Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qarabağ” azarkeşlərin davranışına görə yüksək məbləğdə cərimələnib

“Qarabağ” azarkeşlərin davranışına görə yüksək məbləğdə cərimələnib

26.05.2026 [15:29]

AFFA İntizam Komitəsi Premyer Liqanın sonuncu - XXXIII tur turu ilə bağlı qərarlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “kimyaçılar” 2500 manat cərimələnib. Ağdam klubu isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 8000 manat ziyana düşüb.

“Kəpəz” – “Neftçi” qarşılaşmasında Gəncə təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək. Qonaqların heyətində isə İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb, komandasını isə 1000 manat xərcə salıb.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31