Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / FHN: Ötən sutka 30 yanğına çıxış olub, 15 nəfər xilas edilib

FHN: Ötən sutka 30 yanğına çıxış olub, 15 nəfər xilas edilib

27.02.2025 [10:41]

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka 15 nəfər xilas edilib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti təhvil verilib.

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Müsahibə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28