Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb

Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb

01.06.2026 [12:23]

Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlıq proqramına uyğun olaraq Türkiyəyə yola düşüb.

Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, yığma təlim-məşq toplanışının son mərhələsini Ankara şəhərində keçirəcək. Bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyununa da çıxacaq.

Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk tur oyunlarını 6–7 iyun tarixlərində İsveçdə keçirəcək. Yığmanın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30