/ / “Bakı-2015” Avropa Oyunlarının proqramına daxil olan triatlon yarışlarının keçiriləcəyi məkan müəyyənləşib
“Bakı-2015” Avropa Oyunlarının proqramına daxil olan triatlon yarışlarının keçiriləcəyi məkan müəyyənləşib
23.09.2014 [09:32]
“Bakı-2015” Avropa Oyunlarının proqramına daxil olan triatlon yarışlarının keçiriləcəyi məkan müəyyənləşib.
AzərTAc xəbər verir ki, Avropanın 130 ən güclü idmançısının qızıl medallar uğrunda mübarizə aparacağı yarış Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində keçiriləcək.
Min beş yüz metr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını özündə birləşdirən bu idman növünün ilk Avropa Oyunlarının ən məşhur yarışlarından biri olacağı gözlənilir.
“Bakı-2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, kişi və qadınlar arasında keçiriləcək yarışların qalibləri birbaşa olaraq “Rio de Janeyro - 2016” Olimpiya Oyunlarına kvalifikasiya qazanacaqlar. Atletlər Kəndinin yaxınlığında yerləşən Bilgəh çimərliyi gözəl dənizkənarı istirahət mərkəzi kimi həm yerli insanlar, həm də turistlər arasında məşhurdur.
Beynəlxalq Triatlon Birliyinin prezidenti xanım Marisol Kasado bildirib ki, “Bakı-2015” Avropa Oyunlarında bu yarış üçün belə yüksək səviyyəli idman obyektinin hazırlanmasına çox sevinirik. Yüksək səviyyəli idman yarışının keçirilməsi, eləcə də gözlənilən geniş tamaşaçı kütləsinin yerləşdirilməsi imkanına malik olan bu məkan tərəfimizdən böyük rəğbət hissi ilə qarşılanıb.
Avropa Triatlon Birliyinin prezidenti Renato Bertrandi əlavə edib ki, idmançılar məkanın keyfiyyətindən məmnun qalacaqlar və biz artıq gələn il keçiriləcək İlk Avropa Oyunlarını səbirsizliklə gözləyirik. Avropa Oyunları çərçivəsində triatlon yarışları iyunun 13-14-də keçiriləcək.
“Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Triatlon tərzinə görə həyəcanverici idman növüdür. Bilgəh çimərliyi idmanın bu növü üçün əla məkandır. Suyun keyfiyyəti ilə bağlı aparılan hazırkı sınaqlar mükəmməl nəticələr verib. Əminik ki, ilk Avropa Oyunları zamanı yüksək təəssürat yaradan tamaşa məkanında valehedici yarışlar keçiriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05

