/ / “Tour d’Azerbaidjan-2014” veloyürüşü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirilir
“Tour d’Azerbaidjan-2014” veloyürüşü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirilir
25.11.2014 [09:32]
Avropanın nüfuzlu idman kanalı “Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beşgünlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb
Avropanın nüfuzlu idman kanalı “Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beşgünlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb. Xatırladaq ki, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə təşkil olunmuş bu yarışın ilk 4 mərhələsi “Eurosport” kanalı vasitəsilə 30 dəqiqəlik icmal şəklində, sonuncu, Bakı mərhələsi isə canlı olaraq yayımlanıb və 28,6 milyondan çox tamaşaçı yarışa təkcə bu kanal vasitəsilə tamaşa edib. 830 mindən çox tamaşaçı isə canlı olaraq yayımlanan sonuncu mərhələni izləyib. Ümumilikdə isə Avropa Yayım İttifaqına üzv olan 56 ölkənin 72 telekanalında “Tour d’Azerbaidjan-2014”lə bağlı müxtəlif tipli süjetlər efirə verilib.
Müqayisə üçün deyək ki, 2013-cü ildə “Eurosport” kanalının nümayiş etdirdiyi nüfuzlu velosiped turları içərisində 100 ildən çox keçirilən “Tour de France” yarışına 51 milyon, “Girod’İtalia”ya 32 milyon, “Vuelta”ya isə 30 milyon tamaşaçı baxıb. Maraqlıdır ki, “Tour d’Azerbaidjan-2014” toplaya bildiyi tamaşaçı sayına görə uzun illərdir keçirilən “GriteriumduDauphine” (14 milyon), “Paris-Nice” (12 milyon), “Paris- Roubaix” (7 milyon), “Milan-San Remo” (4 milyon) kimi tanınmış veloturları da qabaqlaya bilib.
Ümumilikdə, “Eurosport” kanalına baxan 106,5 milyon tamaşaçı “Tour d’Azerbaidjan-2014” veloyürüşü ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarışla bağlı məlumatlar alıb. Onu da qeyd edək ki, 14 aprel-11 may tarixlərində “Eurosport” və “Eurosport-2” kanallarında yarışla bağlı 30 saniyəlik videorolik 500 dəfə nümayiş etdirilib.
Asiya və Okeaniya ölkələrində də “Tour d’Azerbaidjan-2014” kifayət qədər maraqla qarşılanıb. 16 ölkənin yer aldığı bu siyahıda ilk yerdə Avstraliya durur. Honqkonq, İndoneziya, Cənubi Koreya, Malayziya, Tayland, Filippin və Monqolustanın da daxil olduğu bu ölkələrdə yarış 9,6 milyon tamaşaçı toplayıb.
“Eurosport” kanalının rəsmi internet səhifəsində isə yarışla bağlı məlumatları izləyənlərin sayı 15 milyonu keçib. Bu siyahıda ilk dördlük belədir:1. Böyük Britaniya-3 688 403; 2. Rusiya-2 818 894; 3. Almaniya-2 231 828; 4. İtaliya - 2 194 301.
“Tour d’Azerbaidjan-2014”lə bağlı videomateriallar dünyada çox məşhur olan www.cycling.tv saytına da yerləşdirilib və istənilən şəxs bu yarışa yenidən baxa bilər. Onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən saytın arxiv bölümünə yalnız baxılma reytinqi yüksək olan yarışlar yerləşdirilir.
“Tour d’Azerbaidjan-2014” başa çatdıqdan sonra “Eurosport” kanalında yarışla bağlı 2 süjet də efirə verilib. 5 dəqiqəlik bu süjetlər 903 000 tamaşaçı toplayaraq baxılma sayına görə kifayət qədər yüksək reytinqli sayılıb.
Beləliklə, “Eurosport” kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” veloyürüşünü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür. Təbiidir ki, bütün bunlar ilk növbədə artıq bir idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmiş, iqtisadiyyatı sürətlə inkişaf edən, siyasi sabitlik və tolerantlıq nümunəsi kimi qəbul olunan müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurların, tarixdə ilk Avropa oyunlarını keçirmək kimi möhtəşəm və məsuliyyətli işi öz üzərinə götürmüş ölkəmizə olan marağın göstəricisidir.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13

