Cənub Qaz Dəhlizi - xəyal kimi görünən ideyadan reallığadək
05.03.2024 [09:40]
Enerji təhlükəsizliyi bütün zamanlarda ölkələrin milli təhlükəsizliyinin tərkib hissəsi qismində çıxış edib. İndiki geosiyasi reallıqlar fonunda isə dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi daha da artıb. Sevindirici haldır ki, ədalətli enerji siyasəti həyata keçirən Azərbaycanın ayrı-ayrı ölkələrin, o cümlədən də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Bu, bir tərəfdən Azərbaycanın zəngin mavi yanacaq ehtiyatlarına malik olması ilə şərtlənir. Respublikamız “qoca qitə” üçün yeni mənbə hesab olunur. Respublikamızın digər bir mühüm üstünlüyü isə Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olması ilə bağlıdır. Beləliklə, Azərbaycan ayrı-ayrı ölkələrin enerji təhlükəsizliyinə ciddi təhdidlər yarandığı indiki dövrdə aktuallığı heç vaxt olmadığı qədər artan mənbələrin və marşrutların şaxələndirilməsi ilə bağlı bütün tələbləri yüksək səviyyədə qarşılamaq iqtidarındadır.
Azərbaycan əzmli idi...
Azərbaycan qısa müstəqillik tarixində özünün geniş imkanlarını təqdim edərək regional və qlobal əhəmiyyət daşıyan bir sıra mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edib. Belə transmilli layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Öz miqyasına və iqtisadi önəminə görə XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizi Azərbaycanın Xəzərdə yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və istehlakçı dövlətlərə nəqlinə hesablanıb. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi kifayət qədər mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir.
2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən üç ildən çoxdur ki, Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, Avropaya da qaz ixrac edən ölkəyə çevrilib.
Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Bu layihənin zamanında xəyal kimi görünən ideyadan reallığa çevrilməsi bilavasitə Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji baxışların və siyasi qətiyyətin nəticəsidir. Zamanında dövlətimizin başçısı reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Aparılan müzakirələr bir nəticə vermirdi. Ayrı-ayrı dairələrdə və ölkələrdə açıq dənizə çıxışı olmayan Azərbaycanın uzaq Avropaya qaz nəql etməsinə skeptik yanaşılırdı. O amil əsas gətirilirdi ki, minlərlə kilometr məsafədə uzanacaq transmilli qaz infrastrukturunun yaradılmasına yönəldilən investisiyalar neft hasilatı ilə müqayisədə daha az gəlir gətirəcək.
Xatırladaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə irəli sürüb. Qısa müddətdə Azərbaycan layihə ətrafında tərəfdaş dövlətlərdən ibarət komanda formalaşdırmağa nail oldu. ABŞ və Birləşmiş Krallıq hökumətləri, Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verirlər. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə müvafiq sənədlər imzalanıb. Azərbaycana dost ölkələr olan Rumıniya və Türkmənistandan olan nümayəndələr də Məşvərət Şurasının toplantılarına qatılıblar. Bütün bunlar beynəlmiləl komandanın genişlənməsinə dəlalət edir. Geniş tərkibli komandanın əlbir və səmərəli fəaliyyəti layihə üzrə işlərin uğurla irəliləməsini təmin edib. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrasını təsəvvür etmək mümkün deyildir. Tərkibində region və bir sıra Avropa dövlətlərini, transmilli şirkətləri, maliyyə qurumlarını birləşdirən geniştərkibli komanda Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində inamla irəlilədi. 2015-ci ildən başlayan dövr uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri oldu. Səmərəli əməkdaşlıq formatı Cənub Qaz Dəhlizinin bütün 4 elementi üzrə işlərin cədvəl üzrə uğurla irəliləməsini təmin etdi. Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə keçilən uğurlu yolu bir daha xatırlayaraq vurğulayıb: “Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir”.
On il əvvəl başlanan təşəbbüsün yaxşı nəticələri
Azərbaycan Avropa bazarına qaz ixracına 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan Trans Adriatik Qaz Boru Kəmərinin inşası başa çatdıqdan sonra başlayıb. Həmin vaxtdan bəri respublikamızdan qoca qitəyə qaz ixracı ilbəil artır. 2022-ci il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən “qoca qitə”yə 2027-ci ilədək qaz ixracının iki dəfə artırılması ilə bağlı niyyətləri də ifadə olunub. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü əvvəlki illə müqayisədə 3,5 faiz artaraq 11,8 milyard kubmetr təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov bildirib. 2022-ci ildə Azərbaycan qazının Avropa ölkələrinə ixracının həcmi 11,4 milyard kubmetr olub. Beləliklə, 2023-cü ildə ixracda 400 milyon kubmetr artım baş verib. Pərviz Şahbazovun sözlərinə görə, dekabrın 31-də Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Azərbaycan yanacağının Avropaya tədarükünün başlanmasından düz 3 il ötüb. Bu müddət ərzində TAP vasitəsilə Azərbaycandan Avropa ölkələrinə 31 milyard kubmetrdən çox qaz ixrac edilib.
Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” də cəmləşməyib. 2023-cü ilin yayında Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da ölkəmizin resurs bazasını artıracaq. Bundan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var.
Azərbaycan qazı Avropada müxtəlif ölkələrə çatdırılır. Bu məqsədlə “qoca qitə”də Cənub Qaz Dəhlizinin qolları yaradılır. Hazırda Azərbaycan 8 ölkəyə qaz ixrac edir ki, onların altısı Aİ məkanında yerləşir. Gələcəkdə respublikamızın ixrac coğrafiyası daha da genişlənəcək. Bəhs olunan müsahibəsində bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “... bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”, - deyə vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 23:30

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15
