Çempionlar Liqası: “Qarabağ” “Ayaks”a məğlub olub YENİLƏNİB 6
10.12.2025 [23:56]
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci yarıya da sürətli başlayan "Qarabağ" 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei "Qarabağ"ın qapısına yol tapıblar.
Bu nəticədən sonra turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci, "Ayaks" isə 3 xalla 33-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcək.
23:27
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda beşinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 83-cü dəqiqəsində rəqibin heyətində Anton Qay “Ayaks”ı önə keçirib - 3:2.
23:21
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda dördüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 78-ci dəqiqəsində Oskar Qlux hesabı bərabərləşdirib - 2:2.
22:52
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı önə keçirib - 2:1.
22:29
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 39-cu dəqiqəsində rəqibin heyətində Kasper Dolberq diqqət mərkəzinə düşüb.
Hazırda hesab bərabərdir - 1:1.
21:57
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 10-cu dəqiqəsində komandamızın heyətində Kamilo Duran fərqlənib - 1:0.
21:45
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05

