Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Liderlərin dostluğu...

Liderlərin dostluğu...

13.02.2024 [10:10]

Ölkələrin əməkdaşlıq əlaqələrini möhkəmləndirir

Azərbaycan-Çin münasibətləri inkişaf edir

Beynəlxalq ictimaiyyət Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini azad, ədalətli və demokratik şəraitdə baş tutan seçkilər kimi dəyərləndirərək qəbul edir.  Bunu prezident seçkilərinin ilkin nəticələri elan olunar-olunmaz dünyanın müxtəlif regionlarındakı dövlətlərin liderlərindən, beynəlxalq və regional təşkilatların rəhbərlərindən, nüfuzlu ictimai-siyasi xadimlərdən, tanınmış şəxslərdən seçkilərdə böyük səs çoxluğu ilə növbəti dəfə qələbə qazanan Prezident İlham Əliyevin ünvanına gələn təbrik məktubları, Ona edilən telefon zəngləri bir daha təsdiqləyir. Belə demək mümkündürsə, təbrik məktublarının və telefon zənglərinin ardı-arası kəsilmir. Prezident İlham Əliyevi ilk təbrik edənlər sırasında dünya nəhəngi Çin Xalq Respublikasının Sədri Si Cinpin də var. O, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Si Cinpin Çin hökuməti və xalqı adından, şəxsən öz adından təbriklərini çatdıraraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini bildirib.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Çin Xalq Respublikasının Sədri  Si Cinpinə təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev təbrik məktubunda Çinin liderini və onun simasında dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib. Təbrik məktubunda oxuyuruq: “Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”.

Dövlətlərarası əməkdaşlıqda çox önəmli trend - liderlərin dostluğu

Müqayisələr apardıqda görürük ki, dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri də mühüm rol oynayır. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və digərləri ilə dostluq münasibətləri ikitərəfli əlaqələrin, qarşılıqlı etimad mühitinin möhkəmlənməsində mühüm rol oynayır. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən söhbət açdıqda Azərbaycan-Çin əməkdaşlığını da qeyd edə bilərik. Dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır. Si Cinpinin sədrliyi dövründə Çinin Azərbaycan ilə münasibətlərinin siyasi, iqtisadi, humanitar və digər aspektlərində olduqca müsbət dinamika müşahidə olunub. Çinin lideri Azərbaycan Prezidenti ilə dostluq münasibətlərinə böyük önəm verdiyini dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda bir daha vurğulayıb. “Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram”, - deyə məktubda vurğulanıb.

Çin liderinin Prezident İlham Əliyevlə dostluq münasibətlərinə belə yüksək önəm verməsi həm də Azərbaycanın dövlət başçısının dünyada yüksək nüfuz qazandığını bir daha təsdiqləyir. Ləyaqətli və praqmatiq siyasətçi olan, həmişə verdiyi vədlərin arxasında dayanan və onların reallaşdırılmasina nail olan İlham Əliyevə beynəlxalq münasibətlər sistemində böyük hörmət bəslənilir. İlham Əliyev dünyada o azsaylı liderlərdəndir ki, həm Avropada, həm də İslam coğrafiyasında, eyni zamanda, Asiyada strateji baxışlara malik bir siyasətçi kimi qəbul olunur və hörmət bəslənilir. Bunun təsdiqi üçün belə bir faktı vurğulamaq yerinə düşər ki, İlham Əliyev  təkcə son vaxtlarda müxtəlif coğrafiyalarda dövlət bə hökumət başçıları səviyyəsində keçirilən sammitlərə fəxri qonaq qismində dəvətlər alıb. Dövlətimizin başçısının qlobal liderlik mövqeyi, Onun həmrəylik təşəbbüsləri yeni növ koronavirus pandemiyası dönəmində bütün dünyada məmnuniyyətlə qəbul olundu.

Genişlənən ikitərəfli münasibətlər

Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafına görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada 2-ci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb. Çin Lideri Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. Bu xüsusda, fikirlərini diqqətə çatdıran Si Cinpin vurğulayıb.”Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur”.

Prezident İlham Əliyev də Si Cinpinə ünvanladığı təbrik məktubunda ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə xüsusi diqqət çəkib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib: “Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm”.

Azərbaycanın malik olduğu multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik olan dövlətlərlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olması ölkəmizin böyük üstünlüyüdür. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu əlaqələr dövlətlərin böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf etdirilir. Azərbaycan-Çin münasibətləri buna yaxşı nümunədir. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, 2023-cü ildə Çinin ÜDM-i 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollar) çatıb. Xarici təzyiqlərə və daxili çətinliklərə baxmayaraq, Çin 2023-cü il üçün qarşıya qoyulan məqsədlərə nail olub və iqtisadiyyatda canlanma və yaxşılaşma qeydə alınıb. 2023-cü ildə Çinin sənaye əlavə dəyəri illik müqayisədə 4,6 faiz artıb. Əsas kapitala investisiyaların artımı 3 faiz, pərakəndə ticarət isə illik müqayisədə 7,2 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir, desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün itisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir.

İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir. Qlobal çətinliklərə baxmayaraq, Azərbaycan da iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaqda davam edir.  Ölkə xarici borcun azaldılması strategiyasını uğurla reallaşdırır. Respublikamız yüksək investisiya cəlbediciliyinə malikdir.

Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi diqqətəlayiq haldır. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

İndiki mərhələnin yeni çağırışlarından olan enerji transformasiyası Azərbaycanla Çini daha da yaxınlaşdıra bilər. Hazırda respublikamız enerji siyasətinin üçüncü mərhələsinə daxil olub. Söhbət ölkənin yaşıl enerji potensialından səmərəli şəkildə istifadə olunmasından gedir. Ölkəmiz Xəzər sahilində və işğaldan azad olunmuş ərazilərdə böyük həcmlərdə bərpa olunan enerji potensialına malikdir. Artıq xarici şirkətlərin sərmayələri ilə bir sıra layihələr uğurla tamamlanıb, digərləri isə icra mərhəəsindədir. Gələcəkdə yeni layihələrə başlanılması imkanları da böyükdür. Prezident İlham Əliyev ayrı-ayrı beynəlxalq tədbirlərdə dost Çinin şirkətlərinin sərmayələrindən faydalanmaq niyyətini ifadə edib. Qeyd edək ki, Çin bərpa olunan mənbələrdən enerji alınmasında bir dünya lideridir. Bu ölkə son 10 ildə bərpa olunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31