Çempionlar Liqası: Ardıcıl qələbələr, ilk məğlubiyyətlər və yeni rekordlar
21.01.2026 [18:14]
Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilən qarşılaşmalar bir sıra tarixi nəticələr və maraqlı statistik göstəricilərlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edən “Arsenal” Çempionlar Liqasında ardıcıl yeddinci qələbəsini qazanaraq klub tarixində yeni rekorda imza atıb.
İngiltərə təmsilçiləri arasında bu turnirdə daha uzun qələbə seriyası yalnız “Mançester Siti”yə məxsusdur. “Şəhərlilər” 2023–2024-cü illər aralığında ardıcıl 10 oyun qazanıblar. “İnter” isə bir mövsümdə ilk dəfə Çempionlar Liqasında ardıcıl üç matçda məğlub olub.
“Tottenhem” doğma meydanda “Borussiya Dortmund”u 2:0 hesabı ilə üstələyərək bu mövsüm evdə keçirdiyi dörd Çempionlar Liqası oyununda da qalib gəlib. London klubu turnirdə hələ də öz meydanında qol buraxmayan yeganə komandadır.
“Vilyarreal” səfərdə “Ayaks”a 1:2 hesabı ilə uduzub. Bununla da İspaniya təmsilçisinin Çempionlar Liqasında qələbəsiz oyunlar seriyası 10-a yüksəlib ki, bu da turnir tarixində ispan klubları üçün ən mənfi göstəricilərdən biri sayılır. “Ayaks” isə İspaniyada Avropa turnirləri çərçivəsində səkkizinci səfər qələbəsini qazanıb.
“Olimpiakos”un “Bayer” üzərində 2:0 hesablı qələbəsində Kostinyanın 1-ci dəqiqə 32-ci saniyədə vurduğu qol klub tarixində Çempionlar Liqasındakı ən erkən qol olub.
“Napoli”nin səfərdə “Kopenhagen”lə 1:1 hesablı heç-heçəsində Skott MakTominey diqqət çəkib. Şotlandiyalı yarımmüdafiəçi İtaliyaya transfer olunduqdan sonra başla vurduğu qolların sayına görə A Seriyası klubları arasında liderdir.
“Sportinq”in PSJ üzərində 2:1 hesablı qələbəsi isə Paris təmsilçisi üçün tarixi məğlubiyyətlə nəticələnib. Fransa çempionu 2013-cü ildən sonra ilk dəfə Avropanın “Top-5” liqasına daxil olmayan bir komandaya Çempionlar Liqasında uduzub.
Turun ən sensasiyalı nəticələrindən biri Norveçdə qeydə alınıb. “Budyo Qlimt” “Mançester Siti”ni 3:1 hesabı ilə üstələyərək Çempionlar Liqası tarixində İngiltərə klubunu məğlub edən ikinci Norveç komandası olub. Bundan əvvəl bu uğura yalnız “Rusenborq” nail olmuşdu. Həmçinin bu qarşılaşmada Erlinq Holannın son səkkiz rəsmi görüşdə penaltilər istisna olmaqla qol vura bilməməsi diqqət çəkib ki, bu da onun klub karyerasında ən uzun məhsuldarlıq böhranlarından biridir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57

