin sosial vəziyyətinin pisləşməsi müşahidə olunur. Kapitalizm, ali dəyərlər, qanunun aliliyi, şəxsiyyət azadlığı kimi dəyərləri əldə rəhbər tutan Avropa nihilizmə, antiliberalizmə, yoxsulluğa yuvarlanır. Avropa dövlətləri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər.
Qeyd edilir ki, Avropa Statistika Komitəsinin məlumatına əsasən, qitə əhalisi miqrasiyaya baxmayaraq, azalır. Qitə əhalisinin sayı 2100-cü ildə 419,5 milyona düşəcək. Avropada sosial vəziyyətin ağır olması dünyaya uşaq gətirmək istəyən ailələrin sayını kəskin azaldıb ki, bu da əhalinin qocalmasına səbəb olub. Fransa, Almaniya və Belçika miqrantları qəbul etsələr də, onların işlə təmin olunmasına, təhsil almalarına diqqət ayırmır. Bu da gələcəkdə kriminal və digər neqativ halların artması üçün əsas yaradır.
Siyasi ambisiyalar deqradasiyaya yuvarlayır...
2023-cü ildə isə ABŞ-da ümumi daxili məhsul 3,3 faiz artsa da, Avropada iqtisadi artım sıfır səviyyəsində olub. Vergilərin artması və dövlətin özəl sahələrə həddən artıq müdaxiləsi Avropanın istehsal qabiliyyətini xeyli azaldıb. Ekologiyanın qorunması adı altında istehsal müəssisələrinə və kənd təsərrüfatına qadağalar tətbiq olunur. Bu da populist siyasətçilərin öz məqsədlərinə çatmalarına xidmət edir.
Yazıda Avropanın təhlükəsizliyi məsələsinə də toxunan müəllif qeyd edir ki, qitənin müdafiəsi tamamilə ABŞ-ın üzərinə düşür və bu da uzun müddət davam edə bilməz.
Beləliklə, Avropa enişə doğru açıq yol alıb. Siyasi ambisiyalar, hüququn tanınmaması və ya deqradasiyaya məruz qalma - ikili standartlara söykənən qərar və addımlar, eyni motivlərə fərqli yanaşma, presedentlərin mənfi tendensiyarı önə çəkməsi Avropanın “demokratiya hamisi”ndən çox “demokratiya imitasiyası” statusuna uyğunlaşdırıb. Bu isə nəticə etibarı ilə Avropanın yaxın zamanda həm siyasi, həm də hüquqi iflasını dəqiqiləşdirə bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

